logo
RU

Ölkə

Bakıya gələn canavarlar niyə insanlara hücum edir? - AÇIQLAMA

img




Bakı şəhərində və kəndlərində insanların itlərin hücumuna məruz qalması adi haldır. Bəs Bakı kəndlərinin ətrafında canavarların yaşaması, yırtıcıların kəndlərin içinə daxil olması hansı hallarda baş verir və normaldırmı?

Qeyd edək ki,mətbuatda gedən məlumata görə, Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivində 54 yaşlı Cahangirov Camal canavarın hücumuna məruz qalıb. Yırtıcı ona xəsarət yetirib.

Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun əməkdaşı, zooloq Elşad Əsgərov Lent.az -a açıqlamasında canavarların mobil heyvan olduğunu, bu səbəbdən onların çox uzaq məsafələr qət etdiklərini vurğulayıb: “Eyni canavar sürüsünü bir gündə 4-5 kəndin ətrafında görmək olar. Çox güman ki, kəndə gəlib hücum edən heyvanlar digər yerlərdə yaşayırlar, istədikləri zaman yaşayış məntəqələrinin yaxınlığına gəlirlər. Azərbaycanda canavarların təbii qidası az qalıb. Olan qida da ancaq bəzi təbii qoruqlardadır. Şirvan Milli Parkında ceyran var. Ordakı canavarlar ceyran ovlayır. Yırtıcıların təbii qidası olmayanda məcbur qalıb ev heyvanlarına hücum edir. Yaxud kəndlərin içinə girib zibilliklərdən yeməyə bir şey axtarırlar. Bu hallarda onların insana hücum etməsi də mümkündür”.

Mütəxəssis bildirib ki, qışda qida çatışmazlığı heyvanların aqressivləşməsinə səbəb olduğu kimi, ikinci səbəb kimi bu dövrdə onların cütləşməsi də ola bilir: “Heyvanlar aqressiv olanda insana da hücum edə bilərlər. İnsan heyvanları nəsə edib qıcıqlandırır və hücumə sövq edir. Bundan başqa, ev itləri ilə canavarların hibridləri olur. Təbiətdə canavarların sayı azalanda onlar ev itləri ilə cütləşirlər. Bu cütləşmədən əmələ gələn hibridlər canavarlardan daha ağıllı olurlar. Çünki itlər neçə min ildir ki, əhilləşdiklərindən intellektləri daha çox inkişaf edib. Onlar bəzən əcdadları canavarlardan da intellektual olurlar. Bu cür hibrid canavarlar insanlardan qorxmurlar və yaşayış məskənlərinə yaxın gəlirlər. Amma hibrid heyvanları digərlərindən seçmək çox çətinidr. Mütəxəssis olmayan adam bunu seçə bilmir. Bu cür itlərin bizim ərazilərdə olması da istisna deyil”.

E.Əsgərov onu da qeyd edib ki, Bakı ətrafında keçən il Abşeron Milli Parkında canavar müşahidə ediblər: “Abşeron Milli Parkı təbii ərazidir, canavarın olması normaldır. Bu parkın yanında çoxlu kəndlər var. Çobanlar heyvanları qışda qış otlaqlarına gətirdiyi üçün Qobustanda da canavar çox olur. Qobustandan Bakıya gəlmək o heyvanlar üçün çətin olmur. Ona görə də canavarların Bakı kəndləri ətarflnda görünməsi normaldır”.

E.Əsgərovun sözlərinə görə, zərərçəkən adamın doğrudan da canavarın hücuma məruz qalıb-qalmadığını yoxlamaq lazımdır. Ekspert hüçum edən heyvanın canavara bənzəyən it sortu ola biləcəyini deyir.

