logo
RU

Günün xəbərləri

Ali Məhkəmə generalın şikayətini təmin etdi

img




Yanvarın 17-si Ali Məhkəmədə general-mayor Qabil Məmmədovun şikayətinə baxılıb. Azərbaycan Ordusunun birləşmə komandanı olmuş Qabil Məmmədov öz təşəbbüsü ilə fevralın 9-da keçiriləcək parlament seçkisinə qatılıb. O, namizədliyini 73 saylı Lənkəran şəhər seçki dairəsindən verib. Lakin dairə seçki komissiyası onun namizədliyini qeydə almaqdan imtina edib. Dairə komissiyası bunu belə əsaslandırıb ki, Qabil Məmmədov komissiyaya əmlakı barədə düzgün məlumat verməyib və onun namizədliyinin müdafiəsi üçün toplanmış seçici imzalarından 100-ü şübhə doğurur. Qabil Məmmədov dairə seçki komissiyasının qərarından Mərkəzi Seçki Komissiyasına şikayət edib. General bildirib ki, namizədliyinin qeydə alınmasına mane olmaq üçün barəsində saxta sənədlər hazırlayıblar, ona məxsus olmayan əmlakları (torpaq sahəsi və avtomobillər) adına yazıblar. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən arayış alan Qabil Məmmədov iddia edilən əmlakların ona məxsus olmadığını sübuta yetirib. Yanvarın 9-da generalın şikayətinə baxan Mərkəzi Seçki Komissiyası bu sübutu qəbul edib. MSK qərara gəlib ki, Qabil Məmmədov həqiqətən də dairə seçki komissiyasına öz əmlakı barədə düzgün məlumat veribmiş. Lakin MSK da Qabil Məmmədovun deputatlığa namizədliyini qeydə almayıb və bunu belə əsaslandırıb ki, generalın müdafiəsi üçün toplanmış 496 seçici imzasından 57-si etibarsızdır. Deputatlığa namizədin qeydə alınması üçün 450 seçici imzası olmalıdır. 496-dan 57-ni çıxanda isə 439 edir. Beləliklə, Qabil Məmmədov üçün toplanmış imzalardan etibarsız hesab edilən imzalar çıxılanda qalan imzalar onun namizədliyinin qeydə alınmasına çatmır. MSK bunu əsas götürərək generalın namizədliyini qeydə almaqdan imtina edib. MSK-nın qərarını əsassız sayan general bu qərarın ləğv edilməsi və deputatlığa namizədliyinin qeydə alınması üçün Bakı Apellyasiya Məhkəməsinə üz tutub. Məhkəmə şikayətə baxmaqdan imtina edib. İmtina belə izah olunub ki, Qabil Məmmədov namizədliyini Lənkərandan verdiyi üçün şikayətə Şirvan Apellyasiya Məhkəməsində baxılmalıdır. General-mayor isə bununla razı deyil, o bildirir ki, məhkəməyə dairə seçki komissiyasının yox, Mərkəzi Seçki Komissiyasının qərarından şikayət edib, MSK isə Bakıda yerləşir. Kassasiya şikayətində Qabil Məmmədov Ali Məhkəmədən onun apellyasiya şikayətinə baxacaq məhkəmə instansiyasının müəyyənləşdirilməsini, daha dəqiqi, şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılması barədə qərar verilməsini istəyib. Novator.az bildirir ki, yanvarın 17-də Ali Məhkəmə generalın istəyini təmin edib, onun MSK-dan şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılmalı olduğu haqda qərar çıxarıb. Qabil Məmmədov 1965-ci ildə Lənkəranda doğulub. Cəmşid Naxçıvanski adına Hərbi Liseyi və Kiyev Ali Ümumqoşun Komandanlıq Məktəbini bitirib. Sovet Ordusunun zabiti kimi Qazaxıstanda (1986-1987-ci illər), Əfqanıstanda (1987-1988-ci illər), Tacikistanda (1988-1989-cu illər), Almaniyada (1989-1992-ci illər) hərbi qulluq keçib. 1992-1995-ci illərdə Moskvada Hərbi Akademiya təhsili alıb. 1995-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edib. Bərdə hərbi birləşməsinin komandanı, Müdafiə Nazirliyinin Hərbi-Elmi Mərkəzinin şöbə rəisi, Azərbaycanın Qazaxıstandakı səfirliyində hərbi attaşe olub. 2002-ci ilin yanvarında general-mayor rütbəsi alıb. 2009-cu ildə öz ərizəsi ilə ehtiyata buraxılıb. “Azərbaycan Bayrağı” ordeni kavaleridir.







