logo
RU

Cəmiyyət

“İştirakçı olmaq üçün 20-30 min verməyə...” - “Maşın”da iştirak qalmaqalı

img




Xəbər verdiyimiz kimi, Xalq artisti Nəzakət Teymurova “Maşın” şouya heç vaxt qatılmayacağını, yüngül şeylərə görə sənətini heç etməyəcəyini bildirib. “Şou ilə bağlı təklif gəlməyib. Bir çox şeylər nə mənə, nə də sənətimə uyğundur. Amma Murad Dadaşovun özündən təklif gəlsə belə, qəbul etmərəm. Sənətimi o maşından və var-dövlətdən yüksəkdə tuturam. Sənətimi çox sevirəm. Yüngül şeylərə görə özümü və sənətimi heç edə bilmərəm”, - deyə xanəndə bildirib
Bəs həqiqətənmi “Maşın” şouya qatılmaq iştirakçıların sənətinə, işinə mənfi təsir edir? Mövzu ilə bağlı “Maşın”  şounun iştirakçısı olan bəzi şou-biznes nümayəndələri ilə əlaqə saxladıq. 
Xalq artisti Bilal Əliyev şouda iştirakından peşmançılığını dilə gətirib:
“Ümumiyyətlə, mən özüm kimi insanlara məsləhət görmürəm ki, orada iştirak etsinlər. Çünki, sonu çox pisliklə qurtarır, insanlar çox dava edir və bir-birini aldadırlar. Kimsə nəyəsə and  içir, sonra isə sözünü tutmur. Xeyli söz-söhbət əmələ gəlir. Ona görə də, mən şəxsən istəməzdim, həmin şouda olum. Əlbəttə, bəzən ola bilir ki, iştirakçının sənətinə də qismən xələl gəlsin. Haradasa, təxminən. 
Məsələn, dayanmısan orada, ağıllı adamsan, seçimini çox gözəl edə-edə gedirsən. Amma kimsə orada kəmfürsət  hərəkət edə bilər. Məsələn, bəziləri düşünür ki, mən cavanam, enerjili adamam və dayana bilərəm axıra qədər.  Amma elə bir şey ola bilir ki, elə insan çıxır oraya, deyir ki, mən filankəsi çıxarmayacağam, lakin hiylə işlədir. Sonra götürür səni çıxardır. Ondan sonra artıq xalq arasında başlanır ki, “O kim idi, səni çıxardı?” filan... Ona görə də Nəzakət xanım düzgün seçim edir, getmir”. 
Prodüsser, teleaparıcı Tarix Əliyev (Tolik)  Nəzakət Teymurovanın şouda iştirakını düzgün saymadığını deyib:
“Bilirsiniz, Nəzakət xanım özü sənətkardır. Nəzakət xanımın gedib xalqın qarşısında bir maşına görə, əlini qoyub dayanmağı düzgün deyil. Bu realiti-şou dünyanın hər yerində var. Murad Dadşov 14 ildir, bunu Azərbaycanda edirsə, bunu  gənclər üçün edir. Amma bəzən yaşlı nəsilə də şans verir ki, onlar da maşına sahib çıxa bilsinlər. Bu yaşlarında heç olmasa elə-belə udsunlar bu maşını. Bu o demək deyil ki, oraya ancaq sənətkarlar yığılmalıdır. Orada cavanlar olmalıdır, çünki 5-6 saat ayaq üstə dayanırsan, qalmaqallar, stress… Sizcə, kim cürət edər? 
Təsəvvür edin ki, bir cavan var, yanında da Nəzakət Teymurova. Hansı cavan onun çıxması üçün xalqdan səs istəyər? Fikirləşin ki, Nəzakət xanım çıxıb orada deyir ki, mənə səs verin, filankəsi çıxaracağam. (Gülür) Əslində, onların sənətləri toxunulmazdır, amma oraya düşmək istəyən müğənnilər var ki, bir gün qalıb iştirakçı olmaq üçün belə 20-30 min verməyə razıdırlar. Amma bildiyimə  görə, Murad Dadaşov şouya dəvət üçün heç vaxt, heç kimdən pul almır”.
Əməkdar artist Mehriban Xanlarova şouda iştirakın sənətə heç bir dəxli olmadığını, bu mövzuda Xalq artisti ilə razılaşmadığını vurğulayıb: 
“Vallah, mən özüm bilirsiniz ki, bir neçə dəfə həmin şouda olmuşam. Mənim nə sənətimə, nə adıma şounun heç bir təsiri olmayıb. Mən iştirakçı olduğum vaxt, yeri gələndə zövq almışam. Düzdü, stress, əsəb keçirirsən. Haqqı sübut etmək üçün bəzi çətinliklər çəkirsən, amma buna baxmayaraq, şouda iştirak mənə ləzzət edib. Bunun mənim adıma, əməkdar artist olmağıma nə dəxli var? Başa düşmədim, biz orada nə edirik ki? O da bir oyundu, şoudur. Ya udursan, ya da uduzursan, vəssalam. Yeri gələndə insanların, elə özüm də daxil olmaqla iç üzünün açıldığı yerdir. Görünməyən tərəflərimiz o qədər var ki, insanlar görünməyən tərəflərini o qədər gizlədirlər ki…”
“Maşın”  şounun üç dəfə iştirakçısı  olan Allahverdi Yolçuyev də Nəzakət Teymurova ilə razılaşmayıb:
“Xeyr, bu bir oyundur. Əslində, elə içi mən qarışıq, hamımız oyun oynayırıq. Orada Xalq artisti  də var, Əməkdar artist də var. Oyunda Rafael Dadaşov da,  Valeh Kərimov da, Şərqiyyə xanım  da olub. Yəni bizim ağsaqqallarımız, böyük sənətkarlarımız da  iştirak edib. Bu həyat tərzini dəyişdirmək üçün maraqlı bir oyundur. Hər halda, insan orada öz xarakterini göstərir, oyun oynayır. Nəzakət xanımın fikirləri ilə razı deyiləm. Hərənin öz düşüncəsi var, hərə bir cür fikirləşir. Nə deyə bilərik?  Güclə deyəsi deyilik ki, yox, sən belə fikirləşmə”.







