logo
RU

Günün xəbərləri

Azərbaycanda xüsusi karantin rejimi elan edildi

img




Martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilib. LEGİON.AZ xəbər verir ki, iclasda ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilib.   Nazirlər Kabineti yanında Operativ Qərargahın bununla bağlı məlumatında deyilir: Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir. Bu müddət ərzində: 1. 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilsin. Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin edilsin. 2. Xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırısın. 3. Mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərarası sərnişindaşınma fəaliyyəti dayandırılsın. 4. Azyaşlı uşaqları olan ailələr, yaşlılar, tibbi yardıma ehtiyacı olan şəxslər və qadınlara üstünlük verməklə, müəyyən olunmuş qrafik çərçivəsində xaricdə olan Azərbaycan Respublikası vətəndaşlarının 14-21 gün ərzində məcburi karantin rejimində yerləşdirməklə xüsusi çarter reysləri ilə Azərbaycana gətirilməsi təmin edilsin. 5. Bakı Nəqliyyat Agentliyi metro stansiyaları arasında müəyyən edilmiş marşrut əsasında saat 06:00-22:00 arası xüsusi ekspress avtobus xətlərini tətbiq etsin. Sərnişinlərə tövsiyə edilsin ki, metrodan istifadə minimuma endirilsin, yerüstü nəqliyyatdan istifadəyə üstünlük versinlər. 6. İctimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və sair yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilsin. 7. İnsanlarası təmaslarda vətəndaşlar tərəfindən 2 metrlik məsafənin saxlanılması tövsiyə edilsin. 8. İctimai iaşə müəssisələrinə yeni iş rejimi tətbiq olunsun: müştərilərə yerində xidmət vaxtı saat 12.00-15.00 arası müəyyən edilsin, evə götürmə, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilsin; 9. Nəzdindəki supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti dayandırılsın; 10. Ərzaq mağazalarının, apteklərin və digər həyat əhəmiyyətli obyektlərin fəaliyyəti təmin edilsin. 11. Xüsusi karantin rejimin tələblərinin icrasına nəzarət Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyinə həvalə edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah bütün əhalidən evdə qalmağı, özünütəcrid şəraitinə riayət etməyi, koronavirus xəstəliyi üçün xarakterik simptomları hiss edən şəxslərə 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etməyi ciddi tövsiyə edir.







Xəbər lenti

img Dünya
Fransa prezidenti Livan rəsmilərini hədələyib

2020-08-08 / 18:34:15
img Dünya
Qəzaya uğrayan “Boeing 737”nin “qara qutu”su tapıldı

2020-08-08 / 18:08:11
img Dünya
ÜST bu tarixi Ümumdünya Maskadan İstifadə Həftəsi elan etdi

2020-08-08 / 18:06:00
img Qafqaz
Gürcüstanın koronavirusla uğurlu mübarizəsi...

2020-08-08 / 18:04:38
img Cəmiyyət
Qadınlar neçə gün sirr saxlaya bilir?

2020-08-08 / 18:00:38
img Ölkə
Azərbaycanda koronavirusdan sağalanların sayı 30 mini keçib

2020-08-08 / 16:46:35
img Cəmiyyət
70 yaşıma kimi ölüm haqqında düşünmürdüm... - Akif İslamzadə

2020-08-08 / 16:45:32
img Cəmiyyət
Tərlan Əhmədov istefaya göndərildi

2020-08-08 / 16:42:46
img Günün xəbərləri
Onlara 600 manatlıq iş təklifi edin, görün necə həvəslə işləyirlər... - Ekspert

2020-08-08 / 16:41:52
img Günün xəbərləri
Azərbaycanda daha 105 nəfər koronavirusa yoluxdu, 360 nəfər sağaldı

2020-08-08 / 15:42:26
img Ölkə
İstirahət günü Bakıda 33, rayonlarda 38 dərəcə isti olacaq

2020-08-08 / 14:43:21
img Günün xəbərləri
Dünən dənizdə boğulan hamilə qadını əri öldürübmüş...

2020-08-08 / 14:16:57
img Dünya
Türkiyədə dollar son 4 gündə 5,5% bahalaşıb

2020-08-08 / 13:11:46
img Manşet xəbərləri
Açıq havada kafe və restoranlar AÇILIR - Bu tarixdən

2020-08-08 / 13:10:10
img Manşet xəbərləri
Bu tarixə qədər ölkə sərhədləri bağlı olacaq - RƏSMİ

2020-08-08 / 13:08:54
img Günün xəbərləri
Rayonlara gediş-gəliş nə vaxt açılır? - Qərargah açıqladı

2020-08-08 / 13:07:54
img Ölkə
Metro açılmayacaq - Operativ Qərargah

2020-08-08 / 13:07:11
img Günün xəbərləri
Azərbaycanda məscidlər bu il açılacaqmı?

2020-08-08 / 13:06:15
img Ölkə
Toylara nə vaxt icazə veriləcək? - Rəsmi cavab

2020-08-08 / 13:04:35
img Günün xəbərləri
Dollar manata nisbətdə bahalaşa bilərmi?!

2020-08-08 / 10:48:01
img Qafqaz
Kadırovun gəlirləri 140 milyona yaxın artdı

2020-08-08 / 10:37:47
img Manşet xəbərləri
Karantin bir az da yumşaldıldı – Avqustun 10-dan bu qadağalar ləğv olunur

2020-08-08 / 10:36:21
img Qafqaz
Gürcüstanda dövlət bayraqları endirilib

2020-08-08 / 10:34:34
img Ölkə
Sumqayıtda hamilə qadın dənizdə boğularaq ölüb

2020-08-08 / 10:32:29
img Hadisə
Neft yenidən ucuzlaşıb

2020-08-08 / 10:31:14

Bütün xəbərlər