logo
RU

Günün xəbərləri

İcra başçısı necə olmalıdır? - SƏNƏD

img




Azərbaycanda qanun pozuntularına yol verən vəzifəli şəxslər cəzalandırılır. Bu cəzalandırma tədbirləri Neftçalaya da gəlib çatdı. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin saxlanıldığı deyilir. DTX-nin yaydığı məlumatda onların səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd istifadə etdiyi bildirilib. Yayılan qeyri-rəsmi məlumatlara görə, saxlanılanlar arasında Neftçalanın icra başçısı İsmayıl Vəliyev də var. Fevralın 20-də Prezidentin imzaladığı sərəncamla İsmayıl Vəliyev vəzifəsindən azad edilib. Ümumiyyətlə, Azərbaycanda bəzi icra başçılarının vəzifələrindən sui-istifadə etməsi haqqında mətbuat səhifələrində yazılar dərc olunur. Əslində, icra başçıları nümunəvi olmaqla, qanun qarşısında öz vəzifələrini yerinə yetirməlidirlər. Oxu.Az-ın məlumatına görə, Konstitusiyanın 124-cü maddəsinə əsasən, yerlərdə icra işlərini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər. İcra başçılarının fəaliyyət dairəsi, vəzifələri “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə ilə tənzimlənir. İcra başçıları öz fəaliyyətini vətəndaşların hüquqlarının, azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, müvafiq ərazinin əhalisinin rifahını yaxşılaşdırmaq naminə iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təmin edilməsi, qanunçuluq, aşkarlıq və ictimai rəyin nəzərə alınması prinsipləri əsasında qurmalıdırlar. İcra başçıları müvafiq ərazidə dövlət idarəçiliyini həyata keçirməlidirlər. Əsasnamədə göstərilir ki, yerli icra hakimiyyətinin başçısı ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə görə Azərbaycan Prezidenti qarşısında şəxsən məsuliyyət daşıyır. İcra başçısı müvafiq ərazidə vətəndaşların hüquqlarının, azadlıqlarının müdafiəsini və həyata keçirilməsini, mülkiyyətin və ictimai asayişin qorunmasını təmin edir. İcra hakimiyyətinin başçıları rəhbərlik etdiyi regionda sosial-iqtisadi inkişafın monitorinqini və qiymətləndirilməsini həyata keçirməlidir. Əsasnamədə yazılanları ümumiləşdirsək, deyə bilərik ki, icra başçıları ümumilikdə rəhbərlik etdiyi ərazi üzrə bütün parametrlər üzrə inkişafı təmin etməlidir.







Xəbər lenti

img Manşet xəbərləri
Azərbaycanda koronavirusdan daha bir nəfər öldü: 17 yeni yoluxma - RƏSMİ

2020-03-28 / 19:40:23
img Manşet xəbərləri
Polis postlarından bu şəxslər keçə bilər: Qayda təsdiqləndi - SİYAHI

2020-03-28 / 19:39:04
img Manşet xəbərləri
Rusiya Bankının valyuta ehtiyatları bir həftəyə 30 milyard dollar azaldı

2020-03-28 / 17:27:10
img Manşet xəbərləri
Koronavirusun yayılmadığı yeganə ərazi - FOTOLAR

2020-03-28 / 16:54:58
img Günün xəbərləri
Ölənlərin sayı 28 mini keçdi - Koronavirusun qurbanları durmadan artır

2020-03-28 / 16:53:00
img Ölkə
Azərbaycan voleybol millisinin üzvləri karantinə alındı

2020-03-28 / 16:51:06
img Günün xəbərləri
Rusiyada daha bir nəfər koronavirusdan öldü

2020-03-28 / 16:48:22
img Dünya
İspaniyada koronavirusdan ölənlərin sayında rekord artım qeydə alındı

2020-03-28 / 16:47:28
img Dünya
Ərdoğan naziri vəzifəsindən azad edib

2020-03-28 / 12:20:25
img Dünya
Putinin varlılardan daha çox vergi planı iflasa uğradı – Əmanətçilər pullarını banklardan çıxarır

2020-03-28 / 12:17:42
img Hadisə
Mübariz Mənsimov Ərdoğana müraciət etdi: “Atam və anam həbsxanada olduğumu bilmir”

2020-03-28 / 11:08:13
img Dünya
Koronavirusdan ölənlərin sayı 27 mini ötüb

2020-03-28 / 11:05:02
img Hadisə
Neft yenə ucuzlaşdı – Birjada son qiymətlər

2020-03-28 / 11:03:51
img Dünya
ABŞ vətəndaşları adambaşı 1200 dollar alacaq - Koronavirusa görə

2020-03-28 / 10:43:58
img Manşet xəbərləri
"Cərimələmə və sərt cəzalandırma mərhələsi başlayacaq"

2020-03-28 / 10:42:05
img Ölkə
Koronavirusla Mübarizəyə Dəstək Fonduna nə qədər vəsait daxil olub?

2020-03-28 / 10:40:48
img Günün xəbərləri
Deputatların heç birində koronavirus aşkarlanmadı – RƏSMİ

2020-03-28 / 10:38:50
img Günün xəbərləri
Azərbaycanda keçmiş polis rəisi koronavirusa yoluxdu - VİDEO

2020-03-28 / 10:36:39
img Manşet xəbərləri
Azərbaycanda parklarda gəzmək qadağan edildi

2020-03-27 / 21:38:09
img Manşet xəbərləri
Azərbaycanda xüsusi karantin rejimi gücləndirilir

2020-03-27 / 21:37:28
img Manşet xəbərləri
Azərbaycanda 43 yeni koronavirusa yoluxma faktı qeydə alınıb

2020-03-27 / 19:21:57
img Manşet xəbərləri
Azərbaycanda 43 yeni koronavirusa yoluxma faktı qeydə alınıb

2020-03-27 / 19:20:04
img Dünya
Kasıblar koronavirusa yoluxmur

2020-03-27 / 18:39:57
img Dünya
Yadplanetlilər 69 yaşlı kişini eyvandan götürüb apardı - Azərbaycanda şok hadisə / VİDEO

2020-03-27 / 18:38:52
img Cəmiyyət
Koronavirusa yoluxan Mirvari Fətəliyeva ilə bağlı açıqlama

2020-03-27 / 16:50:15

Bütün xəbərlər