logo
RU

Cəmiyyət

3 uşağıyla evdən qaçan ana sığınacağa yerləşdirildi: “Uşaqların dodaqları əsir...”

img




26 yaşlı Əfsanə İsayeva 3 uşağı ilə birlikdə Bakıda sığınacağa yerləşdirilib. Bu barədə Qaynarinfo-ya Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kamalə Ağazadə bildirib. Onun sözlərinə görə, Əfsanə sığınacağa dünən gecə Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən gətirilib: "İzahatları alınıb. Vəziyyəti çox pisdir, həddindən artıq qorxu içindədir. Narahatlıq keçirir. Qadının bədənində yetərincə işgəncə, döyülmə izləri var. "Məni qırmancla döyür, qarnımın üstünə çıxıb tapdalayır, bədənimdə siqaret söndürür, uşaqları da döyürdü", - evdən qaçan 3 uşaq anası əri haqda deyib. Uşaqların qorxudan dodaqları əsir. Uşaqlarla danışıq aparılmayıb. Onlar anasının döyülmə faktını təsdiqləyib. Uşaqların böyüyü 8, ikincisi 7 yaşında, üçüncüsü isə 7 aylıqdır. Heç biri təhsil almayıb. Güman ki, uşaqlar da təsərrüfat işlərinə cəlb olunubmuş. Qadın o ailə üçün qul olub, bir də ərinə dünyaya uşaq gətirmək üçün vasitə. Əfsanənin əri içki düşkünüdür”.   Kamalə Ağazadə bildirib ki, Əfsanənin həyat yoldaşı onunla barışmaq istəyir. Amma...  "Araşdırma gedir. Ailə barışmaq istəyir, amma Əfsanə istəmir onu. Əri onu qırmancla döyüb. Qırmancla at və eşşəyi döyərlər. Bir insana bunu niyə edərlər? 16 yaşında ana bunu ərə verib. Əfsanə dəfələrlə anasına ərinin ona etdiyi zülmdən bəhs edib. Amma məhəl belə qoymayıb anası. Deyib ki: "Ərə getmisən, ordan yalnız meyitin çıxacaq” və qızının sinəsindən vurub geri qaytarıb”. Qeyd edək ki, Xızı rayonunda ana və 3 övladı itkin düşmüşdü. Qadının həyat yoldaşı İsayev Səxavət hüquq-mühafizə orqanlarına məlumat verərək 1993-cü il təvəllüdlü həyat yoldaşı İsayeva Əfsanə Cəmil qızının 17.01.2020-ci il tarixində günorta saatlarında 9 yaşlı qızı Nurcanı, 8 yaşlı oğlu Nurlanı və 1 yaşlı oğlu Sərxan İsayevi götürərək yaşadıqları fermadan çıxaraq naməlum istiqamətdə getməsi və bir daha geri qayıtmaması barədə məlumat vermişdi.   







Xəbər lenti

img Cəmiyyət
Anelka "Fənərbaxça"ya dönmək istəyir

2020-02-26 / 19:25:42
img Hadisə
Pakistan SSRİ-dən aldığı borcu Rusiyaya qaytardı

2020-02-26 / 19:24:38
img Dünya
Məşhur idmançı karyerasını başa vurdu

2020-02-26 / 19:23:04
img Ölkə
BŞİH mitinq üçün Lökbatanı təklif etdi

2020-02-26 / 19:21:42
img Günün xəbərləri
Türkiyə Naxçıvanla sərhədi açdı

2020-02-26 / 19:20:22
img Günün xəbərləri
Ekspert koronavirusun qiymətlərə necə təsir edəcəyindən danışdı

2020-02-26 / 19:18:58
img Cəmiyyət
Selfi üçün 10 min tələb edir - Məşhur aktyorun fanatları qəzəbləndi

2020-02-26 / 17:24:15
img Manşet xəbərləri
Konstitusiya Məhkəməsi hansı dairələri ləğv edəcək – Siyahı

2020-02-26 / 16:45:57
img Ölkə
Müəllimi bulvarda intihar edən qız haqqında: “Qüruruna sığışdırmadı”

2020-02-26 / 16:04:56
img Günün xəbərləri
Atəşkəs dövründə şəhid olan və yaralanan hərbçilərin sayı AÇIQLANDI

2020-02-26 / 15:18:33
img Dünya
ABŞ-ın Qüdsdəki səfirliyi yenidən Tel Əvivə köçürülə bilər

2020-02-26 / 15:15:03
img Dünya
Norveçdə "Nuhun Gəmisi"nə 60 min bitki toxumu daşındı

2020-02-26 / 15:13:53
img Manşet xəbərləri
Xocalı Soyqırımını tanımış ölkələr (SİYAHI)

2020-02-26 / 15:12:43
img Günün xəbərləri
İsgəndər Həmidov dəfn edildi

2020-02-26 / 15:11:21
img Günün xəbərləri
MSK yekun protokolu Konstitusiya Məhkəməsinə təqdim etdi

2020-02-26 / 15:09:49
img Günün xəbərləri
İLHAM ƏLİYEV AYAZ MÜTƏLLİBOVLA GÖRÜŞDÜ – VİDEO

2020-02-26 / 13:26:30
img Günün xəbərləri
Azərbaycanda eyni şəxsə məxsus 5 şirkət ləğv olunur

2020-02-26 / 12:40:08
img Dünya
Cənubi Koreyada koronavirusa yoluxanların sayı 1 200-ü ötdü

2020-02-26 / 12:39:00
img Ölkə
Şimal bölgəsinə 30 sm-dək qar yağıb

2020-02-26 / 12:37:27
img Günün xəbərləri
"Ümumilikdə 328 seçki məntəqəsində nəticələr ləğv edilib" - MSK

2020-02-26 / 12:33:16
img Manşet xəbərləri
Neftçalanın sabiq icra başçısı həbs olunmasından razı qalıb

2020-02-26 / 12:29:46
img Dünya
Çində koronavirus qurbanlarının sayı 2,7 min nəfəri ötüb

2020-02-26 / 11:34:24
img Manşet xəbərləri
İsgəndər Həmidov həyat yoldaşının yanında dəfn olunacaq

2020-02-26 / 11:27:33
img Sosial
Koronavirusla bağlı Kliniki Tibbi Mərkəzə 7 nəfər yerləşdirilib

2020-02-26 / 11:26:16
img Dünya
Koronavirus təhlükəsi Rusiyada sarımsağı bahalaşdırdı

2020-02-26 / 11:24:41

Bütün xəbərlər