logo
RU

Dünya

ABŞ-ın Qüdsdəki səfirliyi yenidən Tel Əvivə köçürülə bilər

img




ABŞ-ın Cənubi Karolina ştatında CBS kanalı tərəfindən yayımlanan müzakirə proqramında Demokrat Partiyanın 7 prezidentliyə namizədi qarşı-qarşıya gəlib. Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, təhsil, səhiyyə və koronavirusla mübarizə tədbirləri də daxil olmaqda ölkənin daxili siyasəti ilə bağlı bir sıra məsələlərin müzakirə olunduğu proqramda İsrail-Fələstin münasibətlərinə də toxunulub. Namizədlər ikidövlətli həll yolu məsələsində ortaq fikir ifadə ediblər. Demokratların ən uğurlu namizədi hesab edilən Berni Sanders çıxışında İsrailin baş naziri Binyamin Netanyahunun siyasi xəttini tənqid edib. Onu emosional irqçi adlandıran Sanders ABŞ prezidenti Donald Trampın təktərəfli addımları ilə bu problemin həll olunmayacağı qənaətində olduğunu dilə gətirib. "Mən yəhudi olmağımla qürur duyuram və İsraildə də yaşamışam. Lakin əfsuslar olsun ki, ölkəni emosional bir irqçi idarə edir. İsrailin təhlükəsiz şəraitdə yaşamaq haqqını tamamilə müdafiə edirik, ancaq Fələstin xalqının da çətinliklərini görməzdən gələ bilmərik", - deyə Sanders bildirib. O, prezident seçiləcəyi təqdirdə ABŞ-ın Qüdsdəki səfirliyini yenidən Tel Əvivə köçürmək barədə düşünəcəyini ifadə edib. Digər namizəd Elizabet Uorren isə buna orda yaşayanların qərar verməli olduğunu deyib. İsrail qədər fələstinlilərin də Qüdsdə yaşamaq haqları olduğunu vurğulayan Uorren iki dövlətli həll yolu şərtlərinin ABŞ tərəfindən müəyyənləşdirilə bilinməyəcəyini qeyd edib. Nyu York şəhərinin keçmiş bələdiyyə sədri və milyarder Maykl Blumberq isə regionda münaqişənin uzun müddətdir davam etdiyini və hər iki toplumun da təhlükəsiz şəraitdə yaşamaq haqqı olduğunu söyləyib. Namizədlər İdlib gərginliyi mövzusuna da münasibət bildiriblər. Peter Buttiqieq beynəlxalq koalisiya və ortaqlarla əlaqələri möhkəmləndirməyin tərəfdarı olduğunu, Tramp administrasiyasının Yaxın Şərqdə üstünlüyünün qalmadığını deyib. O bildirib ki, ABŞ Yaxın Şərqdə və dünyada etibarını yenidən bərpa etməlidir və Suriyada İran, Rusiya və Türkiyənin sözü bizdən daha çox keçir. Uorren isə ABŞ-ın Suriyaya hərbi cəhətdən müdaxilə etməməli, lakin humanitar yardımların artırılmalı olduğunu ifadə edib. Verilişdə Çinlə münasibətlər də müzakirə edilib. Blubmberq Çinin uzlaşıla biləcək ölkə və liderinin də danışıqlar aparıla biləcək şəxs olduğunu deyib. Lakin prezident seçiləcəyi təqdirdə Çinin ABŞ-dakı kritik yatırımlarına icazə verməyəcəyini bildirib. Blumberqin əksinə Sanders Çinin diktator tərəfindən idarə edildiyini və Si Szinpin ilə işi olmayacağını deyib.







Xəbər lenti

img Günün xəbərləri
Azərbaycanda koronavirusa yoluxanların sayı 443-ə çatıb

2020-04-03 / 13:18:47
img Manşet xəbərləri
Karantinə alınan 4321 nəfər müayinə edilir - Operativ qərargah

2020-04-03 / 13:17:51
img Manşet xəbərləri
Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxub

2020-04-03 / 13:16:16
img Qafqaz
Gürcüstan müxalifəti maliyyə yardımı xahişi ilə beynəlxalq təşkilatlara müraciət etdi

2020-04-03 / 11:44:44
img Ölkə
İşçilərin evdən çıxması üçün məlumatların sistemə yerləşdirilməsinə başlanıldı

2020-04-03 / 11:43:41
img Dünya
Dünya Oyunlarının da vaxtı dəyişdirildi

2020-04-03 / 11:42:03
img Dünya
Məkkə və Mədinədə komendant saatı elan olundu

2020-04-03 / 11:39:50
img Manşet xəbərləri
Koronavirusla bağlı STATİSTİKA

2020-04-03 / 11:36:22
img Günün xəbərləri
Nazirdən məhkəmə sədrlərinin və hakimlərinin işinin yoxlanılması ilə bağlı QƏRAR

2020-04-03 / 11:35:04
img Dünya
Əhalidən 3 ay müddətinə işıq və qaz pulu alınmayacaq - Türkiyədə

2020-04-03 / 11:00:35
img Dünya
“Tibbi maska koronavirusdan müdafiə etmir” - ÜST

2020-04-03 / 10:56:28
img Manşet xəbərləri
Azərbaycanda hərəkətə məhdudiyyət qoyulur - RƏSMİ

2020-04-03 / 10:21:22
img Günün xəbərləri
Teledərslərin aprelin 3-nə olan cədvəli

2020-04-02 / 19:00:08
img Ölkə
Bakıda qanunsuz dayanmağa və durmağa görə cərimələr ləğv edilib

2020-04-02 / 18:56:05
img Manşet xəbərləri
Fransa İtaliya və İspaniyaya göndərilən milyonlarla maskaya əl qoydu

2020-04-02 / 18:53:29
img Dünya
Putin: “ABŞ da neftin qiymətinin düşməsindən narahatdır”

2020-04-02 / 18:51:34
img Dünya
Çindən koronavirus qərarı: it və pişik əti yemək qadağan edildi

2020-04-02 / 18:37:36
img Manşet xəbərləri
“Urals” nefti 10 dollara düşüb

2020-04-02 / 16:51:12
img Hadisə
Türkiyədə azan vaxtı çəkilən bu video hamını heyrətə gətirdi - VİDEO

2020-04-02 / 16:49:28
img Dünya
İtaliyada koronavirusa yoluxanların sayı 6,5 milyon nəfərə çata bilər - ARAŞDIRMA

2020-04-02 / 16:47:39
img Dünya
Koronavirusa yoluxanların sayı 1 000 000-u ötdü

2020-04-02 / 16:46:37
img Günün xəbərləri
Vətəndaşların icazə ilə necə evdən çıxacağına dair yayılan məlumatlar rəsmi deyil

2020-04-02 / 16:44:29
img Dünya
İranda koronavirusa yoluxanların sayı 50 mini ötdü

2020-04-02 / 14:47:23
img Manşet xəbərləri
Belarus Rusiyadan 4 dollara neft almağa planlaşdırır

2020-04-02 / 14:45:44
img Manşet xəbərləri
Ölkədə fövqəladə vəziyyət elan olunacaq? - AÇIQLAMA

2020-04-02 / 13:45:38

Bütün xəbərlər