logo
RU

Sosial

Ünvanlı yardım almaq istəyənlərin nəzərinə! - Şərtlər sadələşdirilir

img




Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı dövlət sosial yardımının təyinatında ünvanlılıq prinsipinin daha dolğun şəkildə təmin edilməsi və sosial yardım proqramının aztəminatlı ailələrə əlçatanlığının artırılması üçün qanunvericilikdə təkmilləşdirmə işləri davam etdirilir. Nazirlikdən Qaynarinfo-ya verilən xəbərə görə, bu məqsədlə "Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunda və  "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda dəyişikliklər layihələri hazırlanıb.  Mövcud qanunvericiliyə görə, ailə tərkibində baş vermiş dəyişiklik və bu dəyişikliyə görə məlumat verilməməsi ailəyə sosial yardım təyinatından imtinaya və ya ailəyə yardımın dayandırılmasına səbəb olur. Yeni qanunvericilik layihələri isə həmin dəyişikliyin və buna görə məlumat verilməməsinin yardım təyinatına və ya ödənişinə təsir etməməsini nəzərdə tutur. Həmçinin ailənin gəlirlərində dəyişiklik baş verdiyi halda, bu barədə ailənin məlumat verməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddətin 5 iş günündən 15 iş gününə və ya 21 günədək uzadılması yeni layihələrdə yer alıb.  Hazırda ailənin ünvanlı dövlət sosial yardım almaq hüququna baxılarkən onun orta aylıq gəlirinə götürdüyü borc (o cümlədən kredit) da daxil edilir. Sosial yardımın təyinatından sonra da ailə üzvü kredit götürdüyü və bu barədə məlumat verilmədiyi halda ailəyə sosial yardım ödənişi dayandırılır, növbəti dəfə sosial yardım almaq üçün müraciət etmək hüququ 1 il müddətinə məhdudlaşdırılır.  Yeni layihədə bu məhdudiyyət aradan qaldırılmaqla, ailənin götürdüyü kreditin onun gəliri kimi nəzərə alınmaması, ümumən götürülən kreditin ailənin sosial yardım hüququna maneə yaratmaması əksini tapır. Ünvanlı yardım üçün müraciət  zamanı qeyd edilməsi tələb olunan məlumatların sayı da azaldılacaq. Aidiyyəti qurumların elektron informasiya bazalarından əldə edilməsi mümkün olan məlumatların ərizə-bəyannamədə bəyan edilməsi tələb edilməyəcək. Həmçinin ailə üzvünün (üzvlərinin) bu və ya digər sosial təminat növü (pensiya, müavinət, təqaüd və s.) ilə təmin edilməsi ilə bağlı məlumatların da daxil edilməsi istənilməyəcək, həmin məlumatlar müvafiq informasiya bazalarından əldə olunacaq.  Ünvanlı sosial yardım təyin olunan ailənin özünüməşğulluğa cəlb edilməsi üçün mexanizmin yaradılması da yeni qanunvericilik layihələrində yer alıb. Bu, aztəminatlı ailələrə sosial yardım formasında dəstəklə paralel olaraq, kiçik biznesə çıxış  və gəlirlərini artırmalarına aktiv formada dövlət dəstəyinin göstərilməsini nəzərdə tutur. Qeyd edək ki, "Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanun layihəsi artıq hökumətə təqdim edilib.







Xəbər lenti

img Günün xəbərləri
Azərbaycanda 822 nəfər koronavirusa yoluxub, 63-ü sağalıb

2020-04-08 / 18:17:56
img Manşet xəbərləri
İş adamı karantini pozdu, maşınla yol qurğularını qırıb keçdi

2020-04-08 / 17:30:05
img Günün xəbərləri
Azərbaycanda daha 105 nəfərdə koronavirus aşkarlanıb

2020-04-08 / 17:26:36
img Manşet xəbərləri
“Elə ailə var ki, cəmi bir nəfər işləyir, 250 manat maaş alır”

2020-04-08 / 14:22:25
img Ölkə
Qorxunc proqnoz: "195 milyon tam zamanlı iş yeri itirilə bilər"

2020-04-08 / 11:23:44
img Manşet xəbərləri
Deputat hökumətə çağırış etdi: bahalaşma başlayıb...

2020-04-08 / 11:19:27
img Cəmiyyət
“Baklift-2”nin sabiq rəisi barəsində cinayət işi başlandı

2020-04-08 / 11:18:01
img Hadisə
Yeni razılaşma ümidi nefti bahalaşdırdı - OPEC+

2020-04-08 / 11:17:02
img Dünya
“Apreldə infeksiyanın pik həddi gözlənilir” - Professor

2020-04-08 / 11:15:27
img Günün xəbərləri
Türkiyədə koronavirusdan ölənlərin sayı 725-ə çatdı

2020-04-08 / 11:13:42
img Cəmiyyət
Dövlət Komitəsi kişiləri ev işlərini görməyə çağırdı

2020-04-08 / 11:11:13
img Dünya
Rusiyada 3 yaşadək uşağı olan ailələrə maddi yardım ediləcək

2020-04-08 / 11:09:17
img Hadisə
"Kobra" Pərviz "Survivor"dan kənarlaşdırıldı - VİDEO

2020-04-08 / 11:08:04
img Ölkə
Sahil Babayev: “Birdəfəlik yardım onlara verilməyəcək”

2020-04-07 / 19:23:12
img Cəmiyyət
Maskalarla bağlı gözlənilməz açıqlama: Yeddi gün…

2020-04-07 / 19:16:10
img Dünya
Lukaşenko Belarusda COVID-19-la bağlı yeni statistikanı açıqladı

2020-04-07 / 19:14:02
img Dünya
Koronavirusun hüceyrələrə yayılmasının görüntüləri - FOTO

2020-04-07 / 19:10:18
img Manşet xəbərləri
İşsiz şəxslərin qeydiyyata alınmaları üçün müraciət günləri açıqlandı - CƏDVƏL

2020-04-07 / 19:08:26
img Sosial
190 manatlıq yardım üçün belə qeydiyyatdan keçməlisiz - Video

2020-04-07 / 15:44:57
img Günün xəbərləri
“Ağır cinayət törətməyən məhkumlar şərti cəza ilə azadlığa buraxılmalıdır” – Vəkil Kamandar Nəsibov

2020-04-07 / 15:43:26
img Dünya
İran koronavirusu nəzarət altına ala bilmədiyini açıqladı

2020-04-07 / 13:51:32
img Hadisə
Bakıda polis maşını yük avtomobili ilə toqquşdu - 6 nəfər xəsarət aldı

2020-04-07 / 13:50:30
img Günün xəbərləri
Məşhur ekstrasenslə bank arasında qalmaqal - Tofiq Dadaşovun 420 min dolları geri qaytarılmır

2020-04-07 / 13:48:49
img Ölkə
Aprelin 9-dək intensiv qar yağacaq - Faktiki hava

2020-04-07 / 13:40:53
img Günün xəbərləri
Aprelin 8-nə olan teledərslərin cədvəli açıqlandı

2020-04-07 / 13:37:23

Bütün xəbərlər