logo
RU

Manşet xəbərləri

Jurnalistə məhz tənqidi yazılarına görə 12 il həbs cəzası verilib-"Media azadlığı"...

img




Bildiyiniz kimi jurnalist, “Qafqaz Xəbər Agentliyi”nin rəhbəri ,“Qafqaz Region” İctimai Birliyinin sədri Mahmud Rasimoğlu 3 iyul 2018 tarixində jurnalist fəaliyyətinə görə şərlənərək  BMCMİ-nin əməkdaşları  tərəfindən  həbs olunub. Bakı Ağır Cinayətlər məhkəməsinin 30 aprel 2019 tarixli hökmü ilə  jurnalist Mahmud   Rasimoğlu(Tagıyev) 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.Hökm kobud qanun pozuntuları ilə çıxarılıb.Xatırladaq ki,Mahmud Tağıyev  Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi, general  Kamal Qılıcovun sifarişi ilə  həbs olunub. Cinayət işində Mahmud Rasimoğlunun Toğrul Tağıyevi şantaj etməsi barədə sübut olmadığı üçün, istintaq orqanı işə digər şəxslərlə bağlı epizodlar da əlavə edilib . “Qafqaz Xəbər Agentliyi”nin rəhbərinə 12 il il həbs cəzası verilsə də nə bu ittiham,nə də ki digər ittihamlar sübuta yetirilməyib. M.Tağıyevin bəraət hökmünün çıxarılması haqda şikayəti təmin olunmayıb və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona verilən həbs cəzası qüvvədə saxlanılıb.   Qeyd edək ki, Mahmud   Rasimoğlu son zamanlar Azərbaycanda korrupsioner məmurlar haqda  tənqidi yazılar yazdığına görə həbs olunan  ilk jurnalist deyil. Bu haqda arqument.az saytında Mətbuat  gününə həsr  olunan “Azərbaycanda media azaddırmı? - Təhlil” adlı məqalədə də ətraflı söz açılır.Qeyd edək ki,yazıda adıçəkilən  bəzi jurnalistlər hal-hazırda azadlıqdadırlar. “22 iyul Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd edilir. Azərbaycan mətbuatının adıyla bağlı olduğu "Əkinçi” qəzetinin ilk tirajı 1875-ci ilin 22 iyulunda çapdan çıxıb.Bu gün ölkədə yüzlərlə mətbu orqan - qəzet, jurnal və onlayn xəbər saytları fəaliyyət göstərir. Prezident İlham Əliyev Azərbaycanda hər azadlığın təmin edildiyi kimi media azadlığının da təmin olunduğunu deyir. "Azərbaycan əhalisinin təxminən 80 faizi internet istifadəçisidir. İnternet heç bir senzura olmadan azaddırsa və əhalinin böyük hissəsi internet istifadəçisidirsə, medianın fəaliyyətinə məhdudiyyətdən danışmaq olmaz", – İ.Əliyev deyib. Beynəlxalq təşkilatların hesabatları ilə İlham Əliyevin fikirləri uzlaşmır. Azərbaycan beynəlxalq təşkilatların statistikalarında ilbəil geriləyir. 2018-ci il Mətbuat Azadlığı İndeksinə görə, Azərbaycan 180 ölkə arasında 166-cı olub. 2017-ci ildə isə Azərbaycan 162-ci pillədə qərarlaşmışdı.Buna səbəb ölkədə fəaliyyət göstərən jurnalistlərin, blogerlərin təzyiqə məruz qalması, media orqanlarının senzuraya tuş gəlməsidir. Toplum.Tv bu ilin ilk 6 ayında ölkənin media sahəsində baş verən problemləri araşdırmağa çalışıb. Doğrudanmı, hazırda media İlham Əliyevin dediyi kimi azaddır? Bu il jurnalist və blogerlər öz işlərini görərkən hansı maneələrlə qarşılaşıb? Bu ilin yanvar ayında həbsdə olan bloger Mehman Hüseynova qarşı yeni iddia qaldırıldı. Bloger buna etiraz edərək aclıq aksiyasına başladığını bəyan etdi. Hadisə ictimai rezonans doğurdu, Mehmana dəstək aksiyaları təşkil olundu.

