logo
RU

Manşet xəbərləri

İran etiraf etdi: "Təyyarəni yanlışlıqla vurduq"

img




İranı Ordusunun Baş Qərargahı Ukrayna Hava Yollarına aid təyyarənin həssas hərbi nöqtədən keçərkən hava hücumundan müdafiə sistemləri tərəfindən səhvən vurulması barədə açıqlama yayıb. Qaynarinfo-nun məlumatına görə, açıqlamada bildirilib ki, ABŞ prezidenti və ordusunun İraqdakı bazalara hücuma cavab olaraq, İranın bir çox nöqtələrini hədəf alacaqlarına dair təhdidlərin və bölgədə yaşanan fövqəladə vəziyyətin ardından İran Silahlı Qüvvələri də mümkün təhdidlərə anında cavab vermək üçün ən yüksək hazırlıq vəziyyətinə gətirilib. Hücumdan sonra ABŞ qüvvələrinə aid qırıcıların İran ətrafındakı uçuşlarının artdığı və ölkənin strateji obyektlərinə hücum edəcəkləri barədə müdafiə bölmələrinə məlumat daxil olub. Bu səbəbdən bir çox hədəfin radarlarda görünməyə başladığı və ölkənin hava müdafiə sistemlərinin çox həssas vəziyyətə gəldiyi qeyd edilib. Açıqlamada sərnişin təyyarəsinin vurulması ilə bağlı bu fikirlərə yer verilib: "Ukrayna Hava Yollarına aid 752 saylı reys bu həssas və böhran şərtlərində İmam Xomeyni Beynəlxalq Aeroportundan hərəkət etdi. Təyyarə dönərkən İnqilab Keşikçiləri Korpusunun həssas hərbi mərkəzlərindən birinə yaxınlaşdı. Yüksəkliyi və vəziyyəti hücum edəcək kimi görünürdü. Sözügedən təyyarə insan səhvi ucbatından və bilməyərəkdən hədəf alındı". Baş Qərargah ölənlərin ailələrindən üzr istəyib. "Bu tip insani xətaların bir daha təkrarlanmamasına zəmanət veririk. Məsul şəxslər barəsində tədbirlər görüləcək", - deyə açıqlamada qeyd edilib. Hadisə ilə bağlı İran prezidenti Həsən Ruhani də açıqlama verib. O, günahkarların cəzalandırılmalı olduğunu və bu tip xətaların təkrarlanmaması üçün hava müdafiə sistemlərindəki zəif nöqtələrin bərpa edilməsinin vacibliyini vurğulayıb. "Bu, asanlıqla üstündən keçiləcək məsələ deyil. Faciənin səbəbi və günahkarları ilə bağlı təhqiqat davam etməli, bu bağışlanmaz səhvi edənlər barəsində ciddi tədbirlər görülməlidir", - deyə o bildirib. Ruhani yazılı açıqlamasında Qasım Süleymaninin qətli və ABŞ-ın təhdidlərinin davam etdiyi bir şəraitdə ölkənin hava hücumundan müdafiə sistemlərinin mümkün hücumların qarşını almaq üçün tam hazır vəziyyətə gətirildiyini deyib. İran prezidenti də onlarla insanın ölümü ilə nəticələnən faciəyə görə təəssüf hissi keçirdiyini ifadə edib.   *****  İran Ukrayna təyyarəsini raketlə vurduqlarını etiraf edib.
Qaynarinfo xəbər verir ki, bu barədə İran XİN-in rəhbəri Məhəmməd Cavad Zərif rəsmi tvitter hesabında məlumat paylaşıb. O, baş vermiş hadisədən dərin təəssüf hissi keçirdiklərini ifadə edib.
"Kədərli bir gündür. Silahlı Qüvvələr tərəfindən aparılan daxili istintaq tədbirlərinin nəticəsi: ABŞ macəpərəstliyinin səbəb olduğu böhran anında insan xətası fəlakətə səbəb oldu. Xalqımız, qurbanların yaxınları və zərər çəkən digər millətlər qarşısında peşmançılıq hissi keçirir, üzr istəyir və başsağlığı diləyirik", - deyə Zərif yazıb.   Qeyd edək ki, yanvarın 8-də Ukrayna Hava Yollarına aid "Boeing 737" model sərnişin təyyarəsi Tehranın İmam Xomeyni Beynəlxalq Aeroportundan hava qaldıqdan qısa müddət sonra qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarədə olan 176 nəfərin hamısı həyatını itirib.  







