logo
RU

Günün xəbərləri

Bu gün Azərbaycanda Novruzun ilk çərşənbəsidir

img




Bu gün ilk çərşənbədir  “Report” xəbər verir ki, artıq bu həftədən Su çərşənbəsi ilə Novruz bayramına hazırlıqlar başlayır. İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi su çərşənbəsi qeyd edilir. Bəzi mənbələrdə ona "əzəli çərşənbə", "gül çərşənbə" də deyirlər. Bu çərşənbədə suyun dirilməsi özünü göstərir. Qədim inanclara görə, bu çərşənbə suya tapınma inancı ilə başlayır. İnanca görə "təzə su", yəni səhər dan yeri sökülməmiş götürülən köpüklü ağ su min bir dərdin dərmanı sayılır. Yaz fəslinin gəlişini xəbər verən Novruz bayramı ilin başlanğıcı kimi də qəbul edilir. Məhz buna görə də insanlar sudan onun kimi şəffaf və gözəl bir ilin keçməsini arzulaya bilərlər. İlk tonqalın su çərşənbəsində yandırılması buzların əriməsi, artıq qışın arxada qalmasının göstəricisidir. Su çərşənbəsində masa üzərinə su qoymaq, masada suyun aşması xeyirliyə yozulur. Əgər süfrənizdə su aşıb tökülərsə, həmin ilin sizin üçün bol bərəkət gətirəcəyi gözlənilir. Su çərşənbəsi günü lal axan suyun üzərindən keçmək uğursuzluq əlaməti sayılır, həmçinin bu gün övladı olmayan bir qadının başından qırxaçar qabla su töksən, onun övladı dünyaya gələ bilər. Su çərşənbəsində hamının həyətində tonqal qalanır və bayram ovqatının yaxınlaşdığı nəzərə çatdırılır. Həmin gün insanların bir-birinin üzərinə su atması da uğura işarədir. Azərbaycanda martın 3-də Od, martın 10-u Yel çərşənbəsi, Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 17-də qeyd ediləcək. Qeyd edək ki, bu il Azərbaycana yaz fəsli ölkəyə martın 20-də, Bakı vaxtı ilə saat 07:49:36-da daxil olacaq. Həmin gün Günəş öz orbiti üzrə hərəkət edərək göy ekvatorunu kəsir. Yəni, cənub yarım kürəsindən şimal yarım kürəsinə keçir. Bu nöqtəyə də yaz bərabərliyi nöqtəsi deyilir və Günəş bu nöqtədə olarkən gecə ilə gündüzün uzunluğu bərabərləşir. Bununla da Şimal yarım kürəsiə Yaz fəsli daxil olur. Xatırladaq ki, 2020-ci il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü Novruz bayramıdır. Bu il 21, 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, 25, 26 mart tarixləri qeyri-iş günüdür. Beləliklə, bu il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü, 25-i və 26-da iş olmayacaq.







Xəbər lenti

img Günün xəbərləri
Azərbaycanda koronavirusa yoluxanların sayı 443-ə çatıb

2020-04-03 / 13:18:47
img Manşet xəbərləri
Karantinə alınan 4321 nəfər müayinə edilir - Operativ qərargah

2020-04-03 / 13:17:51
img Manşet xəbərləri
Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxub

2020-04-03 / 13:16:16
img Qafqaz
Gürcüstan müxalifəti maliyyə yardımı xahişi ilə beynəlxalq təşkilatlara müraciət etdi

2020-04-03 / 11:44:44
img Ölkə
İşçilərin evdən çıxması üçün məlumatların sistemə yerləşdirilməsinə başlanıldı

2020-04-03 / 11:43:41
img Dünya
Dünya Oyunlarının da vaxtı dəyişdirildi

2020-04-03 / 11:42:03
img Dünya
Məkkə və Mədinədə komendant saatı elan olundu

2020-04-03 / 11:39:50
img Manşet xəbərləri
Koronavirusla bağlı STATİSTİKA

2020-04-03 / 11:36:22
img Günün xəbərləri
Nazirdən məhkəmə sədrlərinin və hakimlərinin işinin yoxlanılması ilə bağlı QƏRAR

2020-04-03 / 11:35:04
img Dünya
Əhalidən 3 ay müddətinə işıq və qaz pulu alınmayacaq - Türkiyədə

2020-04-03 / 11:00:35
img Dünya
“Tibbi maska koronavirusdan müdafiə etmir” - ÜST

2020-04-03 / 10:56:28
img Manşet xəbərləri
Azərbaycanda hərəkətə məhdudiyyət qoyulur - RƏSMİ

2020-04-03 / 10:21:22
img Günün xəbərləri
Teledərslərin aprelin 3-nə olan cədvəli

2020-04-02 / 19:00:08
img Ölkə
Bakıda qanunsuz dayanmağa və durmağa görə cərimələr ləğv edilib

2020-04-02 / 18:56:05
img Manşet xəbərləri
Fransa İtaliya və İspaniyaya göndərilən milyonlarla maskaya əl qoydu

2020-04-02 / 18:53:29
img Dünya
Putin: “ABŞ da neftin qiymətinin düşməsindən narahatdır”

2020-04-02 / 18:51:34
img Dünya
Çindən koronavirus qərarı: it və pişik əti yemək qadağan edildi

2020-04-02 / 18:37:36
img Manşet xəbərləri
“Urals” nefti 10 dollara düşüb

2020-04-02 / 16:51:12
img Hadisə
Türkiyədə azan vaxtı çəkilən bu video hamını heyrətə gətirdi - VİDEO

2020-04-02 / 16:49:28
img Dünya
İtaliyada koronavirusa yoluxanların sayı 6,5 milyon nəfərə çata bilər - ARAŞDIRMA

2020-04-02 / 16:47:39
img Dünya
Koronavirusa yoluxanların sayı 1 000 000-u ötdü

2020-04-02 / 16:46:37
img Günün xəbərləri
Vətəndaşların icazə ilə necə evdən çıxacağına dair yayılan məlumatlar rəsmi deyil

2020-04-02 / 16:44:29
img Dünya
İranda koronavirusa yoluxanların sayı 50 mini ötdü

2020-04-02 / 14:47:23
img Manşet xəbərləri
Belarus Rusiyadan 4 dollara neft almağa planlaşdırır

2020-04-02 / 14:45:44
img Manşet xəbərləri
Ölkədə fövqəladə vəziyyət elan olunacaq? - AÇIQLAMA

2020-04-02 / 13:45:38

Bütün xəbərlər