logo
RU

Sosial

Ekspert: “Avtobuslarda sərnişin sıxlığı azalıb”

img




Uzun illər Bakı şəhərində ictimai nəqliyyat sektoru üçün səciyyəvi problemlərdən biri də avtobuslarda yaşanan sərnişin sıxlığı olub. Xüsusən pik saatlarda yollarda yaşanan nəqliyyat sıxlığının bənzəri avtobusların içində sərnişinlər arasında da yaşanırdı. Hətta bəzi hallarda avtobusların sərnişin çoxluğundan öz hərəkət tarazlığını itirdiyinin də şahidi olurduq. Nəqliyyat üzrə ekspert Yasin Mustafayev "Report”a verdiyi açıqlamada bildirib ki, son illər görülən bir sıra işlərin nəticəsində avtobuslarda sərnişin sıxlığında azalma müşahidə edilir: "Ölkəyə yeni gətirilən avtobuslar əvvəlkilərə nisbətən daha böyük, daha iri tutumlu və komfortludur. Bundan başqa istifadəyə verilən avtobus sayında da əvvəlkinə nisbətən çoxluq var. Bütün bunlar avtobuslarda sərnişin sıxlığının azalmasına səbəb olan faktorlardır. Ödəniş sisteminin dəyişilməsi də avtobuslarda sərnişin sıxlığının azalmasına təsir göstərən amillər sırasındadır. Kartla ödəniş sisteminə keçidin bu cəhətdən müəyyən qədər təsiri var. Əvvəllər sürücülərin məvacibi gündəlik plan əsasında ödənildiyinə görə onlar çalışırdı ki, avtobusa daha çox sərnişin mindirsinlər və qazancları daha çox olsun. Çünki onların qazancı yığılan vəsaitdən ödənilirdi. Bu səbəbdən də avtobuslarda sərnişin sıxlığı olurdu. İndi sürücülərə maaş sistemi tətbiq edildiyinə görə onlar daha çox sərnişin götürməkdə maraqlı deyillər. Avtobus sürücüləri əsasən çalışırlar ki, təyin olunan vaxtda lazımi ünvana çatsınlar. Bu səbəbdən də avtobuslarda gecikmələr olmur. Əvvəllər sürücülər harada gəldi avtobusu saxlayıb sərnişin götürürdülər. Bu da avtobusda sıxlığı artırırdı. İndi isə sərnişinlərin avtobusa mindirilməsi daha sivil formadadır. Sərnişinlər avtobuslara dayancaqlarda minir və dayanacaqlarda da tərk edirlər. Sanki bu proseslər bir normal axara və tempə düşüb, ona görə də avtobuslarda sərnişin sıxlığı bir qədər normallaşıb”.







Xəbər lenti

img Hadisə
Azərbaycan və Rusiya arasında hava və dəmiryol sərnişindaşıması dayandırıldı - RƏSMİ

2020-03-31 / 19:58:11
img Cəmiyyət
Şəhriyar Məmmədyarov FIDE reytinqində ilk “10-luq”dakı yerini itirdi

2020-03-31 / 19:56:49
img Ölkə
Xüsusi karantin rejimində evdən çıxarkən hansı sənədləri götürmək lazım olduğu açıqlanıb

2020-03-31 / 19:49:24
img Günün xəbərləri
Ruslar milyardlarını banklardan çıxarır

2020-03-31 / 19:45:50
img Dünya
Niderlandda koronavirusdan ölənlərin sayı 1 000-i ötdü

2020-03-31 / 19:44:42
img Ölkə
Operativ Qərargahı yeni məlumat yaydı - Rusiyadan qayıdan vətəndaşlarla bağlı

2020-03-31 / 19:43:09
img Hadisə
"BP Azərbaycan"-dan vitse-prezidentin liftin düyməsini ayaqla basmasına reaksiya - Video

2020-03-31 / 19:22:03
img Günün xəbərləri
Bakı metrosu bu gün bağlanır

2020-03-31 / 17:28:15
img Dünya
Rusların 63 faizinin ehtiyatda pulu yoxdur - SORGU

2020-03-31 / 16:53:50
img Manşet xəbərləri
AZƏRBAYCANDA DAHA 24 NƏFƏR KORONAVİRUSA YOLUXDU! - 1 nəfər öldü, 11 nəfərin vəziyyəti ağırdı

2020-03-31 / 16:53:04
img Manşet xəbərləri
Rings of the corruption chain and their prison life

2020-03-31 / 15:48:42
img Dünya
Türkiyədə koronavirusa yoluxanların sayı 10 mini keçdi

2020-03-31 / 12:41:45
img Ölkə
Nazirlər Kabinetindən evdən çıxmasına məhdudiyyət qoyulan aşağı təminatlı vətəndaşlarla bağlı AÇIQLAMA

2020-03-31 / 12:39:55
img Günün xəbərləri
Koronavirusdan sağalanların sayı 165 min nəfəri keçdi

2020-03-31 / 12:37:09
img Manşet xəbərləri
Kosmonavtlara əllə görüşmək və qucaqlaşmaq qadağan edildi

2020-03-31 / 12:36:13
img Manşet xəbərləri
Türkiyədə koronavirusa görə minlərlə məhkum azadlığa buraxılır

2020-03-31 / 12:34:18
img Dünya
İsraildə koronavirusdan ölənlərin sayı 18-ə çatdı, polis sinaqoqlarda reyd keçirdi

2020-03-31 / 12:32:20
img Günün xəbərləri
Dünyada koronavirusa yoluxanların sayı 690 min nəfəri ötdü

2020-03-31 / 09:55:17
img Manşet xəbərləri
Dünyada koronavirusa yoluxanların sayı 690 min nəfəri ötdü

2020-03-31 / 09:54:33
img Günün xəbərləri
Azərbaycanda indiyədək 273 nəfər koronavirusa yoluxub, onlardan 26-sı sağalıb, 4-ü ölüb

2020-03-30 / 19:14:04
img Dünya
Belə karantin görülmədi - 20 qadınla birgə otel bağlatdırdı...

2020-03-30 / 19:12:26
img Dünya
Rusiya neftinin 1 bareli 16 dollara satılır

2020-03-30 / 19:10:14
img Manşet xəbərləri
Daxili Qoşunların hərbçiləri Bakı küçələrində - VİDEO

2020-03-30 / 18:49:34
img Günün xəbərləri
“Ev təsərrüfatlarına adambaşı yardım verilməlidir” – Sabit Bağırov hökuməti ləngiməməyə çağırdı

2020-03-30 / 14:20:25
img Sosial
Qəbul imtahanında suallar asan ola bilər – Şahlar Əsgərov

2020-03-30 / 14:13:36

Bütün xəbərlər