logo
RU

Müsahibə

Neft $30-a düşərsə, iqtisadiyatımız imuniteti varmı? – şərh

img




“Azərbaycan iqtisadiyyatının neftin hər barel üçün 30 dollardan da aşağı həddinə qarşı immunitetinin olması ilə bağlı rəsmi şəxsin açıqlaması mənə hökumətin 2015-ci ildəki davranışını xatırlatdı”. Banker.az bildirir ki, bunu ekspert Samir Əliyev deyir. Məlumat üçün bildirək ki, neftin 30 dollaradək düşsə belə, Azərbaycanın iqtisadiyyatının immunitetinin olduğunu iddia edən rəsmi şəxs –  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlıdır. Samir Əliyev deyir ki, həmin dövrdə [2015-ci ildə] də Rusiya və Qazaxıstanda qızğın müzakirələr gedəndə bizimkilər manatın gücünü reklam edirdilər. “Sonra nə baş verdiyini heç kim unutmayıb. Nəticədə hamı zərbə aldı və hələ də onun fəsadları aradan tam qalxmayıb. İndi dünyada baş verən gərginliyin fonunda ABŞ, Avropa, Yaponiya hökumətlərinin iqtisadiyyatlarından narahat olduqları bir vaxtda bizim hökumət təmsilçisi iqtisadiyyatımızın immunitetindən danışır. Halbuki cəmiyyət hökumətdən indiki gərginlikdə çıxış yolları, hökumətin strategiyası barədə bilgi almaq istəyir”. Foto: Sputnik Ekspert deyir ki, neftin bir barelinin (Brent) 30 dollara qədər ucuzlaşması fikri reallıqdan çox uzaqdır: “Rusiyanın maliyyə naziri Siluanovun çıxışına əsaslanıb belə fikir yürütmək kökündən yanlış cəhddir. Çünki bizim iqtisadiyyatlar oxşar olduğu qədər də fərqli struktura malikdir. Rusiyanın neftdən və idxaldan asılılığı bizdən əhəmiyyətli dərəcədə azdır. Ən azı Rusiyada devalvasiyanın ölkə iqtisadiyyatına təsiri ilə Azərbaycanda baş verən devalvasiyanın təsirini müqayisə etməklə fərqi görmək olar. Hətta Siluanov 30 dollar qiymətin neqtiv təsirini uzağı 4 il müddətinə neytrallaşdırmağın mümkün olduğunu bildirib. 2015-ci illə müqayisədə indi hökumətin təcrübəsi çox ola bilər. Ancaq baş verməsi gözlənilən böhran (virus probleminin həlli müddətindən asılı olacaq) 2015-ci il böhranın kəskin fərqlənir. Burda problem təkcə neftin ucuzlaşması fonunda milli valyutanın məzənnəsini qorumaqla bağlı deyil. Əsas problem idxaldan asılı olan Azərbaycan iqtisadiyyatının sabit məzənnə olduqda belə inflyasiyanı idxal etməsidir. Çin, İran mallarının əvəz edəcək Türkiyə, Rusiya, Avropa mallarının bahalaşması daxili bazara neqativ təsir edəcək. İndi həm dövlət büdcəsinin sosial yükünün artıb, həm qiymətlərin miqyası 2015-ci ildən fərqlənir. Büdcəyə 2015-ci ildəki həcmdə sekvester tətbiq etmək mümkün olmayacaq. Digər tərəfdən koronavirusun ilk zərbəsi yeni dirçəlməkdən olan turizm sektoruna vurur, bir azdan zərbə xidmətin digər qoluna keçəcək”. Samir Əliyev valyuta ehtiyatlarına dair fikrində 1 ilə Mərkəzi Bankın 11 milyard dollar itirməsi təcrübəmizin olduğunu deyir. Qeyd edir ki, 52 milyard dollarlıq təhlükəsizlik yastığına ümid etmək olmaz. Ekspert kapitalın qorunmadığı və gizli iqtisadiyyatın yüksək olduğu bir ölkədə kapital qaçışı da xırda qığılcımdan alovlana biləcəyini əlavə edir. “Ona görə də hökumət koronavirusun dünya iqtisadiyyatına vurduğu və bundan sonra vuracağı neqativ təsirlərin ölkə iqtisadiyyatına transferinin mininmuma endirilməsi üçün tədbirlər planı hazırlamalıdır”.