  Nəticədə blogerə dəstək mitinqinin təşkilatçıları saxlanıldı. İctimai və beynəlxalq təzyiq iddianın geri götürülməsinə səbəb oldu. Mart ayında Mehman Hüseynovun cəza müddəti bitdi və o, azadlığa çıxdı. O, 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilmişdi. Bu ilin yanvarında Avropa İnsan Haqları Məhkəməsi araşdırmaçı jurnalist Xədicə İsmayılın Azərbaycana qarşı iddiası ilə bağlı qərarını açıqlayıb. Bu qərar jurnalistin videogörüntülərinin yayılması səbəbindən CM-nin 156-cı (şəxsi həyatın toxunulmazlığını pozma) maddəsi ilə açılmış cinayət işi üzrə icraatın effektiv araşdırılmamasından verilən şikayətlə bağlıdır. Avropa Məhkəməsi Konvensiyanın 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrinin pozuntusunu tanıyıb. Yanvar ayının 31-də Toplum Tv-nin iki əməkdaşı "D-18” Hərəkatının tədbiri zamanı saxlanılıb. Jurnalistlər 4 saat polis bölməsində qalıblar.Bu ilin fevral ayı isə geridə qalan aydan fərqli olaraq media əməkdaşlarına qarşı məhkəmələrlə yadda qalıb. Belə ki, Bakı Apelyasiya Məhkəməsi jurnalist Anar Məmmədovun ölkədən çıxışına qadağa qoyulmasını qanuni sayan rayon məhkəməsinin qərarını dəyişməyib. Bundan başqa "Teref.info” saytının baş redaktoru Nurəddin İsmayılovun (Nurəddin Xoca) cinayət işinin ibtidai istintaqı başa çatıb. Baş redaktor barəsində Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309-cu (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Fevral ayının 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində "bastainfo.com" saytının baş redaktoru Mustafa Hacıbəylinin cinayət işi üzrə proses baş tutub. Redaktora qarşı Arzuxanım Məmmədova adlı vətəndaş məhkəməyə şikayət verib. O, məhkəmədə basta saytına daxil olub bəzi məqalələri oxuyunca şok keçirdiyini, çox narahat olduğunu deyib. Adamları mitinqə, iğtişaşlara çağırırdığına görə qorxduğu üçün saytdan şikayət etdiyini bildirib. Martın 13-də Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı rəhbərlik etdiyi "Ayna” və "Zerkalo” qəzetlərinin redaksiyasında "Teref.info” saytının yerləşməsinə imkan verdiyinə görə Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib.

