logo
RU

Ölkə

Azərbaycanda baş infeksionistdən xəbərdarlıq: "Uşaqlarda müşahidə olunan temperatur, ishal və qusma halları..."

img




“Hazırda ölkəmizdə epidemiya ilə bağlı hər hansı gərgin vəziyyət mövcud deyil”. Report-un xəbərinə görə, bunu Respublikanın baş infeksionisti Cəlal İsayev “Azərbaycan" qəzetinə müsahibəsində deyib.  Onun sözlərinə görə, sadəcə mövsümə uyğun olaraq kəskin respirator virusları yayılıb: “Uşaqlarda temperatur, ishal, qusma və digər bu kimi hallar da məhz bu virus infeksiyaları ilə bağlıdır. Məsələn, adenovirus, enterevirus infeksiyaları ilə yoluxduqda sadalanan hallar müşahidə edilir. Amma bunu qrip adlandırmaq doğru deyi. Bu il ölkəmizdə qripə yoluxan olmayıb. H1N1, H3N2 və sair - bunlar yayılması ehtimal olunan viruslardır. Bu il respublikada “donuz qripi”, yaxud “quş qripi”nə yoluxma barədə rəsmi təsdiqlənmiş məlumat yoxdur. Lakin istisna da olunmur. Çünki hazırda Gürcüstan, Türkiyə, İran kimi qonşu ölkələrdə qrip xəstəliyi varsa, ehtimal ki, bizdə də var. Qripin viruslarını adi laboratoriyalarda təyin etmək olmur. Bu diaqnozu qoymaq üçün xüsusi reaktivlər, laboratoriyada şərait lazımdır. Bu isə hər laboratoriyada olmur, ayrı-ayrı mərkəzlərdə yoxlanılır”. Baş infeksionist bildirib ki, bu xəstəlik xüsusilə körpələrdə, aşağı yaş qrupundan olan uşaqlarda, yaşlılarda, hamilə qadınlarda, xroniki xəstəliyi olan şəxslərdə daha ağır keçir: “Burada əsas məsələ düzgün müalicədir. Təəssüf ki, bəzən xəstəliyin sağalması üçün yanlış tədbirlərə əl atılır. Məsələn, uşaqda qızdırma müşahidə olunur, bu zaman valideynlər özbaşına, həkim təyinatı olmadan antibiotik istifadə edirlər. Halbuki qripə qarşı konkret müalicə vasitəsi zəif təsirə malikdir. O cümlədən də antibiotik çox az təsir göstərir. Buna görə də xəstə mütləq xəstəxana şəraitində müalicə olunmalıdır. Xəstəxana yox, ev şəraitində müalicə olunan hallarda isə həkim çağırmaq lazımdır. Çünki xəstədə ağırlaşma halının olmaması üçün o, ən azı temperaturu olduğu müddətdə həkim nəzarətində qalmalıdır. İnsanlar xəstəliyə yoluxubsa, ictimai yerlərdə çox olmaqdan çəkinməli, maskalardan istifadə etməlidirlər. Həm özlərini, həm də ətrafdakıları qorumalıdırlar. İşləyənlər işə, tələbələr universitetə, məktəblilər məktəbə, körpələr bağçaya getməməlidirlər. Virusa yoluxmuş birinin 10-15 dəqiqə ictimai yerdə olması digərlərinin də xəstələnməsinə kifayət edir”.







Xəbər lenti

img Cəmiyyət
Anelka "Fənərbaxça"ya dönmək istəyir

2020-02-26 / 19:25:42
img Hadisə
Pakistan SSRİ-dən aldığı borcu Rusiyaya qaytardı

2020-02-26 / 19:24:38
img Dünya
Məşhur idmançı karyerasını başa vurdu

2020-02-26 / 19:23:04
img Ölkə
BŞİH mitinq üçün Lökbatanı təklif etdi

2020-02-26 / 19:21:42
img Günün xəbərləri
Türkiyə Naxçıvanla sərhədi açdı

2020-02-26 / 19:20:22
img Günün xəbərləri
Ekspert koronavirusun qiymətlərə necə təsir edəcəyindən danışdı

2020-02-26 / 19:18:58
img Cəmiyyət
Selfi üçün 10 min tələb edir - Məşhur aktyorun fanatları qəzəbləndi

2020-02-26 / 17:24:15
img Manşet xəbərləri
Konstitusiya Məhkəməsi hansı dairələri ləğv edəcək – Siyahı

2020-02-26 / 16:45:57
img Ölkə
Müəllimi bulvarda intihar edən qız haqqında: “Qüruruna sığışdırmadı”

2020-02-26 / 16:04:56
img Günün xəbərləri
Atəşkəs dövründə şəhid olan və yaralanan hərbçilərin sayı AÇIQLANDI

2020-02-26 / 15:18:33
img Dünya
ABŞ-ın Qüdsdəki səfirliyi yenidən Tel Əvivə köçürülə bilər

2020-02-26 / 15:15:03
img Dünya
Norveçdə "Nuhun Gəmisi"nə 60 min bitki toxumu daşındı

2020-02-26 / 15:13:53
img Manşet xəbərləri
Xocalı Soyqırımını tanımış ölkələr (SİYAHI)

2020-02-26 / 15:12:43
img Günün xəbərləri
İsgəndər Həmidov dəfn edildi

2020-02-26 / 15:11:21
img Günün xəbərləri
MSK yekun protokolu Konstitusiya Məhkəməsinə təqdim etdi

2020-02-26 / 15:09:49
img Günün xəbərləri
İLHAM ƏLİYEV AYAZ MÜTƏLLİBOVLA GÖRÜŞDÜ – VİDEO

2020-02-26 / 13:26:30
img Günün xəbərləri
Azərbaycanda eyni şəxsə məxsus 5 şirkət ləğv olunur

2020-02-26 / 12:40:08
img Dünya
Cənubi Koreyada koronavirusa yoluxanların sayı 1 200-ü ötdü

2020-02-26 / 12:39:00
img Ölkə
Şimal bölgəsinə 30 sm-dək qar yağıb

2020-02-26 / 12:37:27
img Günün xəbərləri
"Ümumilikdə 328 seçki məntəqəsində nəticələr ləğv edilib" - MSK

2020-02-26 / 12:33:16
img Manşet xəbərləri
Neftçalanın sabiq icra başçısı həbs olunmasından razı qalıb

2020-02-26 / 12:29:46
img Dünya
Çində koronavirus qurbanlarının sayı 2,7 min nəfəri ötüb

2020-02-26 / 11:34:24
img Manşet xəbərləri
İsgəndər Həmidov həyat yoldaşının yanında dəfn olunacaq

2020-02-26 / 11:27:33
img Sosial
Koronavirusla bağlı Kliniki Tibbi Mərkəzə 7 nəfər yerləşdirilib

2020-02-26 / 11:26:16
img Dünya
Koronavirus təhlükəsi Rusiyada sarımsağı bahalaşdırdı

2020-02-26 / 11:24:41

Bütün xəbərlər