logo
RU

Manşet xəbərləri

Xocalı Soyqırımını tanımış ölkələr (SİYAHI)

img




Xocalı soyqırımının törədilməsindən 28 il keçir. Ötən illər ərzində Azərbaycanın xarici siyasətində əsas prioritet istiqamətlərdən biri kimi bu soyqırımın beynəlxalq aləmdə tanıdılması, eləcə də soyqırıma obyektiv qiymət verilməsi istiqamətində davamlı işlərin aparılması olub. Son 28 il ərzində dünyanın bir neçə ölkəsi Xocalı soyqırımı rəsmən tanıdığını bəyan edib. LEGİON.AZ  Modern.az-a istinadən indiyə qədər Xocalı soyqırımını tanıyan ölkələrin və təşkilatların siyahısını təqdim edir: Meksika: 2012-ci il fevral ayının 2-də Meksika Senatının qəbul etdiyi qərarda Xocalı şəhərində 1992-ci il fevralın 25-26-da baş vermiş faciəni soyqırım adlandırılıb. Pakistan: 2012-ci ildə Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş soyqırımı pisləyən qətnamə qəbul edib. Kolumbiya: 2012-ci il aprelin 24-də Kolumbiya parlamenti 102 deputatın lehinə səsverməsi nəticəsində Xocalı soyqırımını rəsmən tanıyıb. Çexiya: 2013-cü il fevralın 19-da Çexiya parlamenti Xocalı soyqırımını rəsmən tanıyıb. Bosniya və Herseqovina: 2013-cü il fevralın 26-da Bosniya və Herseqovina parlamenti Xocalı soyqırımını rəsmən tanıyıb. Peru: 2013-cü ildə Peru Respublikasının parlamentində Xocalı soyqırımı rəsmən tanınıb. Honduras: Honduras Milli Konqresi 2014-cu ilin 17 yanvar tarixində Azərbaycan ərazilərinin işğalı və Xocalı soyqırımını tanıyan qərar qəbul edib. Ruminya: 2013-cü ildə Rumıniya Parlamenti Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul edib. Sudan: 2014-cü ildə Sudan Respublikasının parlamenti 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində baş vermiş qanlı hadisələri soyqırım aktı qəbul edərək tanıyıb. ABŞ ştatları: 2011-ci ildə Texas, Nyu-Cersi, 2012-ci ildə Corciya, Men, 2013-cü ildə Nyu-Meksiko, Arkanzas, Missisipi, Oklahoma, Tennessi , Pensilvaniya, West Virginia, Connecticut, Florida, 2014-cü ildə İndiana, 2015-ci ildə Arizona ştatları Xocalı soyqırımını rəsmən tanıyıblar. Panama: 2013-cü il 7 avqustda Panama Respublikasının Milli Assambleyası "Ermənistan qüvvələri tərəfindən Azərbaycan ərazisinin işğalı üzrə” qətnamə qəbul edib. Qvatemala: 2015-ci il 12 oktyabrda Qvatemala Konqresində Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul edilib Latviya: 2015-ci il 26 fevral Xosams Abu Meri başda olmaqla Latviya Seyminin Azərbaycanla parlamentlərarası dostluq qrupunun iclasında Xocalı faciəsi qurbanlarının xatirəsi ehtiramla yad edilib və Xocalı soyqırımı ilə əlaqədar,Azərbaycanla parlamentlərarası dostluq qrupu adından bəyanat qəbul edilib. İordaniya: İordaniya parlamenti 2016-cı ilXocalı soyqırımını rəsmən tanıyıb. Sloveniya: 20 yanvar 2016-cı il tarixində Sloveniya Respublikasının Milli Şurası şuranın üzvü Rudi Matjasicin təşəbbüsü əsasında Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar qəbul edib. Şotlandiya: 2017-ci il fevral ayının əvvəllərində Şotlandiya Parlamentində təmsil olunan bütün siyasi partiyaların ümumi razılığı ilə Xocalı soyqırımına siyasi qiymət verilməsi qərara alınıb və bu məqsədlə Xocalı soyqırımının 25 illiyi ərəfəsində həmin qanlı qırğına siyasi qiymət verilməsi haqqında Qətnamənin mətni Parlamentin saytında yerləşdirilib.        Cibuti Respublikası: 2017-ci il Cibuti Respublikası Milli Assambleyası (parlamenti) plenar iclasında mütləq səs çoxluğu ilə Xocalı Soyqırımına dair qətnamə qəbul edib. Bundan başqa 57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı da Xocalı soyqırımını tanıyıb. Bununla bağlı təşkilatın bir neçə qətnaməsi var.  







