logo
RU

Manşet xəbərləri

Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi İqtisadiyyat Nazirliyinin strukturuna daxil edildi

img




Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında" fərman imzalayıb. Fərmanda deyilir: Ölkənin davamlı inkişafının təmin edilməsi məqsədi ilə aparılan sosial-iqtisadi islahatlarının dərinləşdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunda daha yüksək əlavə dəyərin yaradılması və ixrac potensialın artırılması vəzifələri müvafiq sahələrdə struktur dəyişikliklərinin sürətləndirilməsini və dövlət idarəetmə strukturunun təkmilləşdirilməsini zəruri edir. İqtisadi artım üçün əlverişli şəraitin yaradılmasına cavabdeh olan dövlət orqanlarının koordinasiyalı fəaliyyətinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilsin. 2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yeni strukturu təsdiq edilsin (əlavə olunur). 3. Müəyyən olunsun ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan dövlət orqanlarının və onların tabeliyində olan qurumların strukturu, işçilərinin say həddi, hüquqi vəziyyəti, vəzifə maaşları, əməyin ödənilməsi sistemi və xidmətkeçmə ilə bağlı hüquq və vəzifələri ilkin mərhələdə dəyişməz olaraq qalır. 4. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 4.1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əsasnaməsinin yeni layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 4.2. barələrində nizamnamə kapitalındakı dövlət payının idarə edilməsi funksiyaları həyata keçiriləcək kommersiya təşkilatlarının siyahısını iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 4.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 4.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 4.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 4.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan dövlət orqanlarının yeni əsasnamələri təsdiq edilənədək onlar öz fəaliyyətlərini mövcud əsasnamələri əsasında davam etdirsinlər. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 23 oktyabr 2019-cu il. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturu 1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin aparatı (şöbələr və sektorlar). 2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti. 3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti. 4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti. 5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin regional bölmələri. 6. Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin aparatları.//AzərTac







Xəbər lenti

img Cəmiyyət
Stalin necə əylənirdi... - Fotolar

2020-02-19 / 19:19:17
img Dünya
Almanlar müharibədən sonra niyə Argentinaya qaçırdı...

2020-02-19 / 19:14:24
img Dünya
İdlib böhranı böyüyür: İrandan açıqlama

2020-02-19 / 19:12:42
img Ölkə
Fövqəladə Hallar Nazirliyi 92 min manat cərimələndi

2020-02-19 / 19:10:23
img Günün xəbərləri
Məzahir Pənahov seçki qutularından danışdı

2020-02-19 / 19:08:07
img Dünya
Putin maaşının azlığından şikayətləndi

2020-02-19 / 19:07:16
img Günün xəbərləri
MSK-nın İCLASI KEÇİRİLİR - Daha 10 məntəqənin nəticələri ləğv edildi (Yenilənir)

2020-02-19 / 17:46:07
img Günün xəbərləri
Özbəkistan prezidenti Türkiyəyə gedib

2020-02-19 / 17:23:57
img Cəmiyyət
Qar uçqunu altında qalan qadınlar belə qurtarıldı - VİDEO

2020-02-19 / 17:22:59
img Hadisə
"Bloomberg" "əl dəyişdirə" bilər

2020-02-19 / 17:21:58
img Ölkə
"Azərişıq" 5 min manat cərimə edildi

2020-02-19 / 17:20:51
img Günün xəbərləri
MSK iki dairə üzrə 5 məntəqənin nəticələrini etibarsız saydı

2020-02-19 / 17:19:21
img Dünya
Məşhur sosial şəbəkə çökdü

2020-02-19 / 17:18:14
img Hadisə
Yanvarda ölkəyə 7 elektromobil gətirilib

2020-02-19 / 17:17:05
img Manşet xəbərləri
Parlament seçkiləri: Şikayət daxil olan dairələrin sayı - SİYAHI

2020-02-19 / 12:04:37
img Günün xəbərləri
Nöqsanlara görə cəzalandırılan vəzifəli şəxslərin sayı açıqlandı

2020-02-19 / 12:02:39
img Manşet xəbərləri
Vətəndaşların Prezident Administrasiyasına şikayət etdikləri tikinti şirkətləri - SİYAHI

2020-02-19 / 11:57:00
img Günün xəbərləri
Ötən il ölkə rəhbərliyinə ən çox müraciət bu şəhər və rayonlardan edilib - RƏSMİ

2020-02-19 / 11:55:59
img Manşet xəbərləri
PA-ya ən çox hansı məhkəmələrlə bağlı müraciətlər daxil olur? - SİYAHI

2020-02-19 / 11:54:29
img Manşet xəbərləri
Prezidentə şikayətlərin artdığı və azaldığı rayonların adları - SİYAHI

2020-02-19 / 11:51:51
img Günün xəbərləri
Xəstəxanalarda ödənişlər kart vasitəsilə aparılacaq

2020-02-19 / 11:48:29
img Dünya
Cənubi Koreyanın sabiq prezidenti 17 il həbs cəzasına məhkum olundu

2020-02-19 / 11:46:52
img Dünya
Koronavirus qurbanlarının sayı iki min nəfəri ötdü

2020-02-19 / 11:45:41
img Manşet xəbərləri
Türkiyənin tikinti şirkəti “MİDA”nı məhkəməyə verib - QALMAQAL

2020-02-19 / 11:05:53
img Manşet xəbərləri
“Əfvin indi verilməsi olduqca vacibdir” - GƏLİŞMƏ

2020-02-19 / 11:04:09

Bütün xəbərlər