logo
RU

Manşet xəbərləri

Restoranların yeni fırıldağı: Şişirdilmiş menyular, “sürpriz” hesablar, pozulan hüquqlar...

img




Azərbaycanda bəzi restoran sahibləri əcnəbi müştərilər üçün əlavə menyular hazırlayır. Bu məsələ müxtəlif sferalarda dəfələrlə müzakirə mövzusu olur. Sahibkarlar bir çox hallarda nəinki əcnəbi müştərilərin, eləcə də yerli vətəndaşların da “cibinə girməyə” çalışırlar. Oxu.Az xəbər verir ki, sözügedən problemlə qarşılaşan bir neçə müştəri sosial şəbəkədə bu məsələ ilə bağlı paylaşım edib. Təəssüf ki, bu kimi faktlar müxtəlif restoranlarda indi də baş verir. Görünən odur ki, restoranlar əlavə qazanc əldə etmək üçün yeni fırıldaqlara əl atırlar. Xüsusilə də şəhərin mərkəzində fəaliyyət göstərən bəzi restoranlar belə “xidmət”lə ad çıxarıb. Müştərilər şikayət edirlər ki, restoranlar onların seçmədiyi əlavə xidmətlərə görə ödəniş tələb edirlər. Məsələn, sifariş götürərkən müştəriyə təklif etmədən menyuya əlavələr edib, yekunda müştəriyə “sürpriz” hesab təqdim edilir. Bəzi hallarda isə müştəridən canlı musiqinin hesabını da ödəməsi tələb edilir. Bu isə bir çox hallarda mübahisəyə səbəb olur. İstehlakçıların hüquqları nə üçün pozulur? Müştəri öz cibinə uyğun sifariş verdiyi halda niyə iki və ya üç dəfə artıq pul ödəməlidir? Çıxış yolu həmin restoranları boykot etməkdir, yoxsa? Məsələ ilə bağlı Oxu.Az-ın suallarını Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov cavablandırıb. O bildirib ki, AİB-ə məsələ ilə bağlı kifayət qədər şikayətlər daxil olur: “Təəssüf ki, bu problem nəinki turistləri, yerli camaatı da narahat edir. Sahibkarlar başa düşmürlər ki, bu birinci növbədə turizm sektoruna zərbədir. Problem xüsusilə bulvarda fəaliyyət göstərən restoranlarda müşahidə edilir. Aparılan monitorinqlər, ictimai qınaq müəyyən qədər bu problemlərin aradan qaldırılmasına kömək etsə də, paytaxtın mərkəzində fəaliyyət göstərən restoranların 60 faizində hələ də eyni problem qalır”. O qeyd edib ki, Sumqayıt şəhəri, Novxanı qəsəbəsində yerləşən restoranlardan da bu məsələ ilə bağlı şikayətlər gəlib: “Vətəndaş şişirdilmiş qiymətlərdən narazılıq edir. Sifariş edilən çayın yanında verilən istənilən təam barədə müştəriyə sual verilməlidir. Təbii ki, əgər bu, menyuda qeyd edilən çayın qiymətinə daxil deyilsə. Nazirlər Kabineti istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində müvafiq qanun layihəsi hazırlamadığı üçün bu problemlə qarşılaşan şəxslər kimə şikayət edəcəklərini bilmirlər. Təsəsvvür edin ki, restoran sahibləri o qədər harınlayıb ki, dəniz mənzərəsində içildikdə adi çayın qiyməti 20 manat olur, künc masalarda içildikdə isə bir az ucuz təklif olunur. Restoran var ki, müştərinin görünüşünə baxır, xoşu gəlirsə içəri buraxır, əks təqdirdə “yer yoxdur” deyərək içəri buraxmır. Yaxud yanında xanım olmadan bəzi restoranlara girişi qadağan ediblər. Bu hansı qanunda yazılıb? Bunlar istehlakçının hüququnun pozulmasıdır. Bu problemin qarşısının alınması üçün tədbir görülməsə, vətəndaşların hüquqları pozulmağa davam edəcək. Bu gün onların başına gələn haqsızlıq, sabah sizin və bizim də başımıza gələ bilər”.