Xəbər lenti

img Günün xəbərləri
Koronavirus hava yolu ilə yayılır?

2020-03-29 / 20:37:22
img Manşet xəbərləri
Azərbaycanda koronavirusdan daha bir nəfər öldü: 17 yeni yoluxma - RƏSMİ

2020-03-28 / 19:40:23
img Manşet xəbərləri
Polis postlarından bu şəxslər keçə bilər: Qayda təsdiqləndi - SİYAHI

2020-03-28 / 19:39:04
img Manşet xəbərləri
Rusiya Bankının valyuta ehtiyatları bir həftəyə 30 milyard dollar azaldı

2020-03-28 / 17:27:10
img Manşet xəbərləri
Koronavirusun yayılmadığı yeganə ərazi - FOTOLAR

2020-03-28 / 16:54:58
img Günün xəbərləri
Ölənlərin sayı 28 mini keçdi - Koronavirusun qurbanları durmadan artır

2020-03-28 / 16:53:00
img Ölkə
Azərbaycan voleybol millisinin üzvləri karantinə alındı

2020-03-28 / 16:51:06
img Günün xəbərləri
Rusiyada daha bir nəfər koronavirusdan öldü

2020-03-28 / 16:48:22
img Dünya
İspaniyada koronavirusdan ölənlərin sayında rekord artım qeydə alındı

2020-03-28 / 16:47:28
img Dünya
Ərdoğan naziri vəzifəsindən azad edib

2020-03-28 / 12:20:25
img Dünya
Putinin varlılardan daha çox vergi planı iflasa uğradı – Əmanətçilər pullarını banklardan çıxarır

2020-03-28 / 12:17:42
img Hadisə
Mübariz Mənsimov Ərdoğana müraciət etdi: “Atam və anam həbsxanada olduğumu bilmir”

2020-03-28 / 11:08:13
img Dünya
Koronavirusdan ölənlərin sayı 27 mini ötüb

2020-03-28 / 11:05:02
img Hadisə
Neft yenə ucuzlaşdı – Birjada son qiymətlər

2020-03-28 / 11:03:51
img Dünya
ABŞ vətəndaşları adambaşı 1200 dollar alacaq - Koronavirusa görə

2020-03-28 / 10:43:58
img Manşet xəbərləri
"Cərimələmə və sərt cəzalandırma mərhələsi başlayacaq"

2020-03-28 / 10:42:05
img Ölkə
Koronavirusla Mübarizəyə Dəstək Fonduna nə qədər vəsait daxil olub?

2020-03-28 / 10:40:48
img Günün xəbərləri
Deputatların heç birində koronavirus aşkarlanmadı – RƏSMİ

2020-03-28 / 10:38:50
img Günün xəbərləri
Azərbaycanda keçmiş polis rəisi koronavirusa yoluxdu - VİDEO

2020-03-28 / 10:36:39
img Manşet xəbərləri
Azərbaycanda parklarda gəzmək qadağan edildi

2020-03-27 / 21:38:09
img Manşet xəbərləri
Azərbaycanda xüsusi karantin rejimi gücləndirilir

2020-03-27 / 21:37:28
img Manşet xəbərləri
Azərbaycanda 43 yeni koronavirusa yoluxma faktı qeydə alınıb

2020-03-27 / 19:21:57
img Manşet xəbərləri
Azərbaycanda 43 yeni koronavirusa yoluxma faktı qeydə alınıb

2020-03-27 / 19:20:04
img Dünya
Kasıblar koronavirusa yoluxmur

2020-03-27 / 18:39:57
img Dünya
Yadplanetlilər 69 yaşlı kişini eyvandan götürüb apardı - Azərbaycanda şok hadisə / VİDEO

2020-03-27 / 18:38:52

Bütün xəbərlər