Zooloq onu da əlavə edib ki, heyvanları qıcıqlandırmamaq vacibdir: “Əgər heyvanı qıcıqlandırmasan çox zaman vəhşi heyvanlar insana hücum etmirlər. Hər bir heyvanın öz menyüsi var. İnsan olaraq biz heç bir heyvanın menyüsində yoxuq. Təsadüfi hallarda insan heyvanı qıcıqlandırır və hücuma məruz qalır. Yaxud heyvan yaralı olanda insana hücum edir. Mümkün qədər heyvanlarla məsafə saxlamaq lazımdır”.







Xəbər lenti

img Günün xəbərləri
Azərbaycanda koronavirusa yoluxanların sayı 443-ə çatıb

2020-04-03 / 13:18:47
img Manşet xəbərləri
Karantinə alınan 4321 nəfər müayinə edilir - Operativ qərargah

2020-04-03 / 13:17:51
img Manşet xəbərləri
Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxub

2020-04-03 / 13:16:16
img Qafqaz
Gürcüstan müxalifəti maliyyə yardımı xahişi ilə beynəlxalq təşkilatlara müraciət etdi

2020-04-03 / 11:44:44
img Ölkə
İşçilərin evdən çıxması üçün məlumatların sistemə yerləşdirilməsinə başlanıldı

2020-04-03 / 11:43:41
img Dünya
Dünya Oyunlarının da vaxtı dəyişdirildi

2020-04-03 / 11:42:03
img Dünya
Məkkə və Mədinədə komendant saatı elan olundu

2020-04-03 / 11:39:50
img Manşet xəbərləri
Koronavirusla bağlı STATİSTİKA

2020-04-03 / 11:36:22
img Günün xəbərləri
Nazirdən məhkəmə sədrlərinin və hakimlərinin işinin yoxlanılması ilə bağlı QƏRAR

2020-04-03 / 11:35:04
img Dünya
Əhalidən 3 ay müddətinə işıq və qaz pulu alınmayacaq - Türkiyədə

2020-04-03 / 11:00:35
img Dünya
“Tibbi maska koronavirusdan müdafiə etmir” - ÜST

2020-04-03 / 10:56:28
img Manşet xəbərləri
Azərbaycanda hərəkətə məhdudiyyət qoyulur - RƏSMİ

2020-04-03 / 10:21:22
img Günün xəbərləri
Teledərslərin aprelin 3-nə olan cədvəli

2020-04-02 / 19:00:08
img Ölkə
Bakıda qanunsuz dayanmağa və durmağa görə cərimələr ləğv edilib

2020-04-02 / 18:56:05
img Manşet xəbərləri
Fransa İtaliya və İspaniyaya göndərilən milyonlarla maskaya əl qoydu

2020-04-02 / 18:53:29
img Dünya
Putin: “ABŞ da neftin qiymətinin düşməsindən narahatdır”

2020-04-02 / 18:51:34
img Dünya
Çindən koronavirus qərarı: it və pişik əti yemək qadağan edildi

2020-04-02 / 18:37:36
img Manşet xəbərləri
“Urals” nefti 10 dollara düşüb

2020-04-02 / 16:51:12
img Hadisə
Türkiyədə azan vaxtı çəkilən bu video hamını heyrətə gətirdi - VİDEO

2020-04-02 / 16:49:28
img Dünya
İtaliyada koronavirusa yoluxanların sayı 6,5 milyon nəfərə çata bilər - ARAŞDIRMA

2020-04-02 / 16:47:39
img Dünya
Koronavirusa yoluxanların sayı 1 000 000-u ötdü

2020-04-02 / 16:46:37
img Günün xəbərləri
Vətəndaşların icazə ilə necə evdən çıxacağına dair yayılan məlumatlar rəsmi deyil

2020-04-02 / 16:44:29
img Dünya
İranda koronavirusa yoluxanların sayı 50 mini ötdü

2020-04-02 / 14:47:23
img Manşet xəbərləri
Belarus Rusiyadan 4 dollara neft almağa planlaşdırır

2020-04-02 / 14:45:44
img Manşet xəbərləri
Ölkədə fövqəladə vəziyyət elan olunacaq? - AÇIQLAMA

2020-04-02 / 13:45:38

Bütün xəbərlər