Mart ayında baş redaktorların məhkəmə iclasları bitib. Martın 18-də "Criminalaz.com" saytının baş redaktoru Anar Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, A.Məmmədov barəsində 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib, Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə 2 il sınaq müddətinə cəza təyin edilib. Bir başqa jurnalistin cinayət işi üzrə məhkəmə iclası martın 28-də başa çatıb. "Teref.info” saytının baş redaktoru Nurəddin İsmayılov (Nurəddin Xoca) məhkəmənin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, jurnalist barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi təyin olunaraq ona şərti cəza verilib.   Aprelin 8-i axşam saatlarından "Arqument.az”, "Arqument.info” saytı ölkə ərazisində bloklanıb. Bloklanmaya səbəb kimi redaktor Şəmşad Ağa sayta müdaxilənin Cəlilabadda kartof rüsumuna etiraz edən fermerlərin aksiyası haqqında xəbərlə bağlı olduğunu bildirib. Aprelin 11-də isə "Arqument.az” saytına qoyulmuş qeyri-rsəmi blok aradan götürülüb. Aprelin 22-də həbsdə olan araştırmaçı jurnalist Əfqan Muxtarlının vəziyyətinin pisləşdiyi bildirilib. Həyat yoldaşı Leyla Mustafayevanın sözlərinə görə Əfqan Muxtarlının gözlərində güclü ağrılar əmələ gəlib. Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı 2017-ci il, mayın 29-da "yoxa” çıxıb və səhərisi gün Azərbaycanda həbs edilib. Aprelin 23-də "Meydan.tv”nin ölkə ərazisində blokunun aradan qaldırılması şikayəti məhkəmə tərəfindən təmin edilməyib. Səbail Rayon Məhkəməsi 2017-ci ilin 12 may tarixində "Meydan TV”nin bloklanması haqda qərar çıxarıb. Aprelin 25-də Bakı Apelyasiya Məhkəməsi hakim Vaqif Mursaqulovun sədrliyi ilə "bastainfo.com” saytının rəhbəri Mustafa Hacıbəyli ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Aprelin sonlarında keçmiş daxili işlər naziri Ramil Usubovun biznesi ilə bağlı "Meydan TV”-də yayınmlanmış araşdırmanı təkrar öz saytında yaydığı üçün "az24saat.org” saytının redaktoru Vüqar Qurdqanlı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ("Bandotdel” kimi tanınır) çağırılıb. May ayının ilk günü "Qafqaz” xəbər agentliyi kimi qeydiyyatdan keçmiş "qafqaznews.az” saytının rəhbəri Mahmud Tağıyev 12 il azadlıqdan məhrum edilib. Bakı Ağır Cinayətlər Məhkəməsində Fikrət Qəribovun sədrlik etdiyi hakimlər kollegiyasının çıxardığı hökmlə Mahmud Tağıyev CM-in 182-ci (hədə-qorxu ilə tələbetmə) maddəsilə təqsirli bilinib. Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları mayın 1-də "Bakupress” milli informasiya agentliyinin rəhbəri Şəfəq Ağacanı saxlayıblar.Şəfəq Ağacan narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda ittiham edilir.Mayın 1-də jurnalist Aynur Elgünəşin ölkədən çıxışına qoyulan qadağa birdəfəlik götürülüb. 2014-cü ilin dekabr ayında "Meydan.TV” ilə əməkdaşlıqda ittiham olunan 15-dən çox jurnalistin ölkədən çıxışına qadağa qoyulmuşdu. 3 May Beynəlxalq Media Azadlığı Günü ölkədən çıxışına qadağa qoyulmuş bir qrup jurnalist Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin qarşısında etiraz aksiyası keçirib.

Aksiya iştirakçıları 4 il əvvəl prokurorluğun qoyduğu qadağanın ləğv edilməsini və "Meydan.TV” rəhbərliyinə qarşı açılmış cinayət işinin yekunlaşdırılmasını tələb ediblər. Həmin ay "Meydan TV” işinə görə qoyulmuş qadağaların hamısı götürülüb. Mayın 6-da 5 saylı Cəzaçəkmə Müsəssisəsində "Azadlıq” qəzetinin bölgə müxbiri Ziya Əsədlinin cəzadan vaxtından əvvəl azad olunması haqda ərizəsi təmin edilməyib. "Azadlıq” qəzetinin bölgə müxbiri Z.Əsədli 2017-ci ilin sentyabrın 5-də Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.O, CM-in 221.3 (silah və ya silah kimi istifadə edilən predmetdən istifadə ilə xuliqanlıq) maddəsi ilə ittiham edilib. Ayın 8-də "Gundemxeber.az” saytının baş redaktoru Şirin Cəfəri yazılarına görə prokurorluqdan xəbərdarlıq alıb.

