logo
RU

Cəmiyyət

İnsultun qarşısını almağın yeddi yolu...

img




Hər birimiz bu gündən insultun qarşısını almaq üçün profilaktik tədbirlərə başlaya bilərik. Yaşınızdan və genetikanızdan asılı olmayaraq, özünüzü qorumağa çalışın. İnsultun qarşısını almaq üçün nə edə bilərsiniz? İnsult riskini artıran səbəblərdən biri də ən az genetika qədər rolu olan yaş faktorudur. Bu halda siz zamanı idarə edə və ya ailə genlərinizi dəyişə bilməzsiniz, amma bəzi qabaqlayıcı tədbirlər görə bilərsiniz. Harvard Tibb Məktəbinin professor nevroloqu və Massaçusets Xəstəxanasının insult şöbəsinin professoru Nataliya Rost da açıqlamasında bunu təsdiq edib. İnsultun sizə yox, sizin ona təsir edə biləcəyiniz üsullar bunlardır: 1. Qan təzyiqinin azaldılması Yüksək qan təzyiqi nəzarət edilmədiyi təqdirdə insult riskini dörd dəfəyə qədər artıran səbəbdir. Həkim Rostun sözlərinə görə, yüksək qan təzyiqi kişilərdə və qadınlarda insult riskinin əsas səbəbidir. Qan təzyiqinə nəzarət  və onun müalicəsi qan damarlarınız üçün çox faydalıdır. Əsas məqsədiniz: qan təzyiqinizi 135/85-dən aşağı səviyyədə saxlamaqdır. Bəziləri üçün isə bu rəqəm daha aşağıdır (məsələn, 140/90). Buna necə nail olmaq olar: - Qida rasionunuzda duzun miqdarını gündə 1500 mq (təxminən yarım çay qaşığı) qədər azaldın. ­- Hamburger, pendir və dondurma kimi xolesterolu yüksək olan qidalardan uzaq durun. - Hər gün 250-400 qr arası meyvə-tərəvəz, həftədə iki-üç dəfə balıq, eyni zamanda, taxıl qidaları və az yağlı süd məhsullarından istifadə edin. - Daha çox hərəkət - gündə minimum 30 dəqiqə (mümkünsə daha çox) fəaliyyətdə olun. - Siqaret çəkirsinizsə, siqareti tərgidin. Lazım gələrsə, yüksək təzyiq əleyhinə dərman qəbul edin. 2. Arıqlamaq Piylənmə və artıq çəki (yüksək təzyiq və diabet daxil olmaqla) insult riskinizi artırır. Çəkiniz artıqdırsa, atacağınız hər 5 kq üçün insult riski əhəmiyyətli dərəcədə azalır. Sizin məqsədiniz: İdeal bədən kütləsi indeksi (BMI) 25 və daha az olsa da, bu sizin üçün real olmaya bilər. Şəxsi çəki strategiyanızı yaratmaq üçün həkiminizlə məsləhətləşin. Buna necə nail olmaq olar: - Gündə 1500-2000 kaloridən çox qəbul etməməyə çalışın (fəaliyyət səviyyəniz və hazırkı BMI-dən asılı olaraq). - Gündəlik gəzinti, qolf və ya tennis oynamaq kimi məşğuliyyətlərin miqdarını artırın. 3. İdmanla məşğul olun Məşq nəinki kilo verməyə və qan təzyiqini azaltmağa kömək edir, o, həm də insult riskini azaltmağın yoludur. Sizin məqsədiniz: həftədə ən az beş gün normalar daxilində intensiv idman edin. Buna necə nail olmaq olar: - Səhər yeməyindən sonra hər səhər gəzintiyə çıxın. - Dostlarla fitnesə başlayın. - İdmanla çətin nəfəs alarkən belə danışa biləcəyiniz səviyyədə məşğul olun. - Mümkün aədər lift yerinə pilləkənlərdən istifadə edin. - İdmana ayıracaq 30 dəqiqə vaxtınız yoxdursa, onu gün ərzində 10-15 dəqiqə olmaqla bir neçə dəfə edin. 4. İçki