logo
RU

Günün xəbərləri

BMT-dən həyacan təbili: Bütün ölkələr koronavirusa qarşı hazır olsun!

img




Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Çin Xalq Respublikasında meydana çıxan, Koreya Respublikası, Yaponiya, Tayland və Sinqapura yayılan yeni koronavirus alovlanması ilə bağlı Beynəlxalq Tibbi Sanitariya Qaydaları (2005) üzrə Fövqəladə Hallar Komitəsini çağırıb.   Bu barədə Modern.az-a Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan nümayəndəliyinin Qlobal Kommunikasiyalar Departamentindən verilən məlumatda bildirilib.   Qeyd edilib ki, 23 yanvar tarixində, Çin Xalq Respublikası, Yaponiya, Tayland və Koreya Respublikasının səhiyyə nazirliklərinin nümayəndələri komitəyə ölkələrindəki son vəziyyətlə bağlı məlumat veriblər:   “Çində müraciət hallarının sayının artması bildirilib və onlardan 557 nəfərdə yoluxma halı qeydə alınıb. Çin hökümətinin təqdim etdiyi yeni epidemioloji məlumat, yoluxma və şübhəli halların, yoluxmuş əyalətlərin sayının artdığını, və hazırda qeydə alınmış hadisələrdən 4%-nin (557-dən 17-si) ölümlə nəticələndiyini aşkarlayıb. Virusun insandan insana ötürülməsi qeydə alınıb və reproduktivlik dərəcəsi 1,4-2,5 kimi təqdim olunub. Çoxalma hadisəsi yalnız bir səhiyyə müəssisəsində müşahidə olunub. Qeydə alınmış halların 25%-nin ağır dərəcədə olduğu bildirilir. Xəstəliyin mənbəyi hələ də məlum deyil (daha çox, heyvan mənşəli olması ehtimal edilir) və insandan insana ötürülməsinin nisbəti hələ ki müəyyənləşməyib”.   Komitənin 23 yanvar tarixindəki iclasının qərarına əsasən, xəstəliyin əhatə dairəsi məhdud olduğundan və bəzi simptomları müəyyənləşdirilmədiyindən onun ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyət kəsb edən, fövqəladə vəziyyət elan edilməsi üçün hələ ki, erkəndir:   “Komitə üzvlərinin əksəriyyəti, virusdan yoluxma hallarının məhdud sayda və onun ikili təbiətə malik olmasını nəzərə alaraq, İctimai Səhiyyə sahəsində Beynəlxalq Əhəmiyyət kəsb edən Fövqəladə vəziyyətin elan edilməsinin hələ erkən olduğunu bildirdilər. Baş direktor zəruri hesab edərsə, Komitə təxminən 10 gün ərzində və ya daha tez yenidən toplaşmağa hazırdır. Xəstəliyin digər ölkələrə yayıla biləcəyi ehtimal olunur. Bu səbəbdən, bütün ölkələr aktiv nəzarət, erkən diaqnostika, təcrid olunma, xəstəlik hallarının idarə edilməsi, ötürülməsinin izlənməsi və 2019-nCoV infeksiyanın yayılmasının qarşısının alınması daxil olmaqla, cavab tədbirləri görməyə hazır olmalı və bütün məlumatları ÜST-lə bölüşməlidir”.







Xəbər lenti

img Cəmiyyət
Anelka "Fənərbaxça"ya dönmək istəyir

2020-02-26 / 19:25:42
img Hadisə
Pakistan SSRİ-dən aldığı borcu Rusiyaya qaytardı

2020-02-26 / 19:24:38
img Dünya
Məşhur idmançı karyerasını başa vurdu

2020-02-26 / 19:23:04
img Ölkə
BŞİH mitinq üçün Lökbatanı təklif etdi

2020-02-26 / 19:21:42
img Günün xəbərləri
Türkiyə Naxçıvanla sərhədi açdı

2020-02-26 / 19:20:22
img Günün xəbərləri
Ekspert koronavirusun qiymətlərə necə təsir edəcəyindən danışdı

2020-02-26 / 19:18:58
img Cəmiyyət
Selfi üçün 10 min tələb edir - Məşhur aktyorun fanatları qəzəbləndi

2020-02-26 / 17:24:15
img Manşet xəbərləri
Konstitusiya Məhkəməsi hansı dairələri ləğv edəcək – Siyahı

2020-02-26 / 16:45:57
img Ölkə
Müəllimi bulvarda intihar edən qız haqqında: “Qüruruna sığışdırmadı”

2020-02-26 / 16:04:56
img Günün xəbərləri
Atəşkəs dövründə şəhid olan və yaralanan hərbçilərin sayı AÇIQLANDI

2020-02-26 / 15:18:33
img Dünya
ABŞ-ın Qüdsdəki səfirliyi yenidən Tel Əvivə köçürülə bilər

2020-02-26 / 15:15:03
img Dünya
Norveçdə "Nuhun Gəmisi"nə 60 min bitki toxumu daşındı

2020-02-26 / 15:13:53
img Manşet xəbərləri
Xocalı Soyqırımını tanımış ölkələr (SİYAHI)

2020-02-26 / 15:12:43
img Günün xəbərləri
İsgəndər Həmidov dəfn edildi

2020-02-26 / 15:11:21
img Günün xəbərləri
MSK yekun protokolu Konstitusiya Məhkəməsinə təqdim etdi

2020-02-26 / 15:09:49
img Günün xəbərləri
İLHAM ƏLİYEV AYAZ MÜTƏLLİBOVLA GÖRÜŞDÜ – VİDEO

2020-02-26 / 13:26:30
img Günün xəbərləri
Azərbaycanda eyni şəxsə məxsus 5 şirkət ləğv olunur

2020-02-26 / 12:40:08
img Dünya
Cənubi Koreyada koronavirusa yoluxanların sayı 1 200-ü ötdü

2020-02-26 / 12:39:00
img Ölkə
Şimal bölgəsinə 30 sm-dək qar yağıb

2020-02-26 / 12:37:27
img Günün xəbərləri
"Ümumilikdə 328 seçki məntəqəsində nəticələr ləğv edilib" - MSK

2020-02-26 / 12:33:16
img Manşet xəbərləri
Neftçalanın sabiq icra başçısı həbs olunmasından razı qalıb

2020-02-26 / 12:29:46
img Dünya
Çində koronavirus qurbanlarının sayı 2,7 min nəfəri ötüb

2020-02-26 / 11:34:24
img Manşet xəbərləri
İsgəndər Həmidov həyat yoldaşının yanında dəfn olunacaq

2020-02-26 / 11:27:33
img Sosial
Koronavirusla bağlı Kliniki Tibbi Mərkəzə 7 nəfər yerləşdirilib

2020-02-26 / 11:26:16
img Dünya
Koronavirus təhlükəsi Rusiyada sarımsağı bahalaşdırdı

2020-02-26 / 11:24:41

Bütün xəbərlər