logo
RU

Cəmiyyət

Azərbaycanda bu serialların çəkilişi dayandırıldı

img




Sürətlə yayılan koronavirus infeksiyası təkcə insanların səhhətinə yox, həm də iş həyatına təsir edib. Dünyada bir çox tədbirlər, konsertlər təxirə salınıb, iş yerləri fəaliyyətini müvəqqəti dayandırıb və ya çalışma saatlarını azaldıb.  COVİD-19 infeksiyası film sahəsinə də təsirsiz ötüşməyib. Bir çox ekran işlərinin çəkilişləri dayandırılıb, təqdimat mərasimləri ləğv edilib. Bəs görəsən, Azərbaycanda serial, film sahəsində koronavirusla bağlı hansı tədbirlər görülüb?    Axşam.az məsələ ilə bağlı serialların çəkiliş komandaları arasında sorğu aparıb. Məlum olub ki, “Xəzər” TV-də yayımlanan “Ata ocağı” və “İmtahan” seriallarının çəkilişi müvəqqəti olaraq dayandırılıb. Verilən açıqlamada bildirilir ki, çəkilişlərin dayanmasının səbəbi koronavirus deyil: “Çəkilişləri martın 26-na kimi saxlamışıq. Bizə hər hansı göstəriş gəlməyib. Dayanmağımızın səbəbi isə koronavirus deyil. Bayrama görə müvəqqəti ara verilib. Çəkiliş zamanı komanda spirt, maska və digər gigiyenik vasitələrlə təmin olunub”. Bildirək ki, “Ata ocağı” serialında baş rolları Xalq artistləri Qurban İsmayılov, Həmidə Ömərova, Vidadi Həsənov, Əməkdar artistlər Ayşad Məmmədov, Sənubər İsgəndərli canlandırır. “İmtahan” serialında isə aktyorlar Hikmət Rəhimov, Cövdət Şükürov, Sənan Əlləz, Ləman Mərih, Uzel Kərimova, Corc Qafarov və başqaları çəkilir. ATV-də yayımlanan “Ailəmiz” serialının çəkilişləri isə davam edir. Ekran işində Xalq artistləri Firəngiz Mütəllimova, Fatma Mahmudova, aktyor Əlibəy Məmmədli və aktrisa Sevinc Əliyeva baş rolları oynayır. ATV-nin digər serialı “Yuxu kimi”nin isə ilk 20 bölümü əvvəlcədən çəkilib. Lakin növbəti günlərdə Rövşən İsaxın ekranlaşdırdığı serialın çəkilişi planlaşdırılsa da, koronavirus səbəbilə təxirə salınıb. Burada isə baş rolları İbrahim Çingiz və Aysel İbrahimova canlandırır. “Qız atası” serialının komandası isə iş başındadır. Koronavirus onların çəkiliş prosesinə təsir göstərməyib.







Xəbər lenti

img Günün xəbərləri
Teledərslərin aprelin 3-nə olan cədvəli

2020-04-02 / 19:00:08
img Ölkə
Bakıda qanunsuz dayanmağa və durmağa görə cərimələr ləğv edilib

2020-04-02 / 18:56:05
img Manşet xəbərləri
Fransa İtaliya və İspaniyaya göndərilən milyonlarla maskaya əl qoydu

2020-04-02 / 18:53:29
img Dünya
Putin: “ABŞ da neftin qiymətinin düşməsindən narahatdır”

2020-04-02 / 18:51:34
img Dünya
Çindən koronavirus qərarı: it və pişik əti yemək qadağan edildi

2020-04-02 / 18:37:36
img Manşet xəbərləri
“Urals” nefti 10 dollara düşüb

2020-04-02 / 16:51:12
img Hadisə
Türkiyədə azan vaxtı çəkilən bu video hamını heyrətə gətirdi - VİDEO

2020-04-02 / 16:49:28
img Dünya
İtaliyada koronavirusa yoluxanların sayı 6,5 milyon nəfərə çata bilər - ARAŞDIRMA

2020-04-02 / 16:47:39
img Dünya
Koronavirusa yoluxanların sayı 1 000 000-u ötdü

2020-04-02 / 16:46:37
img Günün xəbərləri
Vətəndaşların icazə ilə necə evdən çıxacağına dair yayılan məlumatlar rəsmi deyil

2020-04-02 / 16:44:29
img Dünya
İranda koronavirusa yoluxanların sayı 50 mini ötdü

2020-04-02 / 14:47:23
img Manşet xəbərləri
Belarus Rusiyadan 4 dollara neft almağa planlaşdırır

2020-04-02 / 14:45:44
img Manşet xəbərləri
Ölkədə fövqəladə vəziyyət elan olunacaq? - AÇIQLAMA

2020-04-02 / 13:45:38
img Günün xəbərləri
Azərbaycanda koronavirusa yoluxanların sayı 400 nəfərə çatıb

2020-04-02 / 13:02:24
img Günün xəbərləri
Azərbaycan neftinin qiyməti 16 dollara düşdü

2020-04-02 / 12:08:37
img Manşet xəbərləri
Azərbaycanda daha 41 nəfərdə koronavirus aşkarlanıb

2020-04-02 / 11:47:28
img Dünya
Tanınmış professor koronavirus YALANLARINI İFŞA ETDİ - VİDEO

2020-04-02 / 11:39:54
img Günün xəbərləri
İsrailin səhiyyə naziri koronavirusa yoluxdu

2020-04-02 / 10:32:25
img Manşet xəbərləri
Azərbaycan ordusunun Aprel qələbəsindən dörd il ötür

2020-04-02 / 10:31:30
img Manşet xəbərləri
Kəlbəcərin işğalından 27 il keçir

2020-04-02 / 10:29:59
img Cəmiyyət
Məşhur aparıcı efirdə həkimlərdən üzr istədi-SƏBƏB

2020-04-02 / 10:29:09
img Qafqaz
Gürcüstanda koronavirusa yoluxanların sayı 130 nəfərə çatdı

2020-04-02 / 10:27:34
img Hadisə
İspaniya klubları üçün xüsusi məşq proqramı hazırlandı

2020-04-02 / 10:25:35
img Manşet xəbərləri
Dünya üzrə koronavirusa yoluxanların sayı bir milyona yaxınlaşıb

2020-04-02 / 10:24:24
img Dünya
Ərdoğan vətəndaşlardan evlərini tərk etməmələrini xahiş edib

2020-04-01 / 19:49:16

Bütün xəbərlər