logo
RU

Ölkə

Azərbaycanın bu rayonları bələdiyyə seçkilərindən kənarda qaldı (SİYAHI)

img




Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.Legion.az Modern.az-a istinadən xəbər verir ki, MSK-da 4 972 356 seçici 1606 bələdiyyə üzrə 15 156 bələdiyyə üzvü seçir. Səsvermədə 5049 məntəqədə həyata keçiriləcək. Amma bələdiyyə seçkilərini prezident və parlament seçkilərindən fərqləndirən əsas cəhət bütün ölkə vətəndaşlarının səsvermə hüququnun olmaması ilə bağlıdır. Belə ki, Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərindən məcburi köçkün düşən sakinlərin heç biri səsvermə hüququna malik deyil. Kəlbəcər, Xocalı, Şuşa, Xankəndi, Qubadlı, Zəngilan, Cəbrayıl, Laçın rayonları bütövlükdə, Xocavənd, Tərtər, Füzuli, Ağdam rayonlarının qismən işğal altında qalan torplaqlarından didərgin düşmüş məcburi köçkünlərin səsvermə hüququ yoxdur. Məhz bu səbəbə görə, onlar sayca 5-ci dəfə keçirilən bələdiyyə seçkilərində iştirak etmək hüququndan məhkumdur. Bəs seçki prosesini həyata keçirən Mərkəzi Seçki Komissiyasının məsələyə münasibəti necədir? MSK yüzminlərə ölkə sakinin seçki prosesindən kənarda qalmasını nə ilə izah edir? Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov hələ 2009-cu ildə bələdiyyə seçkiləri öncəsi məcburi köçkünlərin bələdiyyə seçkilərində iştirakında problemli məqamların olduğunu açıqlamışdı. O, yerli özünüidarəetmə orqanlarının həmin ərazilərdə yaşayan əhali tərəfindən formalaşdırıldığını açıqlamışdı. Məcburi köçkünlər isə müxtəlif ərazilərdə məskunlaşdığından, onların öz bələdiyyələrini formalaşdırmaq imkanları yoxdur. MSK sədrinin bildirdiyinə görə, bu vaxta qədər dünya təcrübəsində qaçqın və məcburi köçkünlərin bələdiyyə seçkilərində iştirakının forması müəyyən edilməyib. Mərkəzi Seçki Komissiyasının bütün seçkilərdə məcburi köçkünlərin iştirakına çalışdığını deyən Məzahir Pənahov qeyd edib ki, bələdiyyə seçkilərində bu məsələni tam həyata keçirmək mümkün deyil: "Çünki bələdiyyələr özünüidarə orqanıdır. Bu qurumları müəyyən yerlərdə daimi yaşayan insanlar formalaşdırır. Bu, bir qədər incə məsələdir. Amma qanun belədir ki, bələdiyyə seçkilərində məcburi köçkünlər iştirak etməməlidirlər". Rəsmi məlumatlara görə, Azərbaycanda 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkün var.  







Xəbər lenti

img Günün xəbərləri
Koronavirus hava yolu ilə yayılır?

2020-03-29 / 20:37:22
img Manşet xəbərləri
Azərbaycanda koronavirusdan daha bir nəfər öldü: 17 yeni yoluxma - RƏSMİ

2020-03-28 / 19:40:23
img Manşet xəbərləri
Polis postlarından bu şəxslər keçə bilər: Qayda təsdiqləndi - SİYAHI

2020-03-28 / 19:39:04
img Manşet xəbərləri
Rusiya Bankının valyuta ehtiyatları bir həftəyə 30 milyard dollar azaldı

2020-03-28 / 17:27:10
img Manşet xəbərləri
Koronavirusun yayılmadığı yeganə ərazi - FOTOLAR

2020-03-28 / 16:54:58
img Günün xəbərləri
Ölənlərin sayı 28 mini keçdi - Koronavirusun qurbanları durmadan artır

2020-03-28 / 16:53:00
img Ölkə
Azərbaycan voleybol millisinin üzvləri karantinə alındı

2020-03-28 / 16:51:06
img Günün xəbərləri
Rusiyada daha bir nəfər koronavirusdan öldü

2020-03-28 / 16:48:22
img Dünya
İspaniyada koronavirusdan ölənlərin sayında rekord artım qeydə alındı

2020-03-28 / 16:47:28
img Dünya
Ərdoğan naziri vəzifəsindən azad edib

2020-03-28 / 12:20:25
img Dünya
Putinin varlılardan daha çox vergi planı iflasa uğradı – Əmanətçilər pullarını banklardan çıxarır

2020-03-28 / 12:17:42
img Hadisə
Mübariz Mənsimov Ərdoğana müraciət etdi: “Atam və anam həbsxanada olduğumu bilmir”

2020-03-28 / 11:08:13
img Dünya
Koronavirusdan ölənlərin sayı 27 mini ötüb

2020-03-28 / 11:05:02
img Hadisə
Neft yenə ucuzlaşdı – Birjada son qiymətlər

2020-03-28 / 11:03:51
img Dünya
ABŞ vətəndaşları adambaşı 1200 dollar alacaq - Koronavirusa görə

2020-03-28 / 10:43:58
img Manşet xəbərləri
"Cərimələmə və sərt cəzalandırma mərhələsi başlayacaq"

2020-03-28 / 10:42:05
img Ölkə
Koronavirusla Mübarizəyə Dəstək Fonduna nə qədər vəsait daxil olub?

2020-03-28 / 10:40:48
img Günün xəbərləri
Deputatların heç birində koronavirus aşkarlanmadı – RƏSMİ

2020-03-28 / 10:38:50
img Günün xəbərləri
Azərbaycanda keçmiş polis rəisi koronavirusa yoluxdu - VİDEO

2020-03-28 / 10:36:39
img Manşet xəbərləri
Azərbaycanda parklarda gəzmək qadağan edildi

2020-03-27 / 21:38:09
img Manşet xəbərləri
Azərbaycanda xüsusi karantin rejimi gücləndirilir

2020-03-27 / 21:37:28
img Manşet xəbərləri
Azərbaycanda 43 yeni koronavirusa yoluxma faktı qeydə alınıb

2020-03-27 / 19:21:57
img Manşet xəbərləri
Azərbaycanda 43 yeni koronavirusa yoluxma faktı qeydə alınıb

2020-03-27 / 19:20:04
img Dünya
Kasıblar koronavirusa yoluxmur

2020-03-27 / 18:39:57
img Dünya
Yadplanetlilər 69 yaşlı kişini eyvandan götürüb apardı - Azərbaycanda şok hadisə / VİDEO

2020-03-27 / 18:38:52

Bütün xəbərlər