Bakı şəhər Prokurorluğu may ayında daha bir xəbərdarlığı "Criminal.az" saytının rəhbəri Anar Məmmədova edib. Jurnalistin yazdığı "SOCAR prezidenti Rövnəq Abdullayevə bağlı şirkətlər", ""Əhmədzadə qardaşlarının "SOCAR Trading"dəki özəl biznesi", "Rövnəq Abdullayevin oğlunun Türkiyədəki varidatı: Şirkətlər, otellər, restoranlar, əyləncə mərkəzləri, daşınmaz əmlak biznesi...", "Mübariz Mənsimovun gəmiləri Hacı Məmmədovun oğurlayıb qulağını kəsdiyi şəxsə verilibmiş", "Londonda 6 milyon funt sterlinqə mənzili kim alıb? - O, milyonluq at minir..." və başqa araşdırma yazılarına görə xəbərdarlıq aldığını deyib. Mayın 23-də Prezident Administrasiyasının qarşısında etiraz aksiyasını çəkən jurnalistlər - Türkan Bəşir, Fərqanə Novruzova və Aytac Tapdıq saxlanılıblar.Saxlanılan jurnalistlərdən Fərqanə Novruzovanı polislər zorakılıqla saxlayıblar. Polislər onu saxlayarkən gödəkçəsi cırılıb.2018-ci ildə keçirilən prezident seçkiləri zamanı hazırladığı reportaja görə jurnaist Sevinc Vaqifqızı məhkəməyə verilib. Jurnalist reportajı hazırladıqdan bir il sonra məhkəmə qarşısına çıxıb. Ayın son hadisəsi isə "Günün səsi" (Gununsesi.info) portalının rəhbəri Pərviz Həşimli saytın açılmasına və onun xaricə çıxmasına qoyulmuş qadağanın ləğv edilməsi ilə bağlı Baş prokurora çağırışı olub.

İyun ayında Səhiyyə naziri Oqtay Şirəliyev jurnalist Teymur Kərimovu məhkəməyə verib. Jurnalist qeyd edib ki, onun Cinayət Məcəlləsinin (CM) 147.2-ci (Böhtan) maddəsi ilə cəzalandırılması istənilir. Əgər T.Kərimovun həmin maddə üzrə təqsiri sübuta yetirlərsə, ona 3 ilə qədər həbs cəzası verilə bilər. Sonradan Nazir şikayətini geri çəkib. Jurnalist Şahvələd Çobanoğlu ölkədən çıxışına qadağasının götürülməsi ilə bağlı Baş Prokurorluğa müraciət edib. Onun ölkədən çıxışına 2014-cü ildən qadağa qoyulub. Lakin stop qadağası götürülməyib. "Bastainfo.com” saytının baş redaktoru Mustafa Hacıbəyli ölkədən çıxışına qoyulan məhdudiyyətə görə beynəlxalq tədbirə qatıla bilməyib. 2018-ci ilin iyul ayında "Bastainfo.com”da dərc edilən iki məqaləyə görə Mustafa Hacıbəyliyə cinayət işi qaldırılıb. Həmin ilin oktyabr ayından onun ölkədən çıxışına qadağa qoyulub. İyun ayının 18-də jurnalist Elçin Həsənzadə naməlum şəxslər tərəfindən hədələrə məruz qaldığını bildirib. O hesab edir ki, həmin şəxslər Mingəçevir Su Kanal İdarəsinin rəisi Maarif Məmmədovun adamlarıdır. İyun ayının ortalarında "Xeberman.com" və "press-az.com"saytının rəhbəri Polad Aslanov müalicəsi ilə əlaqədar İrana gedərkən gömrükdə saxlanılıb.Ondan bir müddət xəbər almaq mümkün olmayıb, daha sonra isə jurnalist barәsindә 4 aylıq hәbs-qәtimkan tәdbiri seçib. Aslanov CM-nin 274-cü maddәsilә (dövlәtә xәyanәt) ittiham olunur.Mәhkәmәdә Polad Aslanov özünü tәqsirli bilmәyib vә hәbsini jurnalist fәaliyyәti ilә әlaqәlәndirib. Ölkədə müxtəlif zamanlarda bloqerlər Nurlan Qəhrəmanlı(Libre) və Fatimə Mövlamlı saxlanılıblar.Ölkə ərazisində "Meydan TV", "Azadlıq Radiosu", "Azadlıq qəzeti", "Turan TV", "Azərbaycan saatı", "abzas.net” saytları bloklanıb.

