logo
RU

Ölkə

PROFESSOR VÜQAR MƏMMƏDOVUN SEÇİCİLƏRLƏ GÖRÜŞLƏRİ BAŞLADI – FOTOLAR

img




22 saylı Nəsimi ikinci dairədən deputatlığa namizəd professor Vüqar Məmmədov sakinlərlə görüşlərə başladı. Kaveroçkin küçəsi 21-də yaşayan seçicilərlə görüşlər zamanı namizədin platforması aktiv müzakirə olundu. Vətəndaşlar səhiyyə sektorunda ciddi islahatların aparılmasının vacibliyini qeyd etdilər. Şəkərli diabet xəstəliyinin müalicəsində və dərmanlarla təminatda mövcud problemlər, pulsuz paylanılan dərman preparatlarının keyfiyyəti və s. məsələlər müzakirə edildi. Sakinlər arasında tanınmış jurnalistimiz Flora Xəlilzadə Vüqar müəllimə öz dəstəyini bildirdi və dairədən seçilməsini istədiyini açıq elan etdi. O yeni işə başladığı üçün məşğul olub vəkillik edə bilməyəcəyini, lakin qeyri-rəsmi vəkil qismində bəzi toplantılara qatılacağını bildirdi. Qonşular da onu bu məsələdə yekdilliklə dəstəkləyib bildirdilər ki, 09 fevralda 151-ci məktəbin seçki məntəqəsinə gələcəklər və V.Məmmədova səs verəcəklər. Platforma və bukletlər paylandıqdan sonra xatirə şəkli çəkildi. Sonra bəzi mənzilləri ziyarət edərək Vüqar Məmmədov sakinlərlə onların evlərində görüşdü.  

   
   
   
   
  İkinci görüş Kaveroçkin 1 və Ş.Abdullayev küçələrində baş verdi, insanlar arasında “Güllü dərə” adlanan Göy məscidin arxasında yerləşən yerdə. Burada sakinlər hündürmərtəbəli binanın qarşısında olan ümumi həyətlərində istirahət üçün yerin ayrılmasını, tikinti-təmir işlərinin görülməsini namizəddən xahiş etdilər. Sonra bəzi mənzilləri ziyarət edərək Vüqar Məmmədov sakinlərlə onların evlərində görüşdü. Buradakı sakinlər 26 yanvar 2020-ci ildə MSK-nın ayırdığı yerdə Vüqar Məmmədovla toplantıya qoşulacaqlarını bildirdilər.  
   
   
   
   
   
  Daha sonra, görüşlər Novruzov Qardaşları küçəsi ilə davam etdirildi və burada da bir xeyli maraqlı görüşlər oldu. Namizədin komandası çox effektiv hazırlıq işləri gördüyü üçün görüşlər əvvəlcədən təşkil olunmuşlar. Novruzov Qardaşları küçəsi ilə Sənani küçəsinin birləşməsində məhlənin ağsaqqallarından olan Hacı müəllimin xeyir-duası ilə maraqlı toplantı keçdi. Soyuq havaya baxmayaraq insanlar dağılışmaq istəmirdi, çoxsaylı problemlər müzakirə edildi. Bir çox məsələlər səhiyyədəki problemlərlə, digər hüquqi məsələlərlə bağlı idi. Digər ərazilərdə olduğu kimi, burada da qonşuluqda aparılan tikinti şirkətlərinin özbaşınalığı xalqın əsaslı narazılığını əmələ gətirir. Namizədlə söhbət nəticəsində sakinlər yalnız Vüqar Məmmədova səs verəcəklərini deyərək plakatlarını istəyib könüllü onun təşviqatına kömək edəcəyini bildirdilər. 25 yanvar 2020-ci ildə MSK-nın ayırdığı yerdə toplantıya qoşulacaqlarını bildirdilər.  
   
   
   
   
   
  Günün son görüşü Qulu Quliyev küçəsində 11/13 binanın ağsaqqalları ilə keçirildi. Sakinlər namizədin 51 yaş həyat ömrü üçün əldə etdiyi nailiyyətlərindən təsir alıb məmnun qaldıqlarını qeyd edib, onun deputat seçilməsini arzu etdilər və seçkiyə elliklə gələcəklərini bildirdilər. Yoldaşların bir çoxu imza toplanmada da namizədi müdafiə etdikləri üçün onlara ayrıca minnətdarlıqlar bildirildi.  
   