Xəbər lenti

img Günün xəbərləri
Koronavirus hava yolu ilə yayılır?

2020-03-29 / 20:37:22
img Manşet xəbərləri
Azərbaycanda koronavirusdan daha bir nəfər öldü: 17 yeni yoluxma - RƏSMİ

2020-03-28 / 19:40:23
img Manşet xəbərləri
Polis postlarından bu şəxslər keçə bilər: Qayda təsdiqləndi - SİYAHI

2020-03-28 / 19:39:04
img Manşet xəbərləri
Rusiya Bankının valyuta ehtiyatları bir həftəyə 30 milyard dollar azaldı

2020-03-28 / 17:27:10
img Manşet xəbərləri
Koronavirusun yayılmadığı yeganə ərazi - FOTOLAR

2020-03-28 / 16:54:58
img Günün xəbərləri
Ölənlərin sayı 28 mini keçdi - Koronavirusun qurbanları durmadan artır

2020-03-28 / 16:53:00
img Ölkə
Azərbaycan voleybol millisinin üzvləri karantinə alındı

2020-03-28 / 16:51:06
img Günün xəbərləri
Rusiyada daha bir nəfər koronavirusdan öldü

2020-03-28 / 16:48:22
img Dünya
İspaniyada koronavirusdan ölənlərin sayında rekord artım qeydə alındı

2020-03-28 / 16:47:28
img Dünya
Ərdoğan naziri vəzifəsindən azad edib

2020-03-28 / 12:20:25
img Dünya
Putinin varlılardan daha çox vergi planı iflasa uğradı – Əmanətçilər pullarını banklardan çıxarır

2020-03-28 / 12:17:42
img Hadisə
Mübariz Mənsimov Ərdoğana müraciət etdi: “Atam və anam həbsxanada olduğumu bilmir”

2020-03-28 / 11:08:13
img Dünya
Koronavirusdan ölənlərin sayı 27 mini ötüb

2020-03-28 / 11:05:02
img Hadisə
Neft yenə ucuzlaşdı – Birjada son qiymətlər

2020-03-28 / 11:03:51
img Dünya
ABŞ vətəndaşları adambaşı 1200 dollar alacaq - Koronavirusa görə

2020-03-28 / 10:43:58
img Manşet xəbərləri
"Cərimələmə və sərt cəzalandırma mərhələsi başlayacaq"

2020-03-28 / 10:42:05
img Ölkə
Koronavirusla Mübarizəyə Dəstək Fonduna nə qədər vəsait daxil olub?

2020-03-28 / 10:40:48
img Günün xəbərləri
Deputatların heç birində koronavirus aşkarlanmadı – RƏSMİ

2020-03-28 / 10:38:50
img Günün xəbərləri
Azərbaycanda keçmiş polis rəisi koronavirusa yoluxdu - VİDEO

2020-03-28 / 10:36:39
img Manşet xəbərləri
Azərbaycanda parklarda gəzmək qadağan edildi

2020-03-27 / 21:38:09
img Manşet xəbərləri
Azərbaycanda xüsusi karantin rejimi gücləndirilir

2020-03-27 / 21:37:28
img Manşet xəbərləri
Azərbaycanda 43 yeni koronavirusa yoluxma faktı qeydə alınıb

2020-03-27 / 19:21:57
img Manşet xəbərləri
Azərbaycanda 43 yeni koronavirusa yoluxma faktı qeydə alınıb

2020-03-27 / 19:20:04
img Dünya
Kasıblar koronavirusa yoluxmur

2020-03-27 / 18:39:57
img Dünya
Yadplanetlilər 69 yaşlı kişini eyvandan götürüb apardı - Azərbaycanda şok hadisə / VİDEO

2020-03-27 / 18:38:52

Bütün xəbərlər