logo
RU

Günün xəbərləri

Ötən il ölkə rəhbərliyinə ən çox müraciət bu şəhər və rayonlardan edilib - RƏSMİ

img




2019-cu ildə Prezident Administrasiyasına daxil olan müraciətlərin təhlili göstərir ki, Bakı şəhərinin rayonlarından, Şəki, Yevlax, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, İmişli, Kürdəmir, Laçın, Saatlı, Sabirabad, Salyan, Şamaxı, Şəmkir, Tovuz, Zərdab, digər şəhər və rayonlardan daha çox müraciət daxil olub. “Report”un məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun rəsmi mətbuatda dərc edilmiş məqaləsində bildirilib. Qeyd edilir ki, müraciətlərin çox olmasının həm obyektiv, həm də subyektiv səbəbləri vardır: “Narahatlıq doğuran məsələ odur ki, vətəndaşlar yerli qurumlarda həll olunmalı, yaxud izahat verilməli məsələlər barəsində Prezident Administrasiyasına yazırlar. Əhalinin hər 1 000 nəfərinə düşən müraciətlərin sayının real mənzərəni əks etdirən bir göstərici olduğunu nəzərə alsaq, deməliyik ki, Naftalan, Yevlax, Ağstafa, Ağsu, Astara, Beyləqan, Bərdə, Cəbrayıl, Gədəbəy, Göygöl, Kəlbəcər, Laçın, Lerik, Masallı, Sabirabad, Şəmkir, Ucar, Yardımlı, Zəngilan, Zərdab, digər şəhər və rayonlarda bu rəqəm daha yüksək olmuşdur. Prezident Administrasiyasına daxil olan müraciətlər hərtərəfli öyrənilir və bu, onların yaranma səbəblərini aşkarlamağa, lazım gəldikdə, müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı operativ tədbirlər görməyə və yaxud mərkəzi və yerli icra hakimiyyəti orqanlarında vətəndaş müraciətlərinə baxılması, həmçinin qəbulların təşkili ilə bağlı müvafiq tövsiyələrin verilməsinə imkan yaradır. 2019-cu ildə Prezident Administrasiyasına daxil olmuş müraciətlərin 67,9 faizi ərizə, 31,8 faizi şikayət, 0,3 faizi isə təklifdir”.







Xəbər lenti

img Manşet xəbərləri
Azərbaycanda koronavirusdan daha bir nəfər öldü: 17 yeni yoluxma - RƏSMİ

2020-03-28 / 19:40:23
img Manşet xəbərləri
Polis postlarından bu şəxslər keçə bilər: Qayda təsdiqləndi - SİYAHI

2020-03-28 / 19:39:04
img Manşet xəbərləri
Rusiya Bankının valyuta ehtiyatları bir həftəyə 30 milyard dollar azaldı

2020-03-28 / 17:27:10
img Manşet xəbərləri
Koronavirusun yayılmadığı yeganə ərazi - FOTOLAR

2020-03-28 / 16:54:58
img Günün xəbərləri
Ölənlərin sayı 28 mini keçdi - Koronavirusun qurbanları durmadan artır

2020-03-28 / 16:53:00
img Ölkə
Azərbaycan voleybol millisinin üzvləri karantinə alındı

2020-03-28 / 16:51:06
img Günün xəbərləri
Rusiyada daha bir nəfər koronavirusdan öldü

2020-03-28 / 16:48:22
img Dünya
İspaniyada koronavirusdan ölənlərin sayında rekord artım qeydə alındı

2020-03-28 / 16:47:28
img Dünya
Ərdoğan naziri vəzifəsindən azad edib

2020-03-28 / 12:20:25
img Dünya
Putinin varlılardan daha çox vergi planı iflasa uğradı – Əmanətçilər pullarını banklardan çıxarır

2020-03-28 / 12:17:42
img Hadisə
Mübariz Mənsimov Ərdoğana müraciət etdi: “Atam və anam həbsxanada olduğumu bilmir”

2020-03-28 / 11:08:13
img Dünya
Koronavirusdan ölənlərin sayı 27 mini ötüb

2020-03-28 / 11:05:02
img Hadisə
Neft yenə ucuzlaşdı – Birjada son qiymətlər

2020-03-28 / 11:03:51
img Dünya
ABŞ vətəndaşları adambaşı 1200 dollar alacaq - Koronavirusa görə

2020-03-28 / 10:43:58
img Manşet xəbərləri
"Cərimələmə və sərt cəzalandırma mərhələsi başlayacaq"

2020-03-28 / 10:42:05
img Ölkə
Koronavirusla Mübarizəyə Dəstək Fonduna nə qədər vəsait daxil olub?

2020-03-28 / 10:40:48
img Günün xəbərləri
Deputatların heç birində koronavirus aşkarlanmadı – RƏSMİ

2020-03-28 / 10:38:50
img Günün xəbərləri
Azərbaycanda keçmiş polis rəisi koronavirusa yoluxdu - VİDEO

2020-03-28 / 10:36:39
img Manşet xəbərləri
Azərbaycanda parklarda gəzmək qadağan edildi

2020-03-27 / 21:38:09
img Manşet xəbərləri
Azərbaycanda xüsusi karantin rejimi gücləndirilir

2020-03-27 / 21:37:28
img Manşet xəbərləri
Azərbaycanda 43 yeni koronavirusa yoluxma faktı qeydə alınıb

2020-03-27 / 19:21:57
img Manşet xəbərləri
Azərbaycanda 43 yeni koronavirusa yoluxma faktı qeydə alınıb

2020-03-27 / 19:20:04
img Dünya
Kasıblar koronavirusa yoluxmur

2020-03-27 / 18:39:57
img Dünya
Yadplanetlilər 69 yaşlı kişini eyvandan götürüb apardı - Azərbaycanda şok hadisə / VİDEO

2020-03-27 / 18:38:52
img Cəmiyyət
Koronavirusa yoluxan Mirvari Fətəliyeva ilə bağlı açıqlama

2020-03-27 / 16:50:15

Bütün xəbərlər