   
   
  Xatırladaq ki, professor Vüqar Məmmədov Dünya Tibbi Hüquq Assosiasiyasının (DTHA) birinci vitse-prezidenti, Təhsil komitəsinin sədri, İcra komitəsinin və idarə heyətinin üzvüdür. 1967-ci ildən fəaliyyət göstərən DTHA-nın icra komitəsində təmsil olunan ilk müsəlman alimidir. 25 yanvar 2020-ci ildə MSK-nın ayırdığı Qızlar Universitetinin zalında saat 15:00-da və 26 yanvarda Tikiş Fabrikasının həyətində saat 14:00-16:00-dək namizədimizin seçicilərlə görüşü olacaq. 055 450 54 04 telefonu ilə əlaqə saxlanıla bilər. 







Xəbər lenti

img Manşet xəbərləri
Ərdoğan və Putin tezliklə görüşmək barədə razılığa gəliblər

2020-02-28 / 19:13:43
img Qafqaz
Gürcüstanda koronavirusa yoluxanların sayı artır

2020-02-28 / 19:11:50
img Günün xəbərləri
QMİ ümrə ziyarətlərinin dayandırılması ilə bağlı açıqlama verdi

2020-02-28 / 19:08:12
img Ölkə
TƏBİB-in nümayəndəsi: "Apteklərdə satılan maskaların qoruyuculuğu yoxdur"

2020-02-28 / 19:06:23
img Manşet xəbərləri
Azərbaycanda koronavirus şübhəsi ilə karantində saxlanılanların sayı açıqlandı

2020-02-28 / 19:05:08
img Günün xəbərləri
Ali və orta ixtisas məktəblərinə qəbul olan şəxslərin 16 faizi təhsilini başa vurmur

2020-02-28 / 15:48:39
img Manşet xəbərləri
NATO müttəfiqləri Türkiyə ilə tam həmrəy olduqlarını bəyan ediblər

2020-02-28 / 15:46:42
img Dünya
"Hətta ambulansları da vurdular" - Hulusi Akar Rusiyanın bəyanatına sərt cavab verdi

2020-02-28 / 15:45:19
img Dünya
Türkiyədəki suriyalı qaçqınlar Avropa sərhədlərinə yaxınlaşıb

2020-02-28 / 15:30:51
img Hadisə
İngiltərə klubunda əl ilə görüşmək qadağan olundu

2020-02-28 / 15:29:39
img Dünya
Fəzada rekord gücdə partlayış aşkarlanıb

2020-02-28 / 15:28:23
img Manşet xəbərləri
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

2020-02-28 / 15:26:38
img Manşet xəbərləri
Koronavirusa yoluxan prezidentlər, vəzifəli şəxslər və deputatlar

2020-02-28 / 13:13:03
img Cəmiyyət
“Altın Kelebek” təxirə salındı

2020-02-28 / 13:04:40
img Ölkə
Sabaha olan hava proqnozu açıqlandı

2020-02-28 / 13:03:29
img Manşet xəbərləri
NATO Türkiyənin tələbinə əsasən təcili toplanır

2020-02-28 / 13:02:17
img Dünya
İranda cümə namazları təxirə salındı

2020-02-28 / 13:01:26
img Cəmiyyət
Şəxsi biznesi olan azərbaycanlı məşhurlar (FOTOLAR)

2020-02-28 / 13:00:18
img Günün xəbərləri
Qarabağı “alovlandıran” Sumqayıt hadisələri – 32 il

2020-02-28 / 11:09:16
img Dünya
Daha iki ölkədə koronavirus aşkarlandı

2020-02-28 / 11:07:55
img Hadisə
Bu komandalar Avropa Liqasının 1/8 finalında

2020-02-28 / 11:03:44
img Günün xəbərləri
TÜRK ORDUSU SURİYADA 33 ŞƏHİD VERDİ - Cavab zərbəsi ilə 1700 Suriya hərbçisi məhv edildi

2020-02-28 / 11:01:23
img Manşet xəbərləri
"Qəhrəman əsgərlərimizin qanı yerdə qalmayacaq"- Türkiyə Prezident Administrasiyası açıqlama yayıb

2020-02-28 / 11:00:30
img Cəmiyyət
"Çayçı Hüseyn" doğrudan ölüb?

2020-02-28 / 10:57:41
img Dünya
Səudiyyə Ərəbistanı Azərbaycan vətəndaşlarına turist vizaları verilməsini dayandırıb

2020-02-28 / 10:55:57

Bütün xəbərlər