logo
RU

Dünya

Fərhad Əhmədovdan 600 milyon istəyən xanımı oğlunu məhkəməyə verdi

img




Azərbaycan əsilli rusiyalı oliqarx Fərhad Əhmədovun keçmiş həyat yoldaşı, Böyük Britaniya vətəndaşı Tatyana Əhmədova, eyni zamanda İngiltərə vətəndaşı olan oğluna qarşı ittiham ilə London Ali Məhkəməsinə müraciət edib.

  Legion.az Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə "The Times” nəşri yazıb.   Məlumata görə, Əhmədova hesab edir ki, 26 yaşlı oğlu Teymur Əhmədov atasına İngiltərədəki ən böyük boşanma ödənişinin qarşısını almaqda kömək edib.    Tatyana Əhmədovanın vəkillərinin sözlərinə görə, "STE Capital” şirkəti vasitəsilə əmtəə fyuçersləri ilə uğurlu ticarət edən Temur Əhmədov milyarder atası ilə anasına 453 milyon funt sterlinq məbləğində kompensasiya verilməsi qərarının icrasını pozmağa cəhd edib.   Nəşr bildirir ki, Teymur Əhmədov məhkəməyə boşanma prosedurunun bütövlükdə qanunsuzluğunu təsdiqləyən materialları təqdim edib. Bundan başqa, Əhmədovun vəkilləri Tatyana Əhmədova ilə onun maraqlarını məhkəmədə təmsil edən"Burford Capital” hüquq firması arasında danışıq şərtlərini araşdırmağı tələb edib.    Vəkillər hesab edirlər ki, "Burford Capital” müvəffəqiyyətli bir qərar çıxarıldığı təqdirdə "müvəffəqiyyət haqqı” adlı mükafatı alacağını gözləyir. Bildirilir ki, İngiltərədə belə "nəticəyə görə ödəmə” cinayət və ailə halları istisna olmaqla, bütün kateqoriyalar üçün icazə verilir. Bu isə o deməkdir ki, "Burford Capital” "müvəffəqiyyət haqqı” ilə İngiltərə qanunlarını pozur.   Qeyd edək ki, daha öncə KİV-də Əhmədovanın İngiltərənin Surrey qraflığında dəyəri 20 milyon funtdan da baha olan dəbdəbəli ev aldığı yazılıb. Məlumata görə, adicə evin içərisində saxlanılan rəsm kolleksiyası 30 milyon funt dəyərində qiymətləndirilir.   Məhkəmə Teymur Əhmədovun dəlillərini "Burford”un bu prosesdə iştirakını qanunsuz elan etməsi üçün kifayət qədər hesab edərsə, qəzetin yazdığı kimi, bu, yalnız məhkəmə qərarının yenidən işlənməsinə deyil, həm də ailə mübahisələrinə dair bütün məhkəmə investisiya təcrübəsinə qadağa qoyulmasına səbəb ola bilər.   Qeyd edək ki, F. Əhmədovla xanımı Tatyananın boşanma prosesi Böyük Britaniyanın ən bahalı boşanma proseslərindən biridir. London məhkəməsi biznesmenin hələ 2001-ci ildə Rusiya qanunları əsasında bu ölkədə rəsmən boşandığı Tatyana Əhmədovanın 15 il sonra qaldırdığı iddiaya baxaraq iş adamının ona 600 milyon dollar təzminat ödəməli olduğu barədə qərar çıxarmışdı. Biznesmen məhkəmənin bu qərarını tanımadığını və bir sent də ödəməyəcəyini bəyan etmişdi.    







Xəbər lenti

img Günün xəbərləri
Vətəndaşlar evdə koronavirus testindən keçiriləcək? - RƏSMİ CAVAB

2020-04-04 / 19:34:46
img Dünya
Türk Hava Yolları bütün daxili uçuşları dayandırdı

2020-04-04 / 19:33:25
img Hadisə
Sabahdan avtomobillə sərnişindaşıma qadağan olunur (RƏSMİ)

2020-04-04 / 19:32:33
img Dünya
Bu, koronavirusun qarşısını almağa kömək edir

2020-04-04 / 19:30:43
img Günün xəbərləri
KİVDF-yə yeni icraçı direktor təyin olundu - SƏRƏNCAM

2020-04-04 / 17:21:11
img Günün xəbərləri
Vüqar Səfərli işdən çıxarıldı

2020-04-04 / 17:04:56
img Günün xəbərləri
Rusiyada son sutkada 600-ə yaxın insanda koronavirus aşkarlandı

2020-04-04 / 15:24:20
img Cəmiyyət
DİN-in İKİ GENERALI QANDALLANDI - Qərarı şəxsən Putinin tələbə yoldaşı verib

2020-04-04 / 15:21:48
img Dünya
OPEC+ görüşü təxirə salındı - Moskva və Ər-Riyad çətin seçim qarşısında qalıblar

2020-04-04 / 15:20:22
img Günün xəbərləri
Dünyada koronavirusdan ölənlərin sayı 60 mini keçdi

2020-04-04 / 15:18:27
img Manşet xəbərləri
Azərbaycanda daha 78 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ

2020-04-04 / 15:17:07
img Günün xəbərləri
Çində koronavirusa yoluxanların 94 faizi sağaldı

2020-04-04 / 11:15:31
img Dünya
ABŞ-da son sutkada koronavirusdan ölənlərin sayı rekord həddə çatıb

2020-04-04 / 11:13:44
img Dünya
YOLUXANLARIN SAYI 1,1 MİLYON, ÖLƏNLƏR 58 929 NƏFƏR! - Dəhşətin ən son statistikası

2020-04-04 / 11:11:07
img Dünya
Tramp tibbi maska taxmamasının səbəbini açıqladı

2020-04-04 / 11:09:52
img Dünya
İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə... - İtalyan professordan SENSAYİYA

2020-04-04 / 11:02:32
img Dünya
Gün ərzində koronavirusa yoluxanların sayı 7 minə çatıb - Nyu-Yorkda

2020-04-04 / 11:00:25
img Dünya
“Bu bəla 2021-ci ilin fevralında tam bitəcək,ondan sonra dünyanı ...” - Epigenetik koronavirusun missiyasını AÇIQLADI

2020-04-04 / 10:39:45
img Manşet xəbərləri
Azərbaycanda koronavirus: Hansı rayonda neçə nəfər yoluxub?

2020-04-03 / 22:10:18
img Dünya
Avropalılar evlərini kütləvi satışa çıxarıb

2020-04-03 / 19:49:53
img Hadisə
Dolların MƏZƏNNƏSİ açıqlandı

2020-04-03 / 19:46:28
img Dünya
Fransa İtaliya və İspaniyaya göndərilən tibbi maskaları müsadirə etdi

2020-04-03 / 19:44:47
img Qafqaz
Deputat: “Əhali 3 aylığa işıq, qaz və digər kommunal xidmətlərdən azad olunub”

2020-04-03 / 19:40:59
img Günün xəbərləri
DİN: Maska və əlcəkdən istifadə etməməyə görə cərimə yoxdur

2020-04-03 / 18:07:33
img Manşet xəbərləri
BU ŞƏXSLƏR SMS-lə İCAZƏ ALSA BELƏ, EVDƏN ÇIXA BİLMƏZ - Rəsmi

2020-04-03 / 16:42:38

Bütün xəbərlər