logo
RU

Günün xəbərləri

Bakıda lift quraşdıran rəis narazıdır- özünü qətiyyən təqsirli bilmir

img




“Bakılift -2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq sədri növbəti dəfə hakim qarşısına çıxarılıb. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə ittiham edilən Ruslan Dilanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında şahidlər ifadə verib. Şahid Fərman Ağamalıyev dindirilən zaman hazırda Təmir İstehsalat Birliyinin əməkdaşı olduğunu deyib. O bildirib ki, vaxtilə Dilanovun rəhbərlik etdiyi "Bakı Lift Təmir" İstehsalat Birliyində sahə rəisi vəzifəsində çalışıb. O, Hövsan qəsəbəsi ərazisində işlədiyini deyib. Ağamalıyev söyləyib ki, vəzifə səlahiyyətlərinə qəsəbədəki liftlərin təmiri və nəzarəti daxil olub. Fərman Ağamalıyev liftlərə lazım olan ehtiyyat hissələrinin alınmasında iştirak etdiyini deyib. O israrla bildirib ki, sifariş verilən ehtiyat hissələrin qiymətlərindən xəbəri olmayıb. Amma onun dedikləri məhkəməyə inandırıcı gəlməyib. "Mən fəhlə adamam. Qiyməti rəhbərlik, mühasibatlıq bilərdi"- deyə Ağamalıyev bildirib. Prokuror xatırladıb ki, Ağamalıyev liftlər üçün ehtiyat hissələrinin alınmasında da iştirak edib və sənədləri də imzalayıb. Ağamalıyev bunu belə izah edib: "Mən imzanı ona görə çəkmişəm ki, yəni, mal alınıb. Pulun alınmasında və verilməsində iştirak etməmişəm". Dilanov da bunu təsdiq edib. O deyib ki, Ağamalıyev malların alınmasında iştirak edib: "Pulun verilməsindən xəbəri olmayıb". Digər şahid Elnur Əliyev dindirilən zaman "Bakı Lift Təmir" İstehsalat Birliyində çalışdığını deyib və bildirib ki, liftlərin təmiri ilə məşğul olub. O, liftlər üçün lazım olan ehtiyat hissələrinin alınmasında iştirak etdiyini, edilən ödəmələrdən xəbərsiz olduğunu bildirib. Məlum olub ki, Elnur Əliyev liflətrin quraşdırılması, montaj ilə məşğul olub. O, bir liftin quraşdırılması üçün 1800 manat ödəniş aldığını, bu işi iki nəfərlə icra etdiyini deyib. Dilanov izahatında deyib ki, 1800 manat ödənişə köhnə liftin sökülməsi, daşınması, yol xərcləri də daxil olub. İttihamda yazılır ki, dövlət büdcəsindən binalarda 71 ədəd liftin yenidən quraşdırılması və əsaslı təmiri üçün vəsait ayrılıb. Məlumata görə, bu vəsaitin təxminən 1 milyon 835 min manatı mənimsənilib. İddia olunur ki, dövlətin vəsaitilə alınan 426 min manatlıq material-avadanlıqlar təyinatı üzrə istifadə olunmayıb. İttihamda göstərilir ki, həmin material və avadanlıqlar ticarətlə məşğul olan şəxslərə satılıb, saxta sənədlər tərtib edilərək həmin materialların istifadə olunduğu rəsmiləşdirilib. Araşdırmalar 2013-2015-ci işləri əhatə edir. Zərərçəkmiş tərəf "Bakı Lift Təmir" İstehsalat Birliyidir. Törətdiyi əmələ görə, ona qarşı CM-in 179 (mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb. Dilanov özünü qətiyyən təqsirli bilmir.  







Xəbər lenti

img Qafqaz
Naxçıvana uçuşlar bərpa edilir - RƏSMİ

2020-05-29 / 19:02:49
img Cəmiyyət
Azərbaycanda koronavirusa yoluxanların 5 faizi uşaqlardır

2020-05-29 / 19:02:00
img Günün xəbərləri
Yoluxma yüksək olan rayonlar - SİYAHI

2020-05-29 / 19:00:57
img Manşet xəbərləri
AZƏRBAYCANDA DAHA 230 NƏFƏR KORONAVİRUSA YOLUXDU - İki nəfər vəfat edib

2020-05-29 / 18:59:39
img Hadisə
Mayın 31-dən dövlət qurumları tam heyətlə fəaliyyətə başlayır

2020-05-29 / 18:59:03
img Günün xəbərləri
Bu qadağalar hələ də qüvvədədir- SİYAHI

2020-05-29 / 18:57:58
img Ölkə
Açıq havada keçirilən idman yarışlarının təşkilinə icazə verilir

2020-05-29 / 18:57:03
img Günün xəbərləri
Azərbaycanda iri ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyəti bərpa olunur

2020-05-29 / 18:55:58
img Günün xəbərləri
Maskadan istifadə etməyənlər cərimələnəcəklər

2020-05-29 / 18:52:42
img Dünya
İflas dalğasının qarşısını almaq üçün Aİ-yə 720 milyard avro lazımdır

2020-05-29 / 16:53:32
img Ölkə
Avtobuslarda və dayanacaqlarda maskadan istifadə məcburi oldu

2020-05-29 / 16:52:30
img Günün xəbərləri
Qoruyucu tibbi maskaların taxılması məcburi olan yerlərin siyahısı açıqlandı

2020-05-29 / 16:51:32
img Manşet xəbərləri
Azərbaycanda koronavirusla bağlı yeni sistem yaradıldı

2020-05-29 / 16:50:34
img Günün xəbərləri
Azərbaycanın dövlət sərhədinin bağlanması müddəti uzadılır

2020-05-29 / 16:49:24
img Cəmiyyət
Dünyada koronavirusa yoluxanların sayı 6 milyona çatır

2020-05-29 / 11:20:58
img Müsahibə
“Heç biriniz məndən nə ağıllı, nə də tərbiyyəli ola bilməzsiniz...”

2020-05-29 / 11:19:29
img Günün xəbərləri
Azərbaycanlı iş adamı Avropanın məşhur futbol klubunu alır

2020-05-29 / 11:16:56
img Ölkə
Ali məktəblərə ərizə verən abituriyentlərin sayı açıqlanıb

2020-05-29 / 11:06:20
img Dünya
Bu ölkədə azarkeşlərin stadiona girişinə icazə verildi

2020-05-29 / 11:04:13
img Dünya
Tramp "Twitter"in bağlanacağını güman edir

2020-05-29 / 11:02:48
img Dünya
Neftin ucuzlaşması davam edir

2020-05-29 / 10:54:54
img Dünya
Dünyanın ən yaşlı kişisi vəfat etdi

2020-05-29 / 10:53:33
img Manşet xəbərləri
Britaniyadakı səfirimiz AİHM-ə Ramil Səfərovla bağlı cavab verdi

2020-05-29 / 10:51:28
img Günün xəbərləri
Azərbaycanda koronavirus REKORD VURDU: 191 yoluxma, 2 ölüm

2020-05-28 / 19:35:07
img Günün xəbərləri
Cümhuriyyət qurucusunun nəvəsi: “Azadlıq ideologiyasının banisi kimi Rəsulzadə sovetlərə ciddi təhlükə idi”

2020-05-28 / 18:42:29

Bütün xəbərlər