logo
RU

Cəmiyyət

Alkoqolun orqanizmə inanılmaz təsirləri

img




Alkoqol asılılığı olan bir çox insan xəstələndiyi zaman ağırlaşmasının səbəbini bilmir. Və yalnız tibbi ekspertiza spirtin bədənə nə dərəcədə təsir etdiyini müəyyən edir. Soyuqdəymə və infeksiya isə bu faciəni sonlandıran son damla olur. Sizi alkoqolun təsirləri ilə tanış edirik. Alkoqolun orqanizmə təsiri Alkoqolun sağlamlığa ziyanı nədən ibarətdir? Bu sualın cavabı sadə deyil və elmi izahlar tələb edir. Alkoqol iki əsas halda təhlükəlidir. Birincisi, alkoqol narkotik zəhərdir, ikincisi bu, elə bir zəhərdir ki, insan orqanizminə yavaş-yavaş, amma davamlı şəkildə daxil olaraq onun məhv olmasına gətirib çıxarır. Rusiyanın keçmiş baş sanitar müfəttişi Qennadiy İnişenko deyir ki, alkoqol zəhərdir, odur ki, onun keyfiyyətindən bəhs ediriksə, biz həm də zəhərin keyfiyyətinin yaxşılaşdırılmasından danışırıq. Bu zəhər ilk olaraq mədəyə zərər verir, çünki ilk zərbəni o, qəbul edir. İçki nə qədər tünddürsə, insan bir o qədər tez xəstələnir və müalicəsi bir o qədər çətinləşir. Alkoqol və həzm xəstəlikləri Spritli içkilərin təsiri ilə bütün həzm sistemində dərin dərişiklik baş verir. Mədə onun divarlarını qoruyan muçin maddəsi ifraz etməyə başlayır. Alkoqol isə bu funksiyanın qarşısını alır və praktiki olaraq mədəni insanın yediyi hər şeyə qarşı müdafiəsiz edir. Mədədə həzm prosesi tam getmir, qidalar qatılaşır və oradan birbaşa bağırsaqlara daxil olur. Bunun qarşısı vaxtında alınmazsa və ciddi müalicə olunmazsa, qastrit nəticədə mədə xərçənginə çevrilə bilər. Qaraciyər bütün qanı gündə 400 dəfə süzür və spirt də daxil olmaqla bütün zəhərli maddələri təmizləyir. Qaraciyərdən keçən etil spirti onun təsiri altında ölən qaraciyər hüceyrələrinə zərər verə bilər. Onların yerlərində birləşdirici toxuma, ya da sadəcə yara yaranır. Bu zaman qaraciyər sanki balacalaşır, qaraciyər damarları sıxılır və qan onlardan keçə bilmir. Dolayısı ilə təzyiq 3-4 dəfə yüksəlir. Bu damarların partlaması isə bir çox hallarda ölümlə nəticələnən güclü qanaxmaya səbəb olur. Qaraciyərdə baş verən bu dəyişikliyə qaraciyər sirrozu deyilir. Qaraciyər sirrozu xəstəliklər arasında ən çətin və ən ümidsiz müalicəsi olan xəstəlikdir. Alkoqol və beyin Etil spirti su ilə yaxşı həll olunur, odur ki, bədəndə qanın ən çox yuyulduğu orqan və toxumalarda maksimal konsentrasiyaya çatır. Bunlardan biri də qanın daha çox olduğu beyindir. Professor Fedor Qruqoryeviş Uqlovun sözlərinə görə, alkoqolun beyinə vurduğu zərərləri ancaq kəllə-beyin travması ilə müqayisə etmək olar. Etanol asanlıqla beyinə daxil olan zəhərli maddələrin qarşısını alan yeganə qoruyucu mexanizm olan hemato-ensefalik qan-beyin baryerini aşır. Əgər qanda spirtin konsentrasiyası vahid olaraq alınırsa, o, bədəndə aşağıdakı kimi paylanır: qaraciyər – 1.45; serebrospinal maye – 1,5; beyin – 1.75. Alkoqolun təsiri ilə beyində neyronların kütləvi ölümü baş verir. Bununla belə yadda saxlamaq lazımdır ki, spirt həm də qanın tərkibinə təsir göstərir. Nəticədə beyin kifayət qədər oksigen qəbul etmir, bu da hipoksiyaya gətirib çıxarır. Hüceyrələrin qəbiristanlığı hər dəfə, hətta az miqdarda içki qəbul etdikdən sonra genişləşir, mütəmadi olaraq içki içən insan beyni isə digər orqanlardan daha ciddi dəyişikliyə məruz qalır. Əgər alkoqol asıllığı olan insan ilə sağlam insan beynini müqayisə etsək, nəzərə çarpacaq fərqlər üzə çıxacaq. Məhz bu səbəbdən də içki içən insanların psixikasında pozğunluq müşahidə olunur. Zehni bulanıqlıq və konsentrasiyanın olmaması, unutqanlıq, əsəbilik kimi hallar özünü göstərir. Alkoqol və ürək Bir çox içki həvəskarları elə hesab edir ki, alkoqol ürək-damar xəstəliklərinin vəziyyətini yaxşılaşdırır. Əslində, hər şey tamamilə əksinə baş verir. Orqanizmə daxil olan etil spirti sürətlə qana keçir və burada 6-7 saat dövr edir, təzyiq dərhal artır və ürək döyüntüləri sürətlənir. Spirt və onun zəhərli metabolitləri qanın qatılaşmasına gətirib çıxarır, odur ki, qan ürəyin kiçik damarlarına çox çətinliklə daxil olur. Miyokardiya toxuması hipoksiyaya (oksigen çatışmazlığına) məruz qalır, bu da ölümə səbəb olur. Daimi spirtli içki qəbul edən insan ürəyi yumşaq və atonik olur. Ürək qanı tam vura (nasoslaya) bilmir. Ürəyin bədənin ehtiyacını qarşılayacaq səviyyədə qanı nasosla vura bilməməsinə ürək çatmazlığı deyilir. Zəif ürək qan dövranını normal yerinə yetirə bilmir. Alkoqoldan sonra ürək müalicə üçün uyğun olmayan dəyişikliklərə məruz qalır. Miyokardın normal strukturunu bərpa etmək mümkün olmadığı üçün yalnız simptomatik terapiya aparmaq, yəni ortaya çıxan ağırlaşmaları müalicə etmək qalır. Alkoqol və xərçəng Ümumdünya Səhiyyə Təşkilatı iddia edir ki, spirt ən azı 60 müxtəlif xəstəliklərin, o cümlədən bağırsaq, döş xərçəngi, mədə, qaraciyər, ağız və boğaz xərçənginin inkişafına səbəb olur. Təşkilatın ekspertləri əmindir ki, hər gün 4 qədəh şərab içən qadın süd vəzi xərçənginin yaranma risikini 50 faiz artırır. “Alkoqolun zərərsiz “dozası” mövcud deyil, hətta ən kiçik qədəh də sağlamlığımıza zərər verir”,-deyə səhiyyə təşkilatı vurğulayır. Yeri gəlmişkən, 1975-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı alkoqolu narkotik vasitə qəbul etmişdi. İnsanları az miqdarda içməyə təşviq etmək və bunun zərərsiz olduğunu söyləmək kifayətdir ki, onlar bu məsləhətləri sevinclə yerinə yetirsin. Belə bir kədərli nəticədən necə qaçmaq olar? Spirtdən tamamilə imtina etmək ən yaxşı yoldur.







