logo
RU

Qafqaz

Böyük Qafqazda sel təhlükəsi - Çaylarda suyun səviyyəsi qalxacaq

img




Son 30 ildə Böyük Qafqazda sel ocaqlarının yayılması sahəsi 15–20% artıb.   Modern.az-ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu tərəfindən aparılan tədqiqatlar nəticəsində müəyyən edilib ki, Böyük Qafqazın cənub yamacında yerləşən çay hövzələrində sel ocaqlarının sahəsi 1961-1990-cı illərin məlumatları ilə müqayisədə orta hesabla 15-20% artıb.   Bu artım əsasən, Şin, Kiş, Dəmiraparan və Girdiman çaylarında müşahidə edilir. Bunun əsas səbəbi kimi sistemsiz otarma, meşələrin qırılması, turizm və iaşə obyektlərinin tikintisi, yol-inşaat işləridir: "Müəyyən edilib ki, çay hövzələrində selə qarşı qurğuların olmaması və yaxud çox zəif olması və lazımi səviyyədə qurulmaması səbəbindən sellər böyük ziyan vurur. Buna misal olaraq, 2015-ci ilin iyul ayında Bum çayında baş verən seli (nəticədə Qəmərvan kəndində bəzi evlər palçıq kütləsinin altında qalıb), 2016-cı ilin iyul ayında Kiş çayında (nəticədə Kiş kəndinin Şəki şəhəri ilə bağlayan körpü tamamilə uçmuş, ətrafdakı istirahət mərkəzləri qalın palçıq qatının altında qalıb), 2016-cı ilin sentyabr ayında Dəmiraparan çayında (nəticədə Qəbələ şəhərində olan bir-neçə istirahət mərkəzini palçıq kütləsi basıb), 2018-ci ilin iyun ayında Göyçay çayında baş verən seli (selin nəticəsində Qalaçıq və ətraf kəndləri rayon mərkəzi ilə birləşdirən körpü və Göyçay şəhərini ətraf kəndlərlə birləşdirən körpü üçmuşdur) qeyd etmək olar".     İnstitutdan bildirilib ki, ən güclü sel əmələ gətirən ocaqlar Kişçay, Daşağılçay, Girdimançay, Dəmiraparançay və s. çay hövzələrində yerləşib: "1961–90-cı illər üçün sel ocaqlarının sahəsi hövzə ərazisinin 15-51,5% arasında gətirmə konusuna qədər dəyişir. 1990-2018-ci illər üçün bu göstərici 23,6-78% arasındadır. 1990-2018-ci illər üçün əvvəlki dövrlə müqayisədə sel ocaqlarının ərazisi 8,6%-dən 29,4%-ə qədər artıb. Ən böyük artım Şinçayda və Girdimançayda müşahidə olunur (müvafiq olaraq 29,4% və 26%). Ən kiçiyi Vəlvələçayda və Talaçayda qeyd olunur (hər biri 8,6%). 1961-1990-cı illər üçün sel ocaqlarının ümumi sahəsi 1571 kvadratkilometr təşkil edib, yəni - 34%. 1990-2018-ci illər üçün sel ocaqları mənbələrinin sahəsi 2312,9 kvadratkilometr - 50,1%-dir".







Xəbər lenti

img Günün xəbərləri
Ali və orta ixtisas məktəblərinə qəbul olan şəxslərin 16 faizi təhsilini başa vurmur

2020-02-28 / 15:48:39
img Manşet xəbərləri
NATO müttəfiqləri Türkiyə ilə tam həmrəy olduqlarını bəyan ediblər

2020-02-28 / 15:46:42
img Dünya
"Hətta ambulansları da vurdular" - Hulusi Akar Rusiyanın bəyanatına sərt cavab verdi

2020-02-28 / 15:45:19
img Dünya
Türkiyədəki suriyalı qaçqınlar Avropa sərhədlərinə yaxınlaşıb

2020-02-28 / 15:30:51
img Hadisə
İngiltərə klubunda əl ilə görüşmək qadağan olundu

2020-02-28 / 15:29:39
img Dünya
Fəzada rekord gücdə partlayış aşkarlanıb

2020-02-28 / 15:28:23
img Manşet xəbərləri
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

2020-02-28 / 15:26:38
img Manşet xəbərləri
Koronavirusa yoluxan prezidentlər, vəzifəli şəxslər və deputatlar

2020-02-28 / 13:13:03
img Cəmiyyət
“Altın Kelebek” təxirə salındı

2020-02-28 / 13:04:40
img Ölkə
Sabaha olan hava proqnozu açıqlandı

2020-02-28 / 13:03:29
img Manşet xəbərləri
NATO Türkiyənin tələbinə əsasən təcili toplanır

2020-02-28 / 13:02:17
img Dünya
İranda cümə namazları təxirə salındı

2020-02-28 / 13:01:26
img Cəmiyyət
Şəxsi biznesi olan azərbaycanlı məşhurlar (FOTOLAR)

2020-02-28 / 13:00:18
img Günün xəbərləri
Qarabağı “alovlandıran” Sumqayıt hadisələri – 32 il

2020-02-28 / 11:09:16
img Dünya
Daha iki ölkədə koronavirus aşkarlandı

2020-02-28 / 11:07:55
img Hadisə
Bu komandalar Avropa Liqasının 1/8 finalında

2020-02-28 / 11:03:44
img Günün xəbərləri
TÜRK ORDUSU SURİYADA 33 ŞƏHİD VERDİ - Cavab zərbəsi ilə 1700 Suriya hərbçisi məhv edildi

2020-02-28 / 11:01:23
img Manşet xəbərləri
"Qəhrəman əsgərlərimizin qanı yerdə qalmayacaq"- Türkiyə Prezident Administrasiyası açıqlama yayıb

2020-02-28 / 11:00:30
img Cəmiyyət
"Çayçı Hüseyn" doğrudan ölüb?

2020-02-28 / 10:57:41
img Dünya
Səudiyyə Ərəbistanı Azərbaycan vətəndaşlarına turist vizaları verilməsini dayandırıb

2020-02-28 / 10:55:57
img Dünya
"Türk hərbçiləri lazım olmayan yerdə olduqları üçün..." - Rusiya Müdafiə Nazirliyindən ilk açıqlama

2020-02-28 / 10:43:44
img Manşet xəbərləri
Azərbaycanda koronavirusla bağlı "qaynar xətt" fəaliyyətə başladı

2020-02-28 / 10:42:25
img Dünya
Koronavirusa qarşı xüsusi kostyum hazırlandı — FOTO

2020-02-27 / 18:51:10
img Manşet xəbərləri
Azərbaycanlı şəxsin koronavirusa yoluxduğu təsdiq olundu

2020-02-27 / 18:47:29
img Günün xəbərləri
Azərbaycanda koronavirusla bağlı son durum - VİDEO

2020-02-27 / 18:46:10

Bütün xəbərlər