logo
RU

Manşet xəbərləri

Qeyri-millətlərdən olan deputatlığa namizədlər...

img




Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərində qeyri-millətlərdən olan namizədlər də iştirak edəcəklər. Legion.az Modern.az-a istinadən xəbər verir ki, dairə seçki komissiyaları tərəfindən namizədliyi qeydə alınan 4 nəfər qeyri-millətlərdən olan şəxs seçkilərə qatılıb. Onlar da təbii olaraq, vətəndaşı olduqları dövlətin ali qanunverici orqanında təmsil olunmaq istəyirlər. Onlardan ən məşhuru aparıcı-jurnalist Yelena Siderenkodur. O, parlament seçkilərində namizədliyini 73 saylı şəhər seçki dairəsindən irəli sürüb və qeydə alınıb. Xatırladaq ki, Yelena Sidorenko 1986-cı ildə Azərbaycanda, Bakı şəhərində anadan olub. O, 2002-ci ildə Mədəniyyət və İncəsənət Gimnaziyasının bitirdikdən sonra, elə həmin il Azərbaycan Dövlət Mədəniyyət və incəsənət Universitetinə daxil olub, 2007-ci ildə bakalavr, 2009-cu ildə magistr pilləsini bitirib. 2011-2014-cü illər ərzində Azərbaycan Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında, siyasi idarəetmə fakültəsində təhsil alıb. Sidorenkonun ata-babası artıq bir neçə nəsil öncədən Azərbaycanda doğulub. Onlar, bir neçə əsr öncədən Azərbaycana köçüb, burada məskunlaşıblar. Ona görə də, jurnalist milliyyətcə ukraynalı olsa da, özünü azərbaycanlı hesab edir. Növbədənkənar parlament seçkilərində yəhudilərin namizədi isə həkim Anatoliy Rafailovdur. Onun namizədliyi 53 saylı dairə seçki komissiyası tərəfindən qeydə alınıb. Anatoliy Rafailov 5 fevral 1953-cü ildə anadan olub. İxtisasca həkimdir və "Sağlam Ailə" Məhdud Məsuliyyətli Cəmiyyətində beynəlxalq əlaqələr üzrə ekspert kimi fəaliyyət göstərir. Növbəti namizəd olan İya Şaşlova isə 36 saylı Xətai dördüncü seçki dairəsindən parlament seçkilərində iştirak edəcək. İya Şaşlova 29 mart 1987-ci ildə Bakı şəhərində anadan olub, atası rus, anası isə gürcüdür. O, Xətai rayonunda yerləşən 56 saylı orta məktəbi bitirib, 2 saylı Baza Tibb texnikumda və Tibb Universitetində təhsil alıb. Hazırda İya xanım Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində Reklam fəaliyyətinə nəzərətin təşkili şöbəsində çalışır. Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin də seçkilərdə iştirak edir. O, milliyyətcə rusdur. Zabelin 1946-cı Bakıda ildə anadan olub. Əmək fəaliyyətinə Azərbaycan Geologiya İdarəsində başlayıb. Məsuliyyətli və bacarıqlı şəxs kimi özünü sübut etməsi ilə Azərbaycan KP MK-nın katibi Heydər Əliyevin referenti, Azərbaycan KP MK-nın partiya təşkilat işi şöbəsinin müfəttişi, Nizami rayon İcrayyə komitəsinin sədri vəzifələrinə qədər yüksəlib. O, 1990-cı ildə Azərbaycan Ali Sovetinin deputatı, I, II, III, IV və V çağırışlarda Milli Məclisə üzv seçilib. Mixail Zabelin Yeni Azərbaycan Partiyasının yaradıcılarından olub və hazırda Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvüdür. Zabelin Azərbaycan Rus İcmasının sədri, ABŞ-ın Texas ştatının fəxri vətəndaşıdır.







Xəbər lenti

img Günün xəbərləri
Ali və orta ixtisas məktəblərinə qəbul olan şəxslərin 16 faizi təhsilini başa vurmur

2020-02-28 / 15:48:39
img Manşet xəbərləri
NATO müttəfiqləri Türkiyə ilə tam həmrəy olduqlarını bəyan ediblər

2020-02-28 / 15:46:42
img Dünya
"Hətta ambulansları da vurdular" - Hulusi Akar Rusiyanın bəyanatına sərt cavab verdi

2020-02-28 / 15:45:19
img Dünya
Türkiyədəki suriyalı qaçqınlar Avropa sərhədlərinə yaxınlaşıb

2020-02-28 / 15:30:51
img Hadisə
İngiltərə klubunda əl ilə görüşmək qadağan olundu

2020-02-28 / 15:29:39
img Dünya
Fəzada rekord gücdə partlayış aşkarlanıb

2020-02-28 / 15:28:23
img Manşet xəbərləri
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

2020-02-28 / 15:26:38
img Manşet xəbərləri
Koronavirusa yoluxan prezidentlər, vəzifəli şəxslər və deputatlar

2020-02-28 / 13:13:03
img Cəmiyyət
“Altın Kelebek” təxirə salındı

2020-02-28 / 13:04:40
img Ölkə
Sabaha olan hava proqnozu açıqlandı

2020-02-28 / 13:03:29
img Manşet xəbərləri
NATO Türkiyənin tələbinə əsasən təcili toplanır

2020-02-28 / 13:02:17
img Dünya
İranda cümə namazları təxirə salındı

2020-02-28 / 13:01:26
img Cəmiyyət
Şəxsi biznesi olan azərbaycanlı məşhurlar (FOTOLAR)

2020-02-28 / 13:00:18
img Günün xəbərləri
Qarabağı “alovlandıran” Sumqayıt hadisələri – 32 il

2020-02-28 / 11:09:16
img Dünya
Daha iki ölkədə koronavirus aşkarlandı

2020-02-28 / 11:07:55
img Hadisə
Bu komandalar Avropa Liqasının 1/8 finalında

2020-02-28 / 11:03:44
img Günün xəbərləri
TÜRK ORDUSU SURİYADA 33 ŞƏHİD VERDİ - Cavab zərbəsi ilə 1700 Suriya hərbçisi məhv edildi

2020-02-28 / 11:01:23
img Manşet xəbərləri
"Qəhrəman əsgərlərimizin qanı yerdə qalmayacaq"- Türkiyə Prezident Administrasiyası açıqlama yayıb

2020-02-28 / 11:00:30
img Cəmiyyət
"Çayçı Hüseyn" doğrudan ölüb?

2020-02-28 / 10:57:41
img Dünya
Səudiyyə Ərəbistanı Azərbaycan vətəndaşlarına turist vizaları verilməsini dayandırıb

2020-02-28 / 10:55:57
img Dünya
"Türk hərbçiləri lazım olmayan yerdə olduqları üçün..." - Rusiya Müdafiə Nazirliyindən ilk açıqlama

2020-02-28 / 10:43:44
img Manşet xəbərləri
Azərbaycanda koronavirusla bağlı "qaynar xətt" fəaliyyətə başladı

2020-02-28 / 10:42:25
img Dünya
Koronavirusa qarşı xüsusi kostyum hazırlandı — FOTO

2020-02-27 / 18:51:10
img Manşet xəbərləri
Azərbaycanlı şəxsin koronavirusa yoluxduğu təsdiq olundu

2020-02-27 / 18:47:29
img Günün xəbərləri
Azərbaycanda koronavirusla bağlı son durum - VİDEO

2020-02-27 / 18:46:10

Bütün xəbərlər