logo
RU

Ölkə

MSK bələdiyyə seçkilərinin yekunlarını elan etdi

img




  Mərkəzi Seçki Komissiyası 23 dekabr 2019-cu il tarixdə keçirilmiş bələdiyyə seçkilərinin yekunlarını elan edib. Qaynarinfo xəbər verir ki, Seçki Məcəlləsinin 241-ci maddəsinə əsasən, MSK seçkilər günündən başlayaraq ən geci 25 gün müddətində Azərbaycan Respublikası üzrə bələdiyyə seçkilərinin yekunlarını elan etməlidir. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, bələdiyyə seçkilərinin yekunları, bələdiyyələr üzrə seçilmiş namizədlərin siyahısı "Azərbaycan" qəzetinə əlavədə dərc olunub. Qeyd edək ki, yanvarın 11-də MSK 2019-cu il dekabrın 23-də 118 seçki dairəsi üzrə 1606 bələdiyyəyə keçirilmiş seçkilərin yekunları ilə bağlı qərar qəbul edib. Bələdiyyə seçkiləri ölkə üzrə 5049 seçki məntəqəsində keçirilib. Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan rayonlarını əhatə edən 7 seçki dairəsi istisna olmaqla 118 seçki dairəsi üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçilməli idi. Seçkilərdə 13 siyasi partiya iştirak edib, 41 462 namizəd qeydiyyata alınıb. Səs vermək hüququna malik 4 976 858 seçicinin adı seçici siyahısına daxil edilib. Seçki məntəqələrində seçici fəallığı 32.69% faiz olub (səsvermə hüququna malik 4 976 858 seçicidən 1 626 910 nəfəri səs verib.  MSK-nın təsdiqlədiyi protokola əsasən, 9  bələdiyyədə seçkinin nəticələrinin ləğv edilib (65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsində Varxan bələdiyyəsi, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsində Ağdaş bələdiyyəsi, 80 saylı İmişli-Beyləqan seçki dairəsində Boşçağlar bələdiyyəsi, 81 saylı Beyləqan seçki dairəsində Təzəkənd, Milabad bələdiyyələri, 82 saylı Ağcabədi seçki dairəsində Şənlik bələdiyyəsi, 86 saylı İsmayıllı seçki dairəsində Tağlabian bələdiyyəsi, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsində Əmirli, 89 saylı Göyçay-Ağdaş seçki dairəsində Xosrov bələdiyyəsi), 39 seçki məntəqəsi üzrə seçkinin nəticələri etibarsız sayılıb. Yol verdiyi nöqsanlara görə 12 məntəqə seçki komissiyası buraxılıb. Bunlar 22 saylı Nəsimi II seçki dairəsi üzrə 5,6, 7 saylı, 23 saylı Nəsimi-Səbail seçki dairəsi üzrə 9 saylı, 24 saylı Nizami I seçki dairəsi üzrə 3,4 saylı, 61 saylı Neftçala seçki dairəsi üzrə 14 saylı,  69 saylı Cəlilabad-Masallı seçki dairəsi  üzrə 8, 10 saylı, 84 saylı Füzuli seçki dairəsi  üzrə 4 saylı, 111 saylı Zaqatala-Balakən seçki dairəsi  üzrə 3 saylı, 119 saylı Ağdam kənd seçki dairəsi  üzrə 13 saylı məntəqə seçki komissiyalarıdır.  







Xəbər lenti

img Cəmiyyət
Anelka "Fənərbaxça"ya dönmək istəyir

2020-02-26 / 19:25:42
img Hadisə
Pakistan SSRİ-dən aldığı borcu Rusiyaya qaytardı

2020-02-26 / 19:24:38
img Dünya
Məşhur idmançı karyerasını başa vurdu

2020-02-26 / 19:23:04
img Ölkə
BŞİH mitinq üçün Lökbatanı təklif etdi

2020-02-26 / 19:21:42
img Günün xəbərləri
Türkiyə Naxçıvanla sərhədi açdı

2020-02-26 / 19:20:22
img Günün xəbərləri
Ekspert koronavirusun qiymətlərə necə təsir edəcəyindən danışdı

2020-02-26 / 19:18:58
img Cəmiyyət
Selfi üçün 10 min tələb edir - Məşhur aktyorun fanatları qəzəbləndi

2020-02-26 / 17:24:15
img Manşet xəbərləri
Konstitusiya Məhkəməsi hansı dairələri ləğv edəcək – Siyahı

2020-02-26 / 16:45:57
img Ölkə
Müəllimi bulvarda intihar edən qız haqqında: “Qüruruna sığışdırmadı”

2020-02-26 / 16:04:56
img Günün xəbərləri
Atəşkəs dövründə şəhid olan və yaralanan hərbçilərin sayı AÇIQLANDI

2020-02-26 / 15:18:33
img Dünya
ABŞ-ın Qüdsdəki səfirliyi yenidən Tel Əvivə köçürülə bilər

2020-02-26 / 15:15:03
img Dünya
Norveçdə "Nuhun Gəmisi"nə 60 min bitki toxumu daşındı

2020-02-26 / 15:13:53
img Manşet xəbərləri
Xocalı Soyqırımını tanımış ölkələr (SİYAHI)

2020-02-26 / 15:12:43
img Günün xəbərləri
İsgəndər Həmidov dəfn edildi

2020-02-26 / 15:11:21
img Günün xəbərləri
MSK yekun protokolu Konstitusiya Məhkəməsinə təqdim etdi

2020-02-26 / 15:09:49
img Günün xəbərləri
İLHAM ƏLİYEV AYAZ MÜTƏLLİBOVLA GÖRÜŞDÜ – VİDEO

2020-02-26 / 13:26:30
img Günün xəbərləri
Azərbaycanda eyni şəxsə məxsus 5 şirkət ləğv olunur

2020-02-26 / 12:40:08
img Dünya
Cənubi Koreyada koronavirusa yoluxanların sayı 1 200-ü ötdü

2020-02-26 / 12:39:00
img Ölkə
Şimal bölgəsinə 30 sm-dək qar yağıb

2020-02-26 / 12:37:27
img Günün xəbərləri
"Ümumilikdə 328 seçki məntəqəsində nəticələr ləğv edilib" - MSK

2020-02-26 / 12:33:16
img Manşet xəbərləri
Neftçalanın sabiq icra başçısı həbs olunmasından razı qalıb

2020-02-26 / 12:29:46
img Dünya
Çində koronavirus qurbanlarının sayı 2,7 min nəfəri ötüb

2020-02-26 / 11:34:24
img Manşet xəbərləri
İsgəndər Həmidov həyat yoldaşının yanında dəfn olunacaq

2020-02-26 / 11:27:33
img Sosial
Koronavirusla bağlı Kliniki Tibbi Mərkəzə 7 nəfər yerləşdirilib

2020-02-26 / 11:26:16
img Dünya
Koronavirus təhlükəsi Rusiyada sarımsağı bahalaşdırdı

2020-02-26 / 11:24:41

Bütün xəbərlər