logo
RU

Manşet xəbərləri

Rusiyada onları həbs cəzası gözləyir: Bəs Azərbaycanda? (ŞƏRH)

img




"Ailə məcəlləsinə əsasən, Azərbaycanda alimentin minimum həddi yaşayış minimumu ilə götürülüb".     Bu sözləri Qaynarinfo-ya hüquqşünas Cavid Rzazadə ölkəmizdə aliment ödənişi ilə bağlı qanunlar və ödənişdən yayınanları gözləyən cəzalarla bağlı açıqlamasında bildirib.   Hüquqşunas şərhində qeyd edib ki, alimentin ödənilməməsi ilə bağlı nə İnzibati Xətalar, nə də Cinayət Məcəlləsində ayrıca bir maddə var:   "Sadəcə, hər iki məcəllədə məhkəmə qərarını icra etməməklə bağlı bənd var. İnzibati Xətalar məcəlləsinə əsasən, 1 aya qədər həbs cəzası nəzərdə tutulub. Bununla bağlı olaraq Konstitusiya məhkəməsinin premium qərarı da var ki, vətəndaş cinayət məsuliyyətinə cəlb olunmamışdan əvvəl gərək 1 dəfə inzibati məsuliyyətə cəlb oluna. Vətəndaş bir dəfə alimenti ödəmədikdə inzibati məsuliyyətə cəlb olunur, haqqında inzibati xəta ilə bağlı protokol yazılır və 1 aya qədər həbs tədbiq olunur. Bundan sonra isə, borcu yenə ödəmədikdə artıq məhkəmə qərarını qəsdən icra etməməklə bağlı Cinayət Məcəlləsinə cəlb olunur. Bu təqdirdə isə 3 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur".   Cavid Rzazadə aliment ödənişlərinin hansı üsulla həyata keçirildiyini də izah edib:   "Ödəmə istənilən qaydada həyata keçirilə bilər. Nağd formada əldən-ələ də verilə bilər. Ancaq belə formada ödəniş olanda, alimenti ödəyən şəxsin əlində ödədiyinə aid sənəd olmur. Gələcəkdə alimenti alan tərəf almadığını iddia edə bilər. Bütün bunları nəzərə alaraq təcrübədə iki üsuldan istifadə edilir. Aliment alan tərəf bank hesabı açır və hesabı icra qurumuna təqdim edir və ödənişlərinin bu bank hesabı vasitəsi ilə həyata keçirilməsini təmin etməkdə köməklik istəyir. İcra orqanı da aliment ödəyən tərəfə hesabı verir və ödəniş bu yolla həyata keçirilir. Bu üsuldan istifadə edən vətəndaş illər sonra da o bankdan ödənişə dair sənədi çıxara bilər ki, bu qədər ödəniş etmişəm.   Digər üsul isə, əgər aliment borcu böyük məbləğdə yığılıbsa, hətta məsuliyyətə cəlb olunma ərəfəsindədirsə, pulu nəğd ödəyə bilər. O zaman isə alimenti alan tərəf qəbz verə bilər ki, aliment borcunu aldım və filan tarixə qədər olan müddətdə aliment borcu qalmayıb. Yəni, ödəniş ya qəbz ilə olur, ya da bank hesabı üsulu ilə".   Qeyd edək ki, Rusiyanın Ədliyyə Nazirliyi qanunvericilikdə sərt dəyişikliyi nəzərdən keçirir. Qərara əsasən, alimenti ödəməyən valideynləri həbs cəzası gözləyir. Aliment ödəyicisi real səbəb olmadan ödənişi etməsə, həbs cəzası ilə üzləşəcək.Qanun dəyişikliyi həmçinin fiziki məhdudiyyətli valideynlərini, ailə üzvlərini köməksiz qoyan şəxsləri də həbslə cəzalandırmağı nəzərdə tutur. Nazirliyin məlumatına görə, qərar qüvvəyə minəndən sonra minlərlə vətəndaşın haqları müdafiə ediləcək.







Xəbər lenti

img Günün xəbərləri
Azərbaycanda daha 379 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib

2020-06-06 / 18:17:23
img Hadisə
DİM onlayn imtahanların ilk sınağını keçirdi

2020-06-06 / 17:34:27
img Günün xəbərləri
Bu şəxslər küçəyə çıxsalar cərimələnəcəklər (RƏSMİ)

2020-06-06 / 17:33:25
img Günün xəbərləri
Azərbaycanda ilk dəfə dəniz suyu çaya qarışdı, kəndlər susuz qaldı

2020-06-06 / 17:31:01
img Günün xəbərləri
Azərbaycanda deputatın yaxın qohumu koronovirusdan öldü

2020-06-06 / 17:29:09
img Cəmiyyət
“İki günlük qadağaya görə aylıq ərzaq almağa ehtiyac yoxdur”

2020-06-06 / 17:28:04
img Hadisə
İlk milyarder futbolçu - Kriştianu Ronaldu

2020-06-06 / 11:31:59
img Günün xəbərləri
Bu gün avtomobil sürmək qadağandır - CƏRİMƏ VƏ HƏBS...

2020-06-06 / 11:17:19
img Günün xəbərləri
Həftəsonu küçəyə çıxanları hansı cəzalar gözləyir?

2020-06-06 / 11:15:28
img Cəmiyyət
“İşə velosipedlə gedib-gəlin“ - DYP rəsmisi

2020-06-06 / 11:14:32
img Ölkə
2 gün üçün 5 günlük çörəyi kimlər alır və ya varlılar anlamaz...

2020-06-06 / 11:07:32
img Günün xəbərləri
Belə getsə, vəziyyət nəzarətdən çıxa bilər... - Alim

2020-06-06 / 11:04:56
img Ölkə
Şəxsi avtomobildə maskadan istifadə etməklə bağlı rəsmi açıqlama

2020-06-06 / 11:03:00
img Sosial
Azərbaycanda bu gün işləyən dövlət qurumlarının siyahısı

2020-06-06 / 11:01:38
img Ölkə
Azərbaycanda küçəyə çıxmaq qadağası başladı

2020-06-06 / 10:59:29
img Dünya
Liviyada qiyamçı feldmarşal rəsmən məğlub elan olundu

2020-06-06 / 10:57:54
img Müsahibə
"Cümə günü də tam məhdudiyyətlər tətbiq edilsin" - Baş infeksionist

2020-06-05 / 19:10:37
img Günün xəbərləri
Azərbaycanda koronavirusa yoluxanların sayı yenə 300-ü keçdi - Ölənlər var

2020-06-05 / 18:29:11
img Günün xəbərləri
Gürcü polisi Zakir Qaralovun qardaşına cinayət işi açdığını təsdiqlədi - SƏNƏD

2020-06-05 / 18:04:46
img Günün xəbərləri
Mehman Hüseynov üçün 140 min manat TOPLANDI

2020-06-05 / 16:34:04
img Dünya
Tramp Çini cəzalandırmağın yolunu tapdı: İki aya yeni qaydalar gəlir

2020-06-05 / 16:32:17
img Günün xəbərləri
Bazar ertəsi ölkədə vəziyyət necə olacaq?

2020-06-05 / 16:30:51
img Hadisə
5 İyun Ümumdünya Ətraf Mühit Günüdür

2020-06-05 / 16:29:17
img Günün xəbərləri
Market və ticarət obyektləri bu saata qədər işləyə bilər (RƏSMİ)

2020-06-05 / 16:27:36
img Cəmiyyət
Xalq artisti vəfat etdi

2020-06-05 / 16:06:04

Bütün xəbərlər