Xəbər lenti

img Cəmiyyət
Anelka "Fənərbaxça"ya dönmək istəyir

2020-02-26 / 19:25:42
img Hadisə
Pakistan SSRİ-dən aldığı borcu Rusiyaya qaytardı

2020-02-26 / 19:24:38
img Dünya
Məşhur idmançı karyerasını başa vurdu

2020-02-26 / 19:23:04
img Ölkə
BŞİH mitinq üçün Lökbatanı təklif etdi

2020-02-26 / 19:21:42
img Günün xəbərləri
Türkiyə Naxçıvanla sərhədi açdı

2020-02-26 / 19:20:22
img Günün xəbərləri
Ekspert koronavirusun qiymətlərə necə təsir edəcəyindən danışdı

2020-02-26 / 19:18:58
img Cəmiyyət
Selfi üçün 10 min tələb edir - Məşhur aktyorun fanatları qəzəbləndi

2020-02-26 / 17:24:15
img Manşet xəbərləri
Konstitusiya Məhkəməsi hansı dairələri ləğv edəcək – Siyahı

2020-02-26 / 16:45:57
img Ölkə
Müəllimi bulvarda intihar edən qız haqqında: “Qüruruna sığışdırmadı”

2020-02-26 / 16:04:56
img Günün xəbərləri
Atəşkəs dövründə şəhid olan və yaralanan hərbçilərin sayı AÇIQLANDI

2020-02-26 / 15:18:33
img Dünya
ABŞ-ın Qüdsdəki səfirliyi yenidən Tel Əvivə köçürülə bilər

2020-02-26 / 15:15:03
img Dünya
Norveçdə "Nuhun Gəmisi"nə 60 min bitki toxumu daşındı

2020-02-26 / 15:13:53
img Manşet xəbərləri
Xocalı Soyqırımını tanımış ölkələr (SİYAHI)

2020-02-26 / 15:12:43
img Günün xəbərləri
İsgəndər Həmidov dəfn edildi

2020-02-26 / 15:11:21
img Günün xəbərləri
MSK yekun protokolu Konstitusiya Məhkəməsinə təqdim etdi

2020-02-26 / 15:09:49
img Günün xəbərləri
İLHAM ƏLİYEV AYAZ MÜTƏLLİBOVLA GÖRÜŞDÜ – VİDEO

2020-02-26 / 13:26:30
img Günün xəbərləri
Azərbaycanda eyni şəxsə məxsus 5 şirkət ləğv olunur

2020-02-26 / 12:40:08
img Dünya
Cənubi Koreyada koronavirusa yoluxanların sayı 1 200-ü ötdü

2020-02-26 / 12:39:00
img Ölkə
Şimal bölgəsinə 30 sm-dək qar yağıb

2020-02-26 / 12:37:27
img Günün xəbərləri
"Ümumilikdə 328 seçki məntəqəsində nəticələr ləğv edilib" - MSK

2020-02-26 / 12:33:16
img Manşet xəbərləri
Neftçalanın sabiq icra başçısı həbs olunmasından razı qalıb

2020-02-26 / 12:29:46
img Dünya
Çində koronavirus qurbanlarının sayı 2,7 min nəfəri ötüb

2020-02-26 / 11:34:24
img Manşet xəbərləri
İsgəndər Həmidov həyat yoldaşının yanında dəfn olunacaq

2020-02-26 / 11:27:33
img Sosial
Koronavirusla bağlı Kliniki Tibbi Mərkəzə 7 nəfər yerləşdirilib

2020-02-26 / 11:26:16
img Dünya
Koronavirus təhlükəsi Rusiyada sarımsağı bahalaşdırdı

2020-02-26 / 11:24:41

Bütün xəbərlər