logo
RU

Cəmiyyət

Özünə villa tikdirən Əməkdar artist: Camaatın əlinə baxırıq

img




Guya mən demişəm ki, “evdə dörd-beş qulluqçum olacaq”. Əslində bu söz mənim leksikonumda yoxdur. Mən belə sözləri xoşlamıram. Haqqımda belə danışanda da xoşuma gəlmir. Bu sözləri Əməkdar artist Elnarə Abdullayeva Oxu.Az-ın əməkdaşı ilə söhbətində deyib. “Adam var ki, lovğalanır, özünü göstərmək üçün belə sözlər danışır. Amma mən böyük danışmağı sevmirəm. Qulluqçu məsələsinə gəlincə, elə mən özüm də qulluçuyam. Əgər gedib kiminsə qapısında oxuyuramsa, demək mən də qulluqçuyam. Biz camaatın əlinə baxırıq. Əslində, o cür sözləri demək düzgün deyil”. “Altımərtəbəli villa tikdirir” iddialarına isə əməkdar artist bu formada münasibət bildirib: “Deyirlər ki, Elnarə altımərtəbəli villa tikir. Bu, həqiqəti əks etdirmir. Mən ev tikirəm amma altımərtəbə deyil. Öz alın tərimlə, zəhmətimlə ev tikdirirəm. Kiminsə cibinə girmirəm ki? Dövlətimə, millətimə yaxşı xidmət edirəm. Əgər ev tikirəmsə, demək xalq Elnarəni sevir, ona beş-on manat pul verir, mən də ev tikirəm. Təsəvvür edin ki, on-iyirmi ildən sonra ağlayıram ki, evim yoxdur. Bu nə dərəcədə düzgün olacaq? Deməzlər ki, ay Elnarə xanım, sən yaxşı sənətkar idin, toylara da gedirdin, bəs hanı sənin pulun? Ona görə gərək az geyinəsən, az yeyəsən ki, özünə bir “koma” düzəldə biləsən. Allah qismət eləsin, evimi tez tikib, başa çatdırım. Hamı kimi ev tikdirirəm”.  “5-də 5” axşam şousunda verilişin aparıcısı Zaur Kamalın “Niyə görə evi olan sənətçilər dövlətdən ikinci dəfə ev istəyir?” sualına qalmaqallı şəkildə münasibət bildirən E.Abdullayeva mövzuya yenidən toxunaraq, məsələnə yenidən cavab verib: “Aparıcı Zaur Kamal mənə bununla bağlı sual verdi. Söylədi ki, “İndi bir çox müğənnilər öz evlərini göstərmirlər ki, dövlətdən ev alsınlar. Cavab olaraq dedim ki, “mən hələ ki, cavanam. Allah məni bu günə qoymasın ki, dövlətimə, xalqıma, millətimə, ailəmə yük olum. Bilirik ki, bütün sənətkarlara dövlətimiz yetərincə qayğı göstərir, xidmət edir. Allah o günü mənə qismət etsin ki, ahıl yaşında problemim çıxarsa, dövlətim mənə yardım etsin”. “Sözügedən verilişdəki bu çıxışınız Əməkdar artist Ruhəngiz Allahverdiyevanın heç xoşuna gəlmədi və aranızda qalmaqal yaşandı” şərhinə Elnarə Abdullayevanın cavabı isə belə olub: Əməkdar artist Ruhəngiz Allahverdiyeva nədənsə bu sözləri öz üzərinə götürdü. Aramızda söz-söhbət oldu. Amma mənim ondan heç xəbərim yox idi. Bilmirdim ki, onun evlə bağlı hər-hansısa bir problemi var. Onunla səmimi şəkildə verilişlərin birində görüşdük”.  







Xəbər lenti

img Günün xəbərləri
Ali və orta ixtisas məktəblərinə qəbul olan şəxslərin 16 faizi təhsilini başa vurmur

2020-02-28 / 15:48:39
img Manşet xəbərləri
NATO müttəfiqləri Türkiyə ilə tam həmrəy olduqlarını bəyan ediblər

2020-02-28 / 15:46:42
img Dünya
"Hətta ambulansları da vurdular" - Hulusi Akar Rusiyanın bəyanatına sərt cavab verdi

2020-02-28 / 15:45:19
img Dünya
Türkiyədəki suriyalı qaçqınlar Avropa sərhədlərinə yaxınlaşıb

2020-02-28 / 15:30:51
img Hadisə
İngiltərə klubunda əl ilə görüşmək qadağan olundu

2020-02-28 / 15:29:39
img Dünya
Fəzada rekord gücdə partlayış aşkarlanıb

2020-02-28 / 15:28:23
img Manşet xəbərləri
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

2020-02-28 / 15:26:38
img Manşet xəbərləri
Koronavirusa yoluxan prezidentlər, vəzifəli şəxslər və deputatlar

2020-02-28 / 13:13:03
img Cəmiyyət
“Altın Kelebek” təxirə salındı

2020-02-28 / 13:04:40
img Ölkə
Sabaha olan hava proqnozu açıqlandı

2020-02-28 / 13:03:29
img Manşet xəbərləri
NATO Türkiyənin tələbinə əsasən təcili toplanır

2020-02-28 / 13:02:17
img Dünya
İranda cümə namazları təxirə salındı

2020-02-28 / 13:01:26
img Cəmiyyət
Şəxsi biznesi olan azərbaycanlı məşhurlar (FOTOLAR)

2020-02-28 / 13:00:18
img Günün xəbərləri
Qarabağı “alovlandıran” Sumqayıt hadisələri – 32 il

2020-02-28 / 11:09:16
img Dünya
Daha iki ölkədə koronavirus aşkarlandı

2020-02-28 / 11:07:55
img Hadisə
Bu komandalar Avropa Liqasının 1/8 finalında

2020-02-28 / 11:03:44
img Günün xəbərləri
TÜRK ORDUSU SURİYADA 33 ŞƏHİD VERDİ - Cavab zərbəsi ilə 1700 Suriya hərbçisi məhv edildi

2020-02-28 / 11:01:23
img Manşet xəbərləri
"Qəhrəman əsgərlərimizin qanı yerdə qalmayacaq"- Türkiyə Prezident Administrasiyası açıqlama yayıb

2020-02-28 / 11:00:30
img Cəmiyyət
"Çayçı Hüseyn" doğrudan ölüb?

2020-02-28 / 10:57:41
img Dünya
Səudiyyə Ərəbistanı Azərbaycan vətəndaşlarına turist vizaları verilməsini dayandırıb

2020-02-28 / 10:55:57
img Dünya
"Türk hərbçiləri lazım olmayan yerdə olduqları üçün..." - Rusiya Müdafiə Nazirliyindən ilk açıqlama

2020-02-28 / 10:43:44
img Manşet xəbərləri
Azərbaycanda koronavirusla bağlı "qaynar xətt" fəaliyyətə başladı

2020-02-28 / 10:42:25
img Dünya
Koronavirusa qarşı xüsusi kostyum hazırlandı — FOTO

2020-02-27 / 18:51:10
img Manşet xəbərləri
Azərbaycanlı şəxsin koronavirusa yoluxduğu təsdiq olundu

2020-02-27 / 18:47:29
img Günün xəbərləri
Azərbaycanda koronavirusla bağlı son durum - VİDEO

2020-02-27 / 18:46:10

Bütün xəbərlər