logo
RU

Ölkə

Azərbaycanda elektron sürücülük vəsiqəsinə keçmək mümkündürmü? - AÇIQLAMA

img




Hazırda Rusiyada elektron sürücülük vəsiqələrinin verilməsi təşəbbüsü nəzərdən keçirilir. Rusiya Dövlət Avtomobil Müfəttişliyinin rəhbəri Mixail Çernikov bildirib ki, sürücülük vəsiqələrinin elektron versiyasının yaradılması və onların smartfonlara inteqrasiya edilməsi üzərində işlər başlayıb. Elektron vəsiqələr hazırkı sürücülük vəsiqələrinin alternativi olacaq. Amma bu sistemin nə vaxtdan qüvvəyə minəcəyi açıqlanmayıb. Oxu.Az-a danışan nəqliyyat üzrə ekspert Azər Allahverənov bildirib ki, elektron sürücülük vəsiqəsinə keçilməsi həm iqtisadi cəhətdən, həm də digər aspektlərdən sərfəli olan dəyişiklikdir: “Hazırda dünya bu sistemə doğru gedir. Bu məsələ ilə bağlı müəyyən müzakirələr də aparılır. Dünya üzrə hər şeyin, o cümlədən, sənədlərin elektronlaşdırılması prosesi gedir. Bununla da informasiyaları elektron daşıyıcıya yerləşdirməklə bağlı müəyyən narahatlığı aradan qaldırırlar. Artıq bir ilə yaxındır ki, Rusiyada elektron sürücülük vəsiqəsinə keçilməsi müzakirə olunur. Hətta dünyanın bir sıra ölkələrində də bu istiqamətdə işlər gedir. Müsbət nəticələr olanda Azərbaycan da bu sistemə keçəcək. Amma hələlik bu məsələ ətrafında yalnız müzakirələr aparmaq, beynəlxalq təcrübənin müsbət nəticələrinə baxmaq lazımdır. Elektron sənədə keçmək bizi əlavə olaraq sənədin üzərimizdə daşınmasından xilas edə, sənədin dəyişdirilməsi prosesi zamanı ödənilən məbləğin həcminin azaldılmasına gətirib çıxara bilər”. Ekspert əlavə edib ki, ölkəmizdə elektron sürücülük vəsiqəsi tətbiqinə keçilməsi prosesi tez bir zamanda həyata keçirilə bilməz: “Dünya bu prosesə doğru gedirsə, Azərbaycanda da bu sistemin tətbiq edilməsi mümkündür. Amma tez bir zamanda bu prosesin baş tutması gözlənilmir. Müəyyən müddətdən sonra bunun ətrafında geniş müzakirələr aparılmalı, aidiyyəti strukturlar buna rəy verməli, peşəkar qurumlar öz tövsiyələrini bildirməlidir. Ondan sonra çox rahat şəkildə insanlar elektron sürücülük vəsiqəsinə keçə bilər”.







Xəbər lenti

img Günün xəbərləri
Azərbaycanda daha 531 nəfər COVID-19-a yoluxub, 6 nəfər vəfat edib

2020-07-11 / 16:59:33
img Cəmiyyət
Aqolli millimizdə çalışa bilər

2020-07-11 / 16:04:45
img Cəmiyyət
"Öz balalarına Amerikada toy edirlər, burdakılara qadağa qoyurlar” - Baloğlan

2020-07-11 / 16:03:14
img Günün xəbərləri
Dərslər sentyabrda açılır? - RƏSMİ CAVAB

2020-07-11 / 16:01:04
img Dünya
Bloomberg: İlon Mask milyarderlərin reytinqində Uorren Baffeti ötdü

2020-07-11 / 15:58:54
img Cəmiyyət
"Mayda yubileyimi pandemiyaya görə keçirə bilmədim, qaldı, sentyabrda görək necə olur"

2020-07-11 / 15:56:57
img Cəmiyyət
Millət vəkili ilə bağlı sevindirici xəbər: “Səhhəti yaxşı və stabildir”

2020-07-11 / 15:55:30
img Ölkə
Sabah külək olacaq, yağış yağacaq

2020-07-11 / 15:53:57
img Günün xəbərləri
Arif Qasımovun işdən çıxarılmasına səbəb olan - Video

2020-07-11 / 15:51:06
img Manşet xəbərləri
2 saatlıq SMS icazə ilə bağlı dəyişiklik: sutkada 2 və ya 3 dəfə...

2020-07-11 / 14:00:41
img Günün xəbərləri
8 şəhər və 8 rayonda ictimai nəqliyyatın hərəkəti dayandırıldı

2020-07-11 / 10:30:02
img Qafqaz
Gürcüstanda əkiz qardaşlar illər sonra imtahanda görüşüblər

2020-07-11 / 10:27:24
img Dünya
Koronavirusla bağlı son STATİSTİKA

2020-07-11 / 10:26:12
img Günün xəbərləri
“15 faizlik gömrük rüsumu alınır, bu da süni qiymət artımı ilə nəticələnir” - ekspert

2020-07-11 / 10:25:16
img Günün xəbərləri
“Sentyabr ayında dərslərə başlamaq mümkündür” - GƏLİŞMƏ

2020-07-11 / 10:24:27
img Sosial
Elektrik enerjisinin güzəşt limiti artırılacaq? - AÇIQLAMA

2020-07-11 / 10:15:56
img Günün xəbərləri
“1-2 il cəzası qalan şəxsin koronavirusa yoluxaraq ağır duruma düşməsi heç kimə lazım deyil” - Novella Cəfəroğlu

2020-07-11 / 10:13:40
img Manşet xəbərləri
Azərbaycanda 526 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb

2020-07-10 / 18:19:20
img Günün xəbərləri
Sabahdan bütün ictimai nəqliyyat dayandırılır – RƏSMİ

2020-07-10 / 16:24:19
img Günün xəbərləri
Dənizə getsəniz, koronavirusa yoluxa bilərsiniz – SƏBƏB AÇIQLANDI

2020-07-10 / 16:13:57
img Manşet xəbərləri
İnsanlar restoranlara, iş yerlərinə belə buraxıla bilər – YENİ TƏKLİF

2020-07-10 / 16:12:57
img Günün xəbərləri
NK-nın kreditlərlə bağlı qərarının detalları – Ekspert AÇIQLADI

2020-07-10 / 16:11:56
img Manşet xəbərləri
MƏMMƏDYAROVDAN DTX-nın ƏMƏLİYYATI İLƏ BAĞLI AÇIQLAMA - "İstefa verəcəyimlə bağlı..."

2020-07-10 / 16:09:36
img Günün xəbərləri
Azərbaycanda rəis müavini ailəsi ilə birgə koronavirusa yoluxdu

2020-07-10 / 16:08:19
img Dünya
İranda COVID-19-a yoluxanların sayı 252 720 nəfər olub

2020-07-10 / 16:07:24

Bütün xəbərlər