  Bütün bunlara görə beynəlxalq təşkilatlar və media ekspertləri ölkə başçısının dediyi "mətbuat azaddır” ifadəsini şübhə altına alır”. (arqument.az)  Hazırda həbsdə 6 jurnalist var. Bunlar Əfqan Muxtarlı,  Araz Quliyev, Elçin İsmayıllı və İkram Rəhimov və Polad Aslanov və Mahmud Rasimoğludur. Mahmud Rasimoğlunun həbsinin və cəzasının ədalətsiz olduğunu  hüquqşunaslar da bildirir. Mövzunu şərh edən hüquqşünas Səməd Vəkilov Axar.az-a bildirib ki, cinayət törətmiş şəxslərə verilən cəzalar adekvat olmalıdır. S.Vəkilov hesab edir ki, bu halda M.Tağıyevə verilən cəza adekvat deyil: “Cəzanın məqsədi heç də kimdənsə qisas almaq, insana əvəzini ödətmək deyil. Cəzanın məqsədi islah etməkdir. Mahmud Tağıyevin cinayət işindən məlum olur ki, o, zərərçəkmiş şəxslərdən hədə-qorxu yolu ilə pul tələb edib, ancaq ala bilməyib. Yəni zərərçəkmiş şəxsə maddi zərər dəyməyib. Bu mənada hesab edirəm ki, Mahmud Tağıyevin cinayət işi üzrə ona verilən cəza həddən artıq ağırdır. Bu kimi adekvat olmayan cəzalara əsasən hesab edirəm ki, Cinayət Məcəlləsinə müəyyən dəyişiklik edilməlidir. Məsələn, ehtiyatsızlıqdan insan ölümünə səbəb olan həkimlərə verilən cəza çox azdır. Təsəvvür edin ki, Mahmud Tağıyev ölümə, hətta maddi ziyana səbəb olmadığı halda 12 il həbs verilir, ancaq səhlənkarlıq üzündən insan ölümünə səbəb olan bir çox həkim əsasən cəzasız qalır, ən yaxşı halda işdən uzaqlaşdırılır. Hesab edirəm ki, bu cəmiyyətdə hüquqi tənzimləmədə narahatlıq yaradan faktdır. Ümumiyyətlə, ehtiyatsızlıqdan və ya səhlənkarlıqdan insan ölümünə səbəb olan həkimlərə verilən cəzalar artırılmalıdır”.   Bu yaxınlarda tanınmış hüquq müdafiəçisi Oktay Gülaliyev da özünün feysbuk səhifəsində  şərlənərək həbs olunan jurnalist Mahmud Tağıyevlə bağlı status paylaşmışdı.Həmin statusda  bildirlir ki.12 il azadlıqdan məhrum edilmiş “Qafqaz” Xəbər Agentliyinin baş direktoru Mahmud Tağıyevin həyat yoldaşı Kəmalə Tağıyeva aidiyyatı qurumlara və ictimaiyyətə müraciət edərək ərinin azadlığa çıxması üçün dəstək istəyib. O, ərinin həbsi arxasında Baş prokurorluğun idarə rəisi Kamal Qılıcovun dayandığını bildirir. Məsələnin aktuallığını nəzərə alan Oktay Gülaliyev  Kəmalə Tağıyevanın müraciətini olduğu kimi paylaşıb.   Həmin paylaşıma şərh yazan feysbuk istifadəçilərdən biri Mahmud Tağıyevin rəhbəri olduğu  mətbu orqanları hansı maliyyə qaynağı ilə  maliyyəşdirdiyi  barəsində ittihamedici sual səsləndirib.   “Mahmud Tağıyevin maliyyə mənbəyi haradan idi?”sualına cavab olaraq bildirmək istəyirik ki,Mahmud Tağıyev  2009-cu ildən biznes  fəaliyyəti ilə məşğul olub.Qeyd etmək lazımdır ki,onun mətbuata gəlişi heç də təsadüfi  olmayıb. Mahmud Tağıyev dəfələrlə Azərbaycanın gömrük xidmətində  qarşılaşdığı özbaşınalıq və qanunsuzluqlarla bağlı  ölkə mətbuatında çıxış edib,müsahibələr vermişdir. Sahibkar olaraq onun şikayətləri  “YouTube” kanalında yerləşdirilib ,saytlarda, qəzetlərdə dərc olunmuşdur.Bundan başqa Mahmud Tağıyev qarşılaşdığı qanunsuzluqlarla əlaqədar mətbuat konfransları da təşkil edərək,jurnalistlər qarşısında açıqlamalar vermişdir,məmurların korrupsiya  əməllərini ifşa etmişdir” Yazıda internetdə Mahmud Tağıyevin sahibkarlıq fəaliyyəti bağlı  gedən yazıların linkləri və mətbuat konfransının videosu da təqdim edilib. Bütün bunlar jurnalist Mahmud Rasimoğlunun sifarişli həbs olunmasını bir daha  təsdiq edir.