Xəbər lenti

img Manşet xəbərləri
Vahid Əhmədov: “Bu adamlara da yardım edilməlidir...”

2020-04-01 / 11:32:47
img Manşet xəbərləri
Epidemioloq COVID-19-dan daha təhlükəli infeksiyanın yaranma riski barədə xəbərdar edib

2020-04-01 / 10:40:14
img Cəmiyyət
Ferrara şəhərinin sakinlərində koronavirusa qarşı immunitet aşkarlanıb

2020-04-01 / 10:38:43
img Hadisə
Vladimir Bazanov: "Belarusda vəziyyət kritik deyil, çempionat davam edir"

2020-04-01 / 10:34:45
img Qafqaz
Gürcüstanda koronavirusa yoluxanların sayı 115-ə çatdı

2020-04-01 / 10:32:37
img Dünya
ABŞ Rusiya və Səudiyyə Ərəbistanı ilə neftin ucuzlaşması problemini həll etmək niyyətindədir

2020-04-01 / 10:30:09
img Dünya
ABŞ-da koronavirusdan ölənlərin sayı 4 000-i ötdü

2020-04-01 / 10:24:15
img Hadisə
Azərbaycan və Rusiya arasında hava və dəmiryol sərnişindaşıması dayandırıldı - RƏSMİ

2020-03-31 / 19:58:11
img Cəmiyyət
Şəhriyar Məmmədyarov FIDE reytinqində ilk “10-luq”dakı yerini itirdi

2020-03-31 / 19:56:49
img Ölkə
Xüsusi karantin rejimində evdən çıxarkən hansı sənədləri götürmək lazım olduğu açıqlanıb

2020-03-31 / 19:49:24
img Günün xəbərləri
Ruslar milyardlarını banklardan çıxarır

2020-03-31 / 19:45:50
img Dünya
Niderlandda koronavirusdan ölənlərin sayı 1 000-i ötdü

2020-03-31 / 19:44:42
img Ölkə
Operativ Qərargahı yeni məlumat yaydı - Rusiyadan qayıdan vətəndaşlarla bağlı

2020-03-31 / 19:43:09
img Hadisə
"BP Azərbaycan"-dan vitse-prezidentin liftin düyməsini ayaqla basmasına reaksiya - Video

2020-03-31 / 19:22:03
img Günün xəbərləri
Bakı metrosu bu gün bağlanır

2020-03-31 / 17:28:15
img Dünya
Rusların 63 faizinin ehtiyatda pulu yoxdur - SORGU

2020-03-31 / 16:53:50
img Manşet xəbərləri
AZƏRBAYCANDA DAHA 24 NƏFƏR KORONAVİRUSA YOLUXDU! - 1 nəfər öldü, 11 nəfərin vəziyyəti ağırdı

2020-03-31 / 16:53:04
img Manşet xəbərləri
Rings of the corruption chain and their prison life

2020-03-31 / 15:48:42
img Dünya
Türkiyədə koronavirusa yoluxanların sayı 10 mini keçdi

2020-03-31 / 12:41:45
img Ölkə
Nazirlər Kabinetindən evdən çıxmasına məhdudiyyət qoyulan aşağı təminatlı vətəndaşlarla bağlı AÇIQLAMA

2020-03-31 / 12:39:55
img Günün xəbərləri
Koronavirusdan sağalanların sayı 165 min nəfəri keçdi

2020-03-31 / 12:37:09
img Manşet xəbərləri
Kosmonavtlara əllə görüşmək və qucaqlaşmaq qadağan edildi

2020-03-31 / 12:36:13
img Manşet xəbərləri
Türkiyədə koronavirusa görə minlərlə məhkum azadlığa buraxılır

2020-03-31 / 12:34:18
img Dünya
İsraildə koronavirusdan ölənlərin sayı 18-ə çatdı, polis sinaqoqlarda reyd keçirdi

2020-03-31 / 12:32:20
img Günün xəbərləri
Dünyada koronavirusa yoluxanların sayı 690 min nəfəri ötdü

2020-03-31 / 09:55:17

Bütün xəbərlər