logo
RU

Cəmiyyət

Seymur Verdizadə Bədii Şuraları "yıxıb-sürüdü" - “Pozğunlar efirdə əxlaq dərsi keçirlər”

img




“Telekanalların əksəriyyətində Bədii Şuralar var. Uzun illərdən bəri telekanallara ayaq döyən adam kimi bu qurumların formal fəaliyyət göstərdiyini deyə bilərəm”. "Legion" xəbər verir ki, bunu Sherg.az-a açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri Seymur Verdizadə deyib. JAM sədri bildirib ki, islahat dalğası teleməkana da çatmalıdır: “Əgər telekanallarda normal Bədii Şura olsaydı, heç bir müğənni cürət edib efirə çılpaq çıxmazdı. Şuralar öz funksiyalarını qüsursuz yerinə yetirsəydi, ləhcə ilə danışan aparıcılar efirdə at oynatmazdılar. BŞ üzvləri bəzi aparıcıların vətəndaşlarla müstəntiq kimi davrandıqlarını görmürlər? Onlar qadını pencək kimi dəyişən məişət pozğunlarının efirdə əxlaq dərsi keçməyinə niyə göz yumurlar? Əgər Bədii Şuralar varsa, üç-beş manatlıq aktyorların iştirakı ilə çəkilən düşük seriallar efirlərə necə yol tapır? Bu sualların cavabı açıq qaldığı üçün mən Bədii Şuraların telekanalların yayın siyasətinə ciddə təsir etdiyini düşünmürəm”. S.Verdizadə vurğulayıb ki, telekanallarda müəyyən keyfiyyət dəyişikliyini inkar etmək olmaz: “Amma bu dəyişikliklər Bədii Şura üzvlərinin üstün zəkasının nəticəsi deyil, zamanın tələbidir. İnformasiya təhlükəsizliyimiz təhdid altındadır. Tamaşaçıların böyük əksəriyyəti Azərbaycan teleməkanından üz döndərib. Yerli telekanallar rəqabətdə Rusiya və Türkiyə televiziyalarına uduzur. Buna görə də telekanal rəhbərləri daha maraqlı, nisbətən səviyyəli verilişlərin hazırlanmasının qeydinə qalırlar. Müsbət dəyişikliklər İTV-də özünü daha qabarıq şəkildə göstərməyə başlayıb. AzTV isə çətin dövrü arxada qoyub. İndi bu telekanalların hər ikisində bir neçə maraqlı, səviyyəli veriliş izləmək mümkündür. Belə demək mümkündürsə, bu telekanallarda həyata keçirilən kadr dəyişikliyi təsirsiz ötüşməyib”. Jurnalist vurğulayıb ki, tamaşaçının zövqünü oxşayan verilişlər hazırlamağın vaxtı çatıb: “Bunun üçün azad yaradıcı mühit olmalıdır. Tamaşaçıların Azərbaycan televiziyalarına olan inamını geri qaytarmaq lazımdır. Bunu üçün tamaşaçının inandığı adamları efirə çıxarmaq lazımdır”.







Xəbər lenti

img Manşet xəbərləri
Ərdoğan və Putin tezliklə görüşmək barədə razılığa gəliblər

2020-02-28 / 19:13:43
img Qafqaz
Gürcüstanda koronavirusa yoluxanların sayı artır

2020-02-28 / 19:11:50
img Günün xəbərləri
QMİ ümrə ziyarətlərinin dayandırılması ilə bağlı açıqlama verdi

2020-02-28 / 19:08:12
img Ölkə
TƏBİB-in nümayəndəsi: "Apteklərdə satılan maskaların qoruyuculuğu yoxdur"

2020-02-28 / 19:06:23
img Manşet xəbərləri
Azərbaycanda koronavirus şübhəsi ilə karantində saxlanılanların sayı açıqlandı

2020-02-28 / 19:05:08
img Günün xəbərləri
Ali və orta ixtisas məktəblərinə qəbul olan şəxslərin 16 faizi təhsilini başa vurmur

2020-02-28 / 15:48:39
img Manşet xəbərləri
NATO müttəfiqləri Türkiyə ilə tam həmrəy olduqlarını bəyan ediblər

2020-02-28 / 15:46:42
img Dünya
"Hətta ambulansları da vurdular" - Hulusi Akar Rusiyanın bəyanatına sərt cavab verdi

2020-02-28 / 15:45:19
img Dünya
Türkiyədəki suriyalı qaçqınlar Avropa sərhədlərinə yaxınlaşıb

2020-02-28 / 15:30:51
img Hadisə
İngiltərə klubunda əl ilə görüşmək qadağan olundu

2020-02-28 / 15:29:39
img Dünya
Fəzada rekord gücdə partlayış aşkarlanıb

2020-02-28 / 15:28:23
img Manşet xəbərləri
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

2020-02-28 / 15:26:38
img Manşet xəbərləri
Koronavirusa yoluxan prezidentlər, vəzifəli şəxslər və deputatlar

2020-02-28 / 13:13:03
img Cəmiyyət
“Altın Kelebek” təxirə salındı

2020-02-28 / 13:04:40
img Ölkə
Sabaha olan hava proqnozu açıqlandı

2020-02-28 / 13:03:29
img Manşet xəbərləri
NATO Türkiyənin tələbinə əsasən təcili toplanır

2020-02-28 / 13:02:17
img Dünya
İranda cümə namazları təxirə salındı

2020-02-28 / 13:01:26
img Cəmiyyət
Şəxsi biznesi olan azərbaycanlı məşhurlar (FOTOLAR)

2020-02-28 / 13:00:18
img Günün xəbərləri
Qarabağı “alovlandıran” Sumqayıt hadisələri – 32 il

2020-02-28 / 11:09:16
img Dünya
Daha iki ölkədə koronavirus aşkarlandı

2020-02-28 / 11:07:55
img Hadisə
Bu komandalar Avropa Liqasının 1/8 finalında

2020-02-28 / 11:03:44
img Günün xəbərləri
TÜRK ORDUSU SURİYADA 33 ŞƏHİD VERDİ - Cavab zərbəsi ilə 1700 Suriya hərbçisi məhv edildi

2020-02-28 / 11:01:23
img Manşet xəbərləri
"Qəhrəman əsgərlərimizin qanı yerdə qalmayacaq"- Türkiyə Prezident Administrasiyası açıqlama yayıb

2020-02-28 / 11:00:30
img Cəmiyyət
"Çayçı Hüseyn" doğrudan ölüb?

2020-02-28 / 10:57:41
img Dünya
Səudiyyə Ərəbistanı Azərbaycan vətəndaşlarına turist vizaları verilməsini dayandırıb

2020-02-28 / 10:55:57

Bütün xəbərlər