  Legion.az







Xəbər lenti

img Hadisə
UEFA Avropa klublarını cəzalandırdı, “Qarabağ”ınkını sonraya saxladı

2019-10-18 / 12:13:24
img Dünya
Arktikada 1902-ci ilə aid qəhvə çəlləkləri aşkarlanıb - FOTOLAR

2019-10-18 / 12:11:18
img Cəmiyyət
Stalinin baş mühafizi – 20-dən artıq qadınla paralel yaşayan, sonda türməyə düşən Vlasik

2019-10-18 / 12:08:22
img Dünya
Əsəd kürdlərə muxtariyyət verməkdən imtina etdi

2019-10-18 / 12:07:13
img Hadisə
Bakıda tullantıların çeşidlənməsi zamanı XIX əsrə aid nadir kitab tapılıb

2019-10-18 / 12:06:16
img Dünya
Azərbaycana qayıtmaq istəməyən mühacir özünü doğradı

2019-10-18 / 12:05:01
img Manşet xəbərləri
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür

2019-10-18 / 09:59:25
img Cəmiyyət
Aqşin Fateh: “Həyasızlığın adını cəsarət qoyublar” - VİDEO

2019-10-17 / 18:31:50
img Ölkə
Azərbaycan əhalisinin sayı açıqlanıb

2019-10-17 / 18:30:41
img Dünya
"Mançester Yunayted" 6 futbolçu transfer etmək istəyir

2019-10-17 / 18:28:27
img Cəmiyyət
Mənzildəki ən təhlükəli yer açıqlandı

2019-10-17 / 16:37:48
img Hadisə
Millimizə viza verilmədi, dünya çempinatından kənarda qaldı

2019-10-17 / 16:35:25
img Dünya
YPG-nin 600 üzvü qaçdı

2019-10-17 / 16:33:15
img Manşet xəbərləri
Pompeo və Pens Ankaradadır

2019-10-17 / 16:32:09
img Dünya
Yeni "Brexit" razılığı əldə edildi

2019-10-17 / 16:31:10
img Günün xəbərləri
Baş həkim işdən çıxdı, başqa xəstəxanaya təyin edildi

2019-10-17 / 16:30:06
img Cəmiyyət
“Telekanallarımızda mədəniyyətə və kitaba yönəlik verilişlərin açılmağını təvəqqe edirəm...”

2019-10-17 / 13:42:06
img Hadisə
PKK 20 min usağı dağa qaçırdı

2019-10-17 / 13:40:50
img Cəmiyyət
Saxta pul kəsənlər bankomatları aldatmaq üçün yeni üsul fikirləşib

2019-10-17 / 13:39:36
img Cəmiyyət
"Qol sayılsaydı, bilmirəm, necə yaşayardım" - Mate Vida

2