logo
RU

Manşet xəbərləri

Neftçalanın sabiq icra başçısı həbs olunmasından razı qalıb

img




Neftçalanın həbs edilən sabiq icra başçısı İsmayıl Vəliyev barəsində seçilən həbs qətimkan tədbirindən apelyasiya şikayəti verməyib. Həbs olunan şəxslərdən yalnız rayonun Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev barəsində seçilmiş həbs-qətimkan tədbirindən apelyasiya şikayəti verib. Digər saxlanılan şəxslər isə bu hüquqlarından istifadə etməyiblər. Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələrinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri başlanılıb. Toplanılmış materiallarla rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin mütəmadi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib təhsil, səhiyyə və digər yerli dövlət təsisatları rəhbərlərindən müxtəlif adlar altında şəxsən pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən olunub. Həmçinin, İsmayıl Vəliyevin şəxsən, habelə icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, tabeçiliyində olan digər vəzifəli şəxslər vasitəsi ilə rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib. İsmayıl Vəliyevin, Vurğun Əkbərovun, icra başçısının müavini Gültəkin Sadıqovanın, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərovun xidməti otaqlarına məhkəmənin qərarı əsasında keçirilən baxış zamanı müxtəlif yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb. Aparılan araşdırmalarla İsmayıl Vəliyev tərəfindən təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin nağdlaşdırılaraq mənimsənildiyi, vəzifə səlahiyyətlərindən sui-istifadə edilməklə rayon ərazisində torpaq sahələrinin özbaşına tutulduğu, qanunsuz olaraq şəxsi məqsədlər üçün istifadə edildiyinə, həmin ərazilərdə qanunsuz tikinti işləri aparıldığına əsaslı şübhələr müəyyənləşib. İstintaq araşdırmaları ilə həmçinin, dövlət qayğısı ilə əhatə olunmuş işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün onlara məxsus əməkhaqqı kartlarının İsmayıl Vəliyev tərəfindən müxtəlif adlar altında ələ keçirilməsinə əsaslı şübhələr müəyyənləşib. Qeyd olunan vəzifə səlahiyyətlərindən sui-istifadə faktlarının təhsil, səhiyyə və digər yerli dövlət orqan və müəssisələrində davamlı korrupsiya əməllərinin törədilməsinə yol açdığı təsbit edilib. Cinayət işləri üzrə İsmayıl Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə faktlarına görə, Vurğun Əkbərov, Anar Cəfərov, Vüqar Nağıyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov və digərləri rüşvət alma və rüşvət vermə ilə bağlı faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə şübhəli şəxs qismində saxlanılıblar. Səbail rayon Məhkəməsi sabiq icra başçısı İsmayıl Vəliyev, onun birinci müavini olmuş Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, şöbə müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. /"APA"







Xəbər lenti

img Günün xəbərləri
Azərbaycanda koronavirusa yoluxanların sayı 443-ə çatıb

2020-04-03 / 13:18:47
img Manşet xəbərləri
Karantinə alınan 4321 nəfər müayinə edilir - Operativ qərargah

2020-04-03 / 13:17:51
img Manşet xəbərləri
Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxub

2020-04-03 / 13:16:16
img Qafqaz
Gürcüstan müxalifəti maliyyə yardımı xahişi ilə beynəlxalq təşkilatlara müraciət etdi

2020-04-03 / 11:44:44
img Ölkə
İşçilərin evdən çıxması üçün məlumatların sistemə yerləşdirilməsinə başlanıldı

2020-04-03 / 11:43:41
img Dünya
Dünya Oyunlarının da vaxtı dəyişdirildi

2020-04-03 / 11:42:03
img Dünya
Məkkə və Mədinədə komendant saatı elan olundu

2020-04-03 / 11:39:50
img Manşet xəbərləri
Koronavirusla bağlı STATİSTİKA

2020-04-03 / 11:36:22
img Günün xəbərləri
Nazirdən məhkəmə sədrlərinin və hakimlərinin işinin yoxlanılması ilə bağlı QƏRAR

2020-04-03 / 11:35:04
img Dünya
Əhalidən 3 ay müddətinə işıq və qaz pulu alınmayacaq - Türkiyədə

2020-04-03 / 11:00:35
img Dünya
“Tibbi maska koronavirusdan müdafiə etmir” - ÜST

2020-04-03 / 10:56:28
img Manşet xəbərləri
Azərbaycanda hərəkətə məhdudiyyət qoyulur - RƏSMİ

2020-04-03 / 10:21:22
img Günün xəbərləri
Teledərslərin aprelin 3-nə olan cədvəli

2020-04-02 / 19:00:08
img Ölkə
Bakıda qanunsuz dayanmağa və durmağa görə cərimələr ləğv edilib

2020-04-02 / 18:56:05
img Manşet xəbərləri
Fransa İtaliya və İspaniyaya göndərilən milyonlarla maskaya əl qoydu

2020-04-02 / 18:53:29
img Dünya
Putin: “ABŞ da neftin qiymətinin düşməsindən narahatdır”

2020-04-02 / 18:51:34
img Dünya
Çindən koronavirus qərarı: it və pişik əti yemək qadağan edildi

2020-04-02 / 18:37:36
img Manşet xəbərləri
“Urals” nefti 10 dollara düşüb

2020-04-02 / 16:51:12
img Hadisə
Türkiyədə azan vaxtı çəkilən bu video hamını heyrətə gətirdi - VİDEO

2020-04-02 / 16:49:28
img Dünya
İtaliyada koronavirusa yoluxanların sayı 6,5 milyon nəfərə çata bilər - ARAŞDIRMA

2020-04-02 / 16:47:39
img Dünya
Koronavirusa yoluxanların sayı 1 000 000-u ötdü

2020-04-02 / 16:46:37
img Günün xəbərləri
Vətəndaşların icazə ilə necə evdən çıxacağına dair yayılan məlumatlar rəsmi deyil

2020-04-02 / 16:44:29
img Dünya
İranda koronavirusa yoluxanların sayı 50 mini ötdü

2020-04-02 / 14:47:23
img Manşet xəbərləri
Belarus Rusiyadan 4 dollara neft almağa planlaşdırır

2020-04-02 / 14:45:44
img Manşet xəbərləri
Ölkədə fövqəladə vəziyyət elan olunacaq? - AÇIQLAMA

2020-04-02 / 13:45:38

Bütün xəbərlər