logo
RU

Manşet xəbərləri

Xocalı soyqırımından 28 il ötür

img




Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin ildönümüdür. Legion.az xəbər verir ki, Xocalı soyqırımından 28 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. 1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis "26 fevral - Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb. Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə "Ana harayı" adlı abidə ucaldılıb. Heydər Əliyev Fondu da Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Fondun dəstəyi və təşkilatçılığı ilə soyqırımla bağlı xüsusi layihə çərçivəsində dünyanın bir sıra ölkələrində aksiyalar, silsilə tədbirlər, sərgilər, anım mərasimləri keçirilir. Fondun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə elan edilən "Xocalıya ədalət!” kampaniyasının səmərəsi isə ildən-ilə artır. Bu kampaniya çərçivəsində keçirilən tədbirlərdə məqsəd Xocalıdakı cinayətə hüquqi-siyasi qiymətin verilməsinə, bütün dünyanın Xocalı soyqırımını tanımasına nail olmaqdır. Təsadüfi deyil ki, 2012-ci ilin yanvarında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının İndoneziyanın Palembanq şəhərində keçirilən VII sessiyasında 51 ölkənin parlament nümayəndələri Xocalı faciəsinin beynəlxalq səviyyədə soyqırımı kimi tanınması ilə bağlı müvafiq qətnamə qəbul edib. "Xocalıya ədalət!” beynəlxalq informasiya kampaniyası hazırda dünyanın onlarla ölkəsində uğurla həyata keçirilir və faciənin mənəvi və siyasi-hüquqi səviyyədə tanınmasına yönəlib. Hazırda Pakistan, Meksika, Çexiya, Kolumbiya, Bosniya və Herseqovina və s. ölkələrin parlamentləri Xocalı faciəsini soyqırım və Azərbaycana qarşı cinayət aktı kimi tanıyıblar. Bundan əlavə, Xocalı soyqırımı ABŞ-ın 20-dən çox ştatının qanunverici orqanları tərəfindən də tanınıb. Xatırladaq ki, Prezident İlham Əliyev beynəlxalq səviyyədə keçirilən "Xocalıya ədalət!” kampaniyasının əhəmiyyətini nəzərə alaraq, "Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında” 13 fevral 2014-cü il tarixli sərəncam imzalayıb. Qeyd edək ki, hazırda Xocalıdan olan məcburi köçkünlər ölkənin 50 şəhər və rayonunda müvəqqəti məskunlaşıb.







Xəbər lenti

img Manşet xəbərləri
İş adamı karantini pozdu, maşınla yol qurğularını qırıb keçdi

2020-04-08 / 17:30:05
img Günün xəbərləri
Azərbaycanda daha 105 nəfərdə koronavirus aşkarlanıb

2020-04-08 / 17:26:36
img Manşet xəbərləri
“Elə ailə var ki, cəmi bir nəfər işləyir, 250 manat maaş alır”

2020-04-08 / 14:22:25
img Ölkə
Qorxunc proqnoz: "195 milyon tam zamanlı iş yeri itirilə bilər"

2020-04-08 / 11:23:44
img Manşet xəbərləri
Deputat hökumətə çağırış etdi: bahalaşma başlayıb...

2020-04-08 / 11:19:27
img Cəmiyyət
“Baklift-2”nin sabiq rəisi barəsində cinayət işi başlandı

2020-04-08 / 11:18:01
img Hadisə
Yeni razılaşma ümidi nefti bahalaşdırdı - OPEC+

2020-04-08 / 11:17:02
img Dünya
“Apreldə infeksiyanın pik həddi gözlənilir” - Professor

2020-04-08 / 11:15:27
img Günün xəbərləri
Türkiyədə koronavirusdan ölənlərin sayı 725-ə çatdı

2020-04-08 / 11:13:42
img Cəmiyyət
Dövlət Komitəsi kişiləri ev işlərini görməyə çağırdı

2020-04-08 / 11:11:13
img Dünya
Rusiyada 3 yaşadək uşağı olan ailələrə maddi yardım ediləcək

2020-04-08 / 11:09:17
img Hadisə
"Kobra" Pərviz "Survivor"dan kənarlaşdırıldı - VİDEO

2020-04-08 / 11:08:04
img Ölkə
Sahil Babayev: “Birdəfəlik yardım onlara verilməyəcək”

2020-04-07 / 19:23:12
img Cəmiyyət
Maskalarla bağlı gözlənilməz açıqlama: Yeddi gün…

2020-04-07 / 19:16:10
img Dünya
Lukaşenko Belarusda COVID-19-la bağlı yeni statistikanı açıqladı

2020-04-07 / 19:14:02
img Dünya
Koronavirusun hüceyrələrə yayılmasının görüntüləri - FOTO

2020-04-07 / 19:10:18
img Manşet xəbərləri
İşsiz şəxslərin qeydiyyata alınmaları üçün müraciət günləri açıqlandı - CƏDVƏL

2020-04-07 / 19:08:26
img Sosial
190 manatlıq yardım üçün belə qeydiyyatdan keçməlisiz - Video

2020-04-07 / 15:44:57
img Günün xəbərləri
“Ağır cinayət törətməyən məhkumlar şərti cəza ilə azadlığa buraxılmalıdır” – Vəkil Kamandar Nəsibov

2020-04-07 / 15:43:26
img Dünya
İran koronavirusu nəzarət altına ala bilmədiyini açıqladı

2020-04-07 / 13:51:32
img Hadisə
Bakıda polis maşını yük avtomobili ilə toqquşdu - 6 nəfər xəsarət aldı

2020-04-07 / 13:50:30
img Günün xəbərləri
Məşhur ekstrasenslə bank arasında qalmaqal - Tofiq Dadaşovun 420 min dolları geri qaytarılmır

2020-04-07 / 13:48:49
img Ölkə
Aprelin 9-dək intensiv qar yağacaq - Faktiki hava

2020-04-07 / 13:40:53
img Günün xəbərləri
Aprelin 8-nə olan teledərslərin cədvəli açıqlandı

2020-04-07 / 13:37:23
img Günün xəbərləri
Akif Çovdarov və Sübahir Qurbanov azadlığa buraxılıb

2020-04-07 / 13:30:48

Bütün xəbərlər