Xəbər lenti

img Günün xəbərləri
Azərbaycanda koronavirusa yoluxanların sayı 443-ə çatıb

2020-04-03 / 13:18:47
img Manşet xəbərləri
Karantinə alınan 4321 nəfər müayinə edilir - Operativ qərargah

2020-04-03 / 13:17:51
img Manşet xəbərləri
Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxub

2020-04-03 / 13:16:16
img Qafqaz
Gürcüstan müxalifəti maliyyə yardımı xahişi ilə beynəlxalq təşkilatlara müraciət etdi

2020-04-03 / 11:44:44
img Ölkə
İşçilərin evdən çıxması üçün məlumatların sistemə yerləşdirilməsinə başlanıldı

2020-04-03 / 11:43:41
img Dünya
Dünya Oyunlarının da vaxtı dəyişdirildi

2020-04-03 / 11:42:03
img Dünya
Məkkə və Mədinədə komendant saatı elan olundu

2020-04-03 / 11:39:50
img Manşet xəbərləri
Koronavirusla bağlı STATİSTİKA

2020-04-03 / 11:36:22
img Günün xəbərləri
Nazirdən məhkəmə sədrlərinin və hakimlərinin işinin yoxlanılması ilə bağlı QƏRAR

2020-04-03 / 11:35:04
img Dünya
Əhalidən 3 ay müddətinə işıq və qaz pulu alınmayacaq - Türkiyədə

2020-04-03 / 11:00:35
img Dünya
“Tibbi maska koronavirusdan müdafiə etmir” - ÜST

2020-04-03 / 10:56:28
img Manşet xəbərləri
Azərbaycanda hərəkətə məhdudiyyət qoyulur - RƏSMİ

2020-04-03 / 10:21:22
img Günün xəbərləri
Teledərslərin aprelin 3-nə olan cədvəli

2020-04-02 / 19:00:08
img Ölkə
Bakıda qanunsuz dayanmağa və durmağa görə cərimələr ləğv edilib

2020-04-02 / 18:56:05
img Manşet xəbərləri
Fransa İtaliya və İspaniyaya göndərilən milyonlarla maskaya əl qoydu

2020-04-02 / 18:53:29
img Dünya
Putin: “ABŞ da neftin qiymətinin düşməsindən narahatdır”

2020-04-02 / 18:51:34
img Dünya
Çindən koronavirus qərarı: it və pişik əti yemək qadağan edildi

2020-04-02 / 18:37:36
img Manşet xəbərləri
“Urals” nefti 10 dollara düşüb

2020-04-02 / 16:51:12
img Hadisə
Türkiyədə azan vaxtı çəkilən bu video hamını heyrətə gətirdi - VİDEO

2020-04-02 / 16:49:28
img Dünya
İtaliyada koronavirusa yoluxanların sayı 6,5 milyon nəfərə çata bilər - ARAŞDIRMA

2020-04-02 / 16:47:39
img Dünya
Koronavirusa yoluxanların sayı 1 000 000-u ötdü

2020-04-02 / 16:46:37
img Günün xəbərləri
Vətəndaşların icazə ilə necə evdən çıxacağına dair yayılan məlumatlar rəsmi deyil

2020-04-02 / 16:44:29
img Dünya
İranda koronavirusa yoluxanların sayı 50 mini ötdü

2020-04-02 / 14:47:23
img Manşet xəbərləri
Belarus Rusiyadan 4 dollara neft almağa planlaşdırır

2020-04-02 / 14:45:44
img Manşet xəbərləri
Ölkədə fövqəladə vəziyyət elan olunacaq? - AÇIQLAMA

2020-04-02 / 13:45:38

Bütün xəbərlər