Xəbər lenti

img Cəmiyyət
Anelka "Fənərbaxça"ya dönmək istəyir

2020-02-26 / 19:25:42
img Hadisə
Pakistan SSRİ-dən aldığı borcu Rusiyaya qaytardı

2020-02-26 / 19:24:38
img Dünya
Məşhur idmançı karyerasını başa vurdu

2020-02-26 / 19:23:04
img Ölkə
BŞİH mitinq üçün Lökbatanı təklif etdi

2020-02-26 / 19:21:42
img Günün xəbərləri
Türkiyə Naxçıvanla sərhədi açdı

2020-02-26 / 19:20:22
img Günün xəbərləri
Ekspert koronavirusun qiymətlərə necə təsir edəcəyindən danışdı

2020-02-26 / 19:18:58
img Cəmiyyət
Selfi üçün 10 min tələb edir - Məşhur aktyorun fanatları qəzəbləndi

2020-02-26 / 17:24:15
img Manşet xəbərləri
Konstitusiya Məhkəməsi hansı dairələri ləğv edəcək – Siyahı

2020-02-26 / 16:45:57
img Ölkə
Müəllimi bulvarda intihar edən qız haqqında: “Qüruruna sığışdırmadı”

2020-02-26 / 16:04:56
img Günün xəbərləri
Atəşkəs dövründə şəhid olan və yaralanan hərbçilərin sayı AÇIQLANDI

2020-02-26 / 15:18:33
img Dünya
ABŞ-ın Qüdsdəki səfirliyi yenidən Tel Əvivə köçürülə bilər

2020-02-26 / 15:15:03
img Dünya
Norveçdə "Nuhun Gəmisi"nə 60 min bitki toxumu daşındı

2020-02-26 / 15:13:53
img Manşet xəbərləri
Xocalı Soyqırımını tanımış ölkələr (SİYAHI)

2020-02-26 / 15:12:43
img Günün xəbərləri
İsgəndər Həmidov dəfn edildi

2020-02-26 / 15:11:21
img Günün xəbərləri
MSK yekun protokolu Konstitusiya Məhkəməsinə təqdim etdi

2020-02-26 / 15:09:49
img Günün xəbərləri
İLHAM ƏLİYEV AYAZ MÜTƏLLİBOVLA GÖRÜŞDÜ – VİDEO

2020-02-26 / 13:26:30
img Günün xəbərləri
Azərbaycanda eyni şəxsə məxsus 5 şirkət ləğv olunur

2020-02-26 / 12:40:08
img Dünya
Cənubi Koreyada koronavirusa yoluxanların sayı 1 200-ü ötdü

2020-02-26 / 12:39:00
img Ölkə
Şimal bölgəsinə 30 sm-dək qar yağıb

2020-02-26 / 12:37:27
img Günün xəbərləri
"Ümumilikdə 328 seçki məntəqəsində nəticələr ləğv edilib" - MSK

2020-02-26 / 12:33:16
img Manşet xəbərləri
Neftçalanın sabiq icra başçısı həbs olunmasından razı qalıb

2020-02-26 / 12:29:46
img Dünya
Çində koronavirus qurbanlarının sayı 2,7 min nəfəri ötüb

2020-02-26 / 11:34:24
img Manşet xəbərləri
İsgəndər Həmidov həyat yoldaşının yanında dəfn olunacaq

2020-02-26 / 11:27:33
img Sosial
Koronavirusla bağlı Kliniki Tibbi Mərkəzə 7 nəfər yerləşdirilib

2020-02-26 / 11:26:16
img Dünya
Koronavirus təhlükəsi Rusiyada sarımsağı bahalaşdırdı

2020-02-26 / 11:24:41

Bütün xəbərlər