Xəbər lenti

img Qafqaz
Gürcüstanda koronavirusa yoluxanların sayı artır

2020-02-28 / 19:11:50
img Günün xəbərləri
QMİ ümrə ziyarətlərinin dayandırılması ilə bağlı açıqlama verdi

2020-02-28 / 19:08:12
img Ölkə
TƏBİB-in nümayəndəsi: "Apteklərdə satılan maskaların qoruyuculuğu yoxdur"

2020-02-28 / 19:06:23
img Manşet xəbərləri
Azərbaycanda koronavirus şübhəsi ilə karantində saxlanılanların sayı açıqlandı

2020-02-28 / 19:05:08
img Günün xəbərləri
Ali və orta ixtisas məktəblərinə qəbul olan şəxslərin 16 faizi təhsilini başa vurmur

2020-02-28 / 15:48:39
img Manşet xəbərləri
NATO müttəfiqləri Türkiyə ilə tam həmrəy olduqlarını bəyan ediblər

2020-02-28 / 15:46:42
img Dünya
"Hətta ambulansları da vurdular" - Hulusi Akar Rusiyanın bəyanatına sərt cavab verdi

2020-02-28 / 15:45:19
img Dünya
Türkiyədəki suriyalı qaçqınlar Avropa sərhədlərinə yaxınlaşıb

2020-02-28 / 15:30:51
img Hadisə
İngiltərə klubunda əl ilə görüşmək qadağan olundu

2020-02-28 / 15:29:39
img Dünya
Fəzada rekord gücdə partlayış aşkarlanıb

2020-02-28 / 15:28:23
img Manşet xəbərləri
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

2020-02-28 / 15:26:38
img Manşet xəbərləri
Koronavirusa yoluxan prezidentlər, vəzifəli şəxslər və deputatlar

2020-02-28 / 13:13:03
img Cəmiyyət
“Altın Kelebek” təxirə salındı

2020-02-28 / 13:04:40
img Ölkə
Sabaha olan hava proqnozu açıqlandı

2020-02-28 / 13:03:29
img Manşet xəbərləri
NATO Türkiyənin tələbinə əsasən təcili toplanır

2020-02-28 / 13:02:17
img Dünya
İranda cümə namazları təxirə salındı

2020-02-28 / 13:01:26
img Cəmiyyət
Şəxsi biznesi olan azərbaycanlı məşhurlar (FOTOLAR)

2020-02-28 / 13:00:18
img Günün xəbərləri
Qarabağı “alovlandıran” Sumqayıt hadisələri – 32 il

2020-02-28 / 11:09:16
img Dünya
Daha iki ölkədə koronavirus aşkarlandı

2020-02-28 / 11:07:55
img Hadisə
Bu komandalar Avropa Liqasının 1/8 finalında

2020-02-28 / 11:03:44
img Günün xəbərləri
TÜRK ORDUSU SURİYADA 33 ŞƏHİD VERDİ - Cavab zərbəsi ilə 1700 Suriya hərbçisi məhv edildi

2020-02-28 / 11:01:23
img Manşet xəbərləri
"Qəhrəman əsgərlərimizin qanı yerdə qalmayacaq"- Türkiyə Prezident Administrasiyası açıqlama yayıb

2020-02-28 / 11:00:30
img Cəmiyyət
"Çayçı Hüseyn" doğrudan ölüb?

2020-02-28 / 10:57:41
img Dünya
Səudiyyə Ərəbistanı Azərbaycan vətəndaşlarına turist vizaları verilməsini dayandırıb

2020-02-28 / 10:55:57
img Dünya
"Türk hərbçiləri lazım olmayan yerdə olduqları üçün..." - Rusiya Müdafiə Nazirliyindən ilk açıqlama

2020-02-28 / 10:43:44

Bütün xəbərlər