logo
RU

Manşet xəbərləri

Putinin Rusiyasını rusiyalılar sürətlə tərk edir - 4,5 milyon adam tərk edib

img




“Rusiyanı artıq bir çox gənc insan tərk edir və bu prezident Vladirmi Putin üçün ciddi problem yaradır”. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu mövzu Avstriyanın “Kurier” qəzetində tədqiq olunub. Qəzet bununla bağlı rusiyalı yazıçı Segey Lebedevdən müsahibə alıb. Müxalif yazar vaxtilə özü ölkəsindən rejimin əlindən Almaniyaya mühacirət edənlərdən sayılır. Sergey Lebedev özünün Stalin rejiminə və QULAQ həbs düşərgələri ilə bağlı yazdığı əsərlərlə tanınır. Hazırda Stalin Putin rejimində yenidən yüksək dəyərə minib və onun haqqında tənqid qəbuledilməz sayılır. Rusiyanın “Levada-sentr” araşdırma mərkəzinin son sorğusuna görə, 18-24 yaşlı insanların 53%-i ölkədən çıxmaq istədiklərini bildiriblər. Ruslar Sovet İttifaqının dağılmasından bu yana emiqrantların sayına görə dünyada 3-cü yeri tutur. Son 20 ildə Rusiya Federasiyasını 4,5 milyon adam tərk edib. “Dövlətin inkişaf istiqamətindən narazılıq günü-gündən artır. Onlar bərbad iqtisadi vəziyyətdən narazıdırlar. Bir vaxtlar olduqca cazibəli görünən dövlət qulluğu indi gənclər üçün arzuedilməz hesab edilir. Çünki burada az maaş ödənilir, korrupsiya hökm sürür, təyinatlar isə ümumiyyətlə şəffaf deyil”,-deyə Berlində yerləşən Şərqi Avropa və beynəlxalq araşdırmalar mərkəzinin eksperti Feliks Kravatsek söyləyib. F.Kravatsekin sözlərinə görə, Vladimir Putinin siyasətinə də artıq əvvəlki qədər etimad yoxdur. Əgər 2014-cü ildə bu göstərici 88% təşkil edirdisə, indi həmin rəqəm 68%-in altına enib. “Atlantic Council” düşüncə mərkəzi də Rusiyanı tərk edənlərin 40%-nin əsas motivinin məhz ölkədəki siyasi iqlimlə bağlı olduğunu göstərib. Özü də onların 90%-i ali təhsillidir, yəni Rusiya özünün intellektual təbəqəsindən məhrum qalmış olub. Ekspertlərin rəyincə, bu, həm Putin, həm də dövlət üçün uzunmüddətli demoqrafik problem yaradır. Ölkədə onsuz da ölüm sayı doğumu üstələyir. Üstəlik gedənlərin əksəriyyəti belə vəziyyət davam etdikcə geri dönməyi tamamilə istisna yol hesab edir.
“Onlar artıq Rusiya ilə çoxdan vidalaşıblar”,-deyə Feliks Kravatsek vurğulayıb.







Xəbər lenti

img Günün xəbərləri
Azərbaycanda koronavirusa yoluxanların sayı 443-ə çatıb

2020-04-03 / 13:18:47
img Manşet xəbərləri
Karantinə alınan 4321 nəfər müayinə edilir - Operativ qərargah

2020-04-03 / 13:17:51
img Manşet xəbərləri
Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxub

2020-04-03 / 13:16:16
img Qafqaz
Gürcüstan müxalifəti maliyyə yardımı xahişi ilə beynəlxalq təşkilatlara müraciət etdi

2020-04-03 / 11:44:44
img Ölkə
İşçilərin evdən çıxması üçün məlumatların sistemə yerləşdirilməsinə başlanıldı

2020-04-03 / 11:43:41
img Dünya
Dünya Oyunlarının da vaxtı dəyişdirildi

2020-04-03 / 11:42:03
img Dünya
Məkkə və Mədinədə komendant saatı elan olundu

2020-04-03 / 11:39:50
img Manşet xəbərləri
Koronavirusla bağlı STATİSTİKA

2020-04-03 / 11:36:22
img Günün xəbərləri
Nazirdən məhkəmə sədrlərinin və hakimlərinin işinin yoxlanılması ilə bağlı QƏRAR

2020-04-03 / 11:35:04
img Dünya
Əhalidən 3 ay müddətinə işıq və qaz pulu alınmayacaq - Türkiyədə

2020-04-03 / 11:00:35
img Dünya
“Tibbi maska koronavirusdan müdafiə etmir” - ÜST

2020-04-03 / 10:56:28
img Manşet xəbərləri
Azərbaycanda hərəkətə məhdudiyyət qoyulur - RƏSMİ

2020-04-03 / 10:21:22
img Günün xəbərləri
Teledərslərin aprelin 3-nə olan cədvəli

2020-04-02 / 19:00:08
img Ölkə
Bakıda qanunsuz dayanmağa və durmağa görə cərimələr ləğv edilib

2020-04-02 / 18:56:05
img Manşet xəbərləri
Fransa İtaliya və İspaniyaya göndərilən milyonlarla maskaya əl qoydu

2020-04-02 / 18:53:29
img Dünya
Putin: “ABŞ da neftin qiymətinin düşməsindən narahatdır”

2020-04-02 / 18:51:34
img Dünya
Çindən koronavirus qərarı: it və pişik əti yemək qadağan edildi

2020-04-02 / 18:37:36
img Manşet xəbərləri
“Urals” nefti 10 dollara düşüb

2020-04-02 / 16:51:12
img Hadisə
Türkiyədə azan vaxtı çəkilən bu video hamını heyrətə gətirdi - VİDEO

2020-04-02 / 16:49:28
img Dünya
İtaliyada koronavirusa yoluxanların sayı 6,5 milyon nəfərə çata bilər - ARAŞDIRMA

2020-04-02 / 16:47:39
img Dünya
Koronavirusa yoluxanların sayı 1 000 000-u ötdü

2020-04-02 / 16:46:37
img Günün xəbərləri
Vətəndaşların icazə ilə necə evdən çıxacağına dair yayılan məlumatlar rəsmi deyil

2020-04-02 / 16:44:29
img Dünya
İranda koronavirusa yoluxanların sayı 50 mini ötdü

2020-04-02 / 14:47:23
img Manşet xəbərləri
Belarus Rusiyadan 4 dollara neft almağa planlaşdırır

2020-04-02 / 14:45:44
img Manşet xəbərləri
Ölkədə fövqəladə vəziyyət elan olunacaq? - AÇIQLAMA

2020-04-02 / 13:45:38

Bütün xəbərlər