içirsinizsə, miqdarını azaldın Az miqdarda spirtli içki içmək insult riskini azalda bilər. “Tədqiqatlar göstərir ki, gündə bir dəfə alkoqol qəbul etsəniz, insult riskiniz daha aşağı ola bilər”, - deyə həkim Rost deyib. Sizin məqsədiniz: spirtli içki içməyin və ya bunu normada edin. Buna necə nail olmaq olar: - Gündə bir qədəhdən çox olmayaraq spirtli içki qəbul edin. - İlk seçiminiz isə qırmızı şərab olsun. Çünki onda ürəyi və beyini qorumaq üçün nəzərdə tutulan resveratrol var. - Qida porsiyalarınıza diqqət edin. Standart ölçülər belədir:  şərab 1 badə, pivə 1 stəkan, təsirli içki 1 rumka. 5. Atrial aritmiyanı müalicə etmək Atrial aritmiya ürəkdə laxtalanmanın (qan laxtalarının) meydana gəlməsinə səbəb olan nizamsız döyüntüdür. Bu laxtalanmalar beyinə gedərək insulta səbəb ola bilər. “Atrial aritmiya insult inkişafında, demək olar ki, beş dəfə artıq riskə malikdir və buna ciddi yanaşmaq lazımdır”, - deyə Rost bildirib. Sizin məqsədiniz: əgər sizdə atrial aritmiya varsa, onu müalicə edin. Buna necə nail olmaq olar: Sürətli döyüntü kimi simptomlarınız varsa, müayinə üçün həkiminizə müraciət edin. Artrial aritmiya zamanı insult riskinizi azaltmaq üçün dərman preparatlarından istifadə etməyiniz məsləhət görülür. 6. Diabeti müalicə edin Qanda şəkərin səviyyəsinin artması zamanla qan damarlarını zədələyir və onların laxtalanması ehtimalını artırır. Sizin məqsədiniz: qan şəkərinizi nəzarət altında saxlamaq. Buna necə nail olmaq olar: - Həkiminizin də tövsiyə etdiyi kimi, qan şəkərinizə nəzarət edin. - Pəhriz gözləyin, idmanla məşğul olun. 7. Siqareti tərgidin Siqaret müxtəlif səbəblərlə laxtalanmanın meydana gəlməsini sürətləndirir. Qanınızı qatılaşdırır və damarlarda yığıntıların miqdarını artırır. Sağlam pəhriz və müntəzəm məşqlə yanaşı, siqaretdən imtina insult riskini əhəmiyyətli dərəcədə azaltmağa kömək edə biləcək. Bu, həyat tərzinizi əhəmiyyətli dərəcədə dəyişəcək. Sizin məqsədiniz: siqareti tərgidin. Buna necə nail olmaq olar: - Siqareti tərgitmək üçün ən uyğun üsulu həkiminizdən soruşun. - Nikotin həbləri, psixoloji məsləhətlər və ya dərmanlar kimi siqaretə qarşı vasitələrdən istifadə edin. - Təslim olmayın. Siqaret çəkənlərin çoxunun siqaretdən imtina etməsi üçün bir neçə cəhd lazımdır. Hər cəhdi müvəfəqiyyətə atılmış daha bir addım hesab edin. - İnsult zamanı hərəkət təsirini təyin edin. Bir çox insan insult əlamətlərinə məhəl qoymur, çünki simptomlarının nə dərəcədə real olduğunu bilmirlər. “Mənim tövsiyəm: öyrəşmədiyiniz simptomlar varsa, gözləməyin. Bədəninizi dinləyin və instinktlərinizə etibar edin. Nəsə qaydasında getmirsə, dərhal peşəkarlara müraciət edin”, - deyə həkim Rost deyir. Milli insult birliyi, insult əlamətlərini xatırlamağınıza və ona reaksiya verməyinizə kömək edəcək sadə abreviatura F-A-S-T (CƏLD) yaradıb. Bu şəkli kəsin və asan istifadə üçün soyuducuya yapışdırın.







Xəbər lenti

img Günün xəbərləri
Azərbaycanda daha 531 nəfər COVID-19-a yoluxub, 6 nəfər vəfat edib

2020-07-11 / 16:59:33
img Cəmiyyət
Aqolli millimizdə çalışa bilər

2020-07-11 / 16:04:45
img Cəmiyyət
"Öz balalarına Amerikada toy edirlər, burdakılara qadağa qoyurlar” - Baloğlan

2020-07-11 / 16:03:14
img Günün xəbərləri
Dərslər sentyabrda açılır? - RƏSMİ CAVAB

2020-07-11 / 16:01:04
img Dünya
Bloomberg: İlon Mask milyarderlərin reytinqində Uorren Baffeti ötdü

2020-07-11 / 15:58:54
img Cəmiyyət
"Mayda yubileyimi pandemiyaya görə keçirə bilmədim, qaldı, sentyabrda görək necə olur"

2020-07-11 / 15:56:57
img Cəmiyyət
Millət vəkili ilə bağlı sevindirici xəbər: “Səhhəti yaxşı və stabildir”

2020-07-11 / 15:55:30
img Ölkə
Sabah külək olacaq, yağış yağacaq

2020-07-11 / 15:53:57
img Günün xəbərləri
Arif Qasımovun işdən çıxarılmasına səbəb olan - Video

2020-07-11 / 15:51:06
img Manşet xəbərləri
2 saatlıq SMS icazə ilə bağlı dəyişiklik: sutkada 2 və ya 3 dəfə...

2020-07-11 / 14:00:41
img Günün xəbərləri
8 şəhər və 8 rayonda ictimai nəqliyyatın hərəkəti dayandırıldı

2020-07-11 / 10:30:02
img Qafqaz
Gürcüstanda əkiz qardaşlar illər sonra imtahanda görüşüblər

2020-07-11 / 10:27:24
img Dünya
Koronavirusla bağlı son STATİSTİKA

2020-07-11 / 10:26:12
img Günün xəbərləri
“15 faizlik gömrük rüsumu alınır, bu da süni qiymət artımı ilə nəticələnir” - ekspert

2020-07-11 / 10:25:16
img Günün xəbərləri
“Sentyabr ayında dərslərə başlamaq mümkündür” - GƏLİŞMƏ

2020-07-11 / 10:24:27
img Sosial
Elektrik enerjisinin güzəşt limiti artırılacaq? - AÇIQLAMA

2020-07-11 / 10:15:56
img Günün xəbərləri
“1-2 il cəzası qalan şəxsin koronavirusa yoluxaraq ağır duruma düşməsi heç kimə lazım deyil” - Novella Cəfəroğlu

2020-07-11 / 10:13:40
img Manşet xəbərləri
Azərbaycanda 526 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb

2020-07-10 / 18:19:20
img Günün xəbərləri
Sabahdan bütün ictimai nəqliyyat dayandırılır – RƏSMİ

2020-07-10 / 16:24:19
img Günün xəbərləri
Dənizə getsəniz, koronavirusa yoluxa bilərsiniz – SƏBƏB AÇIQLANDI

2020-07-10 / 16:13:57
img Manşet xəbərləri
İnsanlar restoranlara, iş yerlərinə belə buraxıla bilər – YENİ TƏKLİF

2020-07-10 / 16:12:57
img Günün xəbərləri
NK-nın kreditlərlə bağlı qərarının detalları – Ekspert AÇIQLADI

2020-07-10 / 16:11:56
img Manşet xəbərləri
MƏMMƏDYAROVDAN DTX-nın ƏMƏLİYYATI İLƏ BAĞLI AÇIQLAMA - "İstefa verəcəyimlə bağlı..."

2020-07-10 / 16:09:36
img Günün xəbərləri
Azərbaycanda rəis müavini ailəsi ilə birgə koronavirusa yoluxdu

2020-07-10 / 16:08:19
img Dünya
İranda COVID-19-a yoluxanların sayı 252 720 nəfər olub

2020-07-10 / 16:07:24

Bütün xəbərlər