logo
RU

Günün xəbərləri

Uşaqlara nə qədər xərclik verilməlidir? - Psixoloq məsləhəti

img




Müasir dövrdə pul təkcə ehtiyaclarımızı ödəmək, yaxud da daha rahat və yaxşı yaşamaq üçün lazım olmur. Ağlayan uşağı susdurmağın ən asan yolu kimi də ona pul təklif edilir. Uşaq da pulun dəyərini bilmədən ondan asılı olur.   Bəs uşaqlar pulla neçə yaşdan tanış olmalıdır? Xüsusilə məktəbli uşaqlara hansı yaşda, nə qədər xərclik verilməlidir? Onlara qədərindən artıq pul verilməsi nəyə səbəb olur?   Mövzu ilə bağlı Modern.az-a danışan psixoloq Nuriyyə Quliyeva deyir ki, uşaqlara pul ehtiyacları yarandığı zamandan başlayaraq verilməlidir:   “Ümumiyyətlə, cəmiyyətimizdə uşağa pul verilməsi ilə bağlı qəti bir fikir var ki, uşaq pulla tanış olmamalıdır, yalnız ehtiyac olduğu halda pul verilə bilər. Amma xarici ölkələrdə bunun tam əksi iddia olunur. Bununla bağlı hətta tədqiqatlar aparılır, kitablar yazılır. Tədqiqatlarda və kitablarda əsas fikir odur ki, pulla vaxtında tanış olan uşaqlar gələcəkdə öz pullarını daha yaxşı idarə edə bilən, qənaətcil insanlar olurlar. Uşaqlara 6 yaşdan etibarən pul verilməsinin tərəfarıyam. Çünki bu yaşa kimi uşaqlar daim valideynlərin yanında olur və onların çox da pula ehtiyacları olmur. Amma 6 yaşdan etibarən, yəni məktəbə başlayan zaman gündəlik xərclər üçün pul verilə bilər. Tərəfdarıyam ki, uşaqların öz büdcəsi olsun. Çünki onlar həddən artıq xərcləməyə meyilli ola bilərlər və valideynlər bu sərhədi təyin etmək üçün uşağa qədərində pul verməyi və yığmağı öyrətməlidirlər. Məsələn, mən adətən tövsiyə edirəm ki, 2 və ya 3 pulqabı ayrılsın. Birinə gündəlik xərcləri üçün pul ata bilərlər, ikinciyə öz hədəfləri üçün. Tutaq ki, uşaq çox gözəl bir kitab, çanta və ya oyuncaq istəyir. Həmin pulqabı o hədəf üçün ayrıla bilər. Uşağın arzusu, hədəfi üçün yığdığı pulu lazım olan məbləğ toplanan zaman istifadə edə biləcəyini vurğulamaq lazımdır. Ücüncünün isə uşaqlara xeyirxahlıq, mərhəmət kimi xüsusiyyətləri aşılamaq məqsədilə yardımlar üçün ayrılması tövsiyə olunur. Yığılan məbləğ hər dəfə fərqli ünvana, məsələn, uşaq evinə, rayonda yaşayan uşaqlara, bir sözlə yardıma ehtiyacı olanlara göndərilə bilər. Bu onların xarakterinin müsbət yöndə formalaşmasına da kömək edir”.   Psixoloq məktəblilərə verilən xərcliyin miqdarının isə ailənin maddi durumundan asılı olduğunu bildirir:   “Məktəbli uşaqlara verilməli olan pulun qədəri ailənin iqtisadi vəziyyətindən asılıdır. Amma mən onu nəzərdə tutmuram ki, əgər ailənin iqtisadi vəziyyəti yaxşıdırsa, uşağa çox miqdarda pul verməlidir. Pul uşağın ehtiyaclarına uyğun verilməlidir. Yəni uşaq avtobusdan istifadə edirsə, bunu nəzərə almaq lazımdır. Yaxud da məktəbdə neçə saat vaxt keçirir, neçə dəfə qidalanır, nələr alır, bunlar nəzərə alınmalıdır. Xüsusilə ibtidai siniflərdə ehtiyacları olduğu qədər xərclik verilməsinin tərəfdarıyam. Amma yeniyetməlik yaşında məbləğ bir az artırıla bilər. Çünki bu zaman ehtiyaclar da artmış olur. Təbii ki, yenə də limiti keçməmək şərti ilə. Çünki bu yaş mərhələsində çox pul verilsə, onlar dərsdən yayına bilər və ya dərs zamanı internet klub kimi əlavə yerlərə gedə bilərlər”.   Onun sözlərinə görə, uşaqlara qədərindən çox xərclik verilməsi pulu onların gözündə dəyərsizləşdirir:   “Uşaqlara həddən artıq pul verilməsi dəyərsizləşməyə gətirib çıxarır. Bu zaman uşaq həm pulunu planlı xərcləyə bilmir, həm də qənaətcil olmur. Ən əsası isə verilən pulun dəyəri itir. Fikirləşir ki, pulu filan şeyə xərcləyəcəm, amma heç nə olmaz, axşam gedib, atamdan istəyəcəm, həmişə bir manat verirdisə, bu dəfə üç manat lazımdır deyəcəm, üç manat verəcək. Ona görə də valideynlər gərək bildirsinlər ki, həftə boyu sənə filan qədər pul veriləcək və bu məbləğdən artığı verilməyəcək. Uşaq bu qayda-qanunu görəndən sonra pulu daha planlı xərcləməyi öyrənəcək”.   Əfsanə ŞƏRİF







Xəbər lenti

img Günün xəbərləri
Ali və orta ixtisas məktəblərinə qəbul olan şəxslərin 16 faizi təhsilini başa vurmur

2020-02-28 / 15:48:39
img Manşet xəbərləri
NATO müttəfiqləri Türkiyə ilə tam həmrəy olduqlarını bəyan ediblər

2020-02-28 / 15:46:42
img Dünya
"Hətta ambulansları da vurdular" - Hulusi Akar Rusiyanın bəyanatına sərt cavab verdi

2020-02-28 / 15:45:19
img Dünya
Türkiyədəki suriyalı qaçqınlar Avropa sərhədlərinə yaxınlaşıb

2020-02-28 / 15:30:51
img Hadisə
İngiltərə klubunda əl ilə görüşmək qadağan olundu

2020-02-28 / 15:29:39
img Dünya
Fəzada rekord gücdə partlayış aşkarlanıb

2020-02-28 / 15:28:23
img Manşet xəbərləri
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

2020-02-28 / 15:26:38
img Manşet xəbərləri
Koronavirusa yoluxan prezidentlər, vəzifəli şəxslər və deputatlar

2020-02-28 / 13:13:03
img Cəmiyyət
“Altın Kelebek” təxirə salındı

2020-02-28 / 13:04:40
img Ölkə
Sabaha olan hava proqnozu açıqlandı

2020-02-28 / 13:03:29
img Manşet xəbərləri
NATO Türkiyənin tələbinə əsasən təcili toplanır

2020-02-28 / 13:02:17
img Dünya
İranda cümə namazları təxirə salındı

2020-02-28 / 13:01:26
img Cəmiyyət
Şəxsi biznesi olan azərbaycanlı məşhurlar (FOTOLAR)

2020-02-28 / 13:00:18
img Günün xəbərləri
Qarabağı “alovlandıran” Sumqayıt hadisələri – 32 il

2020-02-28 / 11:09:16
img Dünya
Daha iki ölkədə koronavirus aşkarlandı

2020-02-28 / 11:07:55
img Hadisə
Bu komandalar Avropa Liqasının 1/8 finalında

2020-02-28 / 11:03:44
img Günün xəbərləri
TÜRK ORDUSU SURİYADA 33 ŞƏHİD VERDİ - Cavab zərbəsi ilə 1700 Suriya hərbçisi məhv edildi

2020-02-28 / 11:01:23
img Manşet xəbərləri
"Qəhrəman əsgərlərimizin qanı yerdə qalmayacaq"- Türkiyə Prezident Administrasiyası açıqlama yayıb

2020-02-28 / 11:00:30
img Cəmiyyət
"Çayçı Hüseyn" doğrudan ölüb?

2020-02-28 / 10:57:41
img Dünya
Səudiyyə Ərəbistanı Azərbaycan vətəndaşlarına turist vizaları verilməsini dayandırıb

2020-02-28 / 10:55:57
img Dünya
"Türk hərbçiləri lazım olmayan yerdə olduqları üçün..." - Rusiya Müdafiə Nazirliyindən ilk açıqlama

2020-02-28 / 10:43:44
img Manşet xəbərləri
Azərbaycanda koronavirusla bağlı "qaynar xətt" fəaliyyətə başladı

2020-02-28 / 10:42:25
img Dünya
Koronavirusa qarşı xüsusi kostyum hazırlandı — FOTO

2020-02-27 / 18:51:10
img Manşet xəbərləri
Azərbaycanlı şəxsin koronavirusa yoluxduğu təsdiq olundu

2020-02-27 / 18:47:29
img Günün xəbərləri
Azərbaycanda koronavirusla bağlı son durum - VİDEO

2020-02-27 / 18:46:10

Bütün xəbərlər