logo
RU

Günün xəbərləri

Qarabağı “alovlandıran” Sumqayıt hadisələri – 32 il

img




Bu gün Sumqayıt hadisələrindən 32 il ötür. Oxu.Az-ın məlumatına görə, 1988-ci il fevralın 28-də baş vermiş bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin erməni millətçiləri ilə birgə Azərbaycana qarşı təşkil etdiyi və həyata keçirdiyi təxribatların növbəti tərkib hissəsi idi. Bu təxribatlar ermənilərin özlərini məzlum, yazıq, əzilən xalq obrazını yaratmaq cəhdi idi. Sumqayıt hadisələri sonradan Ermənistanın əlində bir bəhanəyə çevrildi və Qarabağda münaqişənin daha da alovlanmasına gətirib çıxardı. Erməni millətçiləri ilə SSRİ  “KQB”-nin birgə ssenarisi azərbaycanlılara qarşı “arqument” səviyyəsinə gəlib çıxdı. Sumqayıt hadisələri “KQB” ilə erməni millətçilərinin azərbaycanlılar əleyhinə məqsədyönlü birgə aktı idi. Sumqayıt hadisələri ilə bağlı aparılan təhqiqat zamanı isə toplanılan dəlillər və dinlənilən şahid ifadələri erməni cəlladlarının əleyhinə idi. İstintaqla müəyyən edildi ki, Sumqayıt hadisələrinin təşkilatçısı iki dəfə məhkum edilən erməni Eduard Qriqoryandır. Qriqoryanın Sumqayıt hadisələri zamanı beş ermənini şəxsən öldürdüyü bəlli oldu. Bir sözlə, Sumqayıtda etnik zəmində törədilən iğtişaş həmin dövrdə bu sıradan olan məqsədyönlü təxribatların kulminasiyası idi. SSRİ Baş Prokurorluğunun apardığı istintaq nəticəsində iğtişaşlar zamanı 26 erməni, 6 azərbaycanlının öldüyü müəyyənləşdi. Məhkəmənin qərarı ilə 92 nəfər uzunmüddətli həbs cəzasına, bir nəfər isə ölüm hökmünə məhkum olundu. Təəssüflər olsun ki, ölüm hökmü azərbaycanlı Əhməd Əhmədov barəsində çıxarılmışdı. Halbuki Sumqayıt ssenarisinin təşkilatçısı Eduard Qriqoryan idi. Bir sözlə, istintaqın məntiqi sonluğu təzadlarla dolu idi. Öldürülən ermənilərin demək olar ki, əksəriyyəti erməni terror fondlarına pul köçürməkdən imtina edənlər idi. Zərərçəkmiş Sumqayıt sakini L.Meclumyan istintaqda bildirirdi ki, Qriqoryan onun mənzilinə daxil olub, sındırdığı stulun ayaqları ilə xəstə anasına zərbə endirib. “Bu vaxt mən bir neçə dəfə müqavimət göstərməyə çalışdım, ancaq qadın olduğuma görə gücüm çatmadı, o, məni yerə yıxaraq, istədiyini etməyə başladı”, - deyə Meclumyan Qriqoryanın onu zorladığını bildirir. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan SSRİ Baş Prokurorluğunun üstündən sükutla keçdiyi məqamları araşdırmaq üçün göstəriş verib. Göstərişlə bağlı Baş prokurorun qərarı ilə SSRİ Baş Prokurorluğu tərəfindən istintaqı aparılaraq sonradan dayandırılmış beş cinayət işinin icraatı yenilənərək vahid icraatda birləşdirilib. İstintaqın aparılması Baş prokurorun birinci müavininin rəhbərliyi ilə prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin müstəntiq və əməliyyatçılarından ibarət yaradılmış istintaq-əməliyyat qrupuna həvalə edilib. İstintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş zəruri istintaq-əməliyyat tədbirləri nəticəsində hadisələrin həqiqi mahiyyəti üzə çıxıb. İğtişaşların sovet rəhbərliyində təmsil olunmuş ermənipərəst qüvvələrin göstərişi ilə əvvəlcədən hazırlanmış ssenari üzrə erməni separatçı qüvvələri tərəfindən törədildiyi müəyyən edilib. Aqşin Kərimov







Xəbər lenti

img Günün xəbərləri
Azərbaycanda koronavirusa yoluxanların sayı 443-ə çatıb

2020-04-03 / 13:18:47
img Manşet xəbərləri
Karantinə alınan 4321 nəfər müayinə edilir - Operativ qərargah

2020-04-03 / 13:17:51
img Manşet xəbərləri
Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxub

2020-04-03 / 13:16:16
img Qafqaz
Gürcüstan müxalifəti maliyyə yardımı xahişi ilə beynəlxalq təşkilatlara müraciət etdi

2020-04-03 / 11:44:44
img Ölkə
İşçilərin evdən çıxması üçün məlumatların sistemə yerləşdirilməsinə başlanıldı

2020-04-03 / 11:43:41
img Dünya
Dünya Oyunlarının da vaxtı dəyişdirildi

2020-04-03 / 11:42:03
img Dünya
Məkkə və Mədinədə komendant saatı elan olundu

2020-04-03 / 11:39:50
img Manşet xəbərləri
Koronavirusla bağlı STATİSTİKA

2020-04-03 / 11:36:22
img Günün xəbərləri
Nazirdən məhkəmə sədrlərinin və hakimlərinin işinin yoxlanılması ilə bağlı QƏRAR

2020-04-03 / 11:35:04
img Dünya
Əhalidən 3 ay müddətinə işıq və qaz pulu alınmayacaq - Türkiyədə

2020-04-03 / 11:00:35
img Dünya
“Tibbi maska koronavirusdan müdafiə etmir” - ÜST

2020-04-03 / 10:56:28
img Manşet xəbərləri
Azərbaycanda hərəkətə məhdudiyyət qoyulur - RƏSMİ

2020-04-03 / 10:21:22
img Günün xəbərləri
Teledərslərin aprelin 3-nə olan cədvəli

2020-04-02 / 19:00:08
img Ölkə
Bakıda qanunsuz dayanmağa və durmağa görə cərimələr ləğv edilib

2020-04-02 / 18:56:05
img Manşet xəbərləri
Fransa İtaliya və İspaniyaya göndərilən milyonlarla maskaya əl qoydu

2020-04-02 / 18:53:29
img Dünya
Putin: “ABŞ da neftin qiymətinin düşməsindən narahatdır”

2020-04-02 / 18:51:34
img Dünya
Çindən koronavirus qərarı: it və pişik əti yemək qadağan edildi

2020-04-02 / 18:37:36
img Manşet xəbərləri
“Urals” nefti 10 dollara düşüb

2020-04-02 / 16:51:12
img Hadisə
Türkiyədə azan vaxtı çəkilən bu video hamını heyrətə gətirdi - VİDEO

2020-04-02 / 16:49:28
img Dünya
İtaliyada koronavirusa yoluxanların sayı 6,5 milyon nəfərə çata bilər - ARAŞDIRMA

2020-04-02 / 16:47:39
img Dünya
Koronavirusa yoluxanların sayı 1 000 000-u ötdü

2020-04-02 / 16:46:37
img Günün xəbərləri
Vətəndaşların icazə ilə necə evdən çıxacağına dair yayılan məlumatlar rəsmi deyil

2020-04-02 / 16:44:29
img Dünya
İranda koronavirusa yoluxanların sayı 50 mini ötdü

2020-04-02 / 14:47:23
img Manşet xəbərləri
Belarus Rusiyadan 4 dollara neft almağa planlaşdırır

2020-04-02 / 14:45:44
img Manşet xəbərləri
Ölkədə fövqəladə vəziyyət elan olunacaq? - AÇIQLAMA

2020-04-02 / 13:45:38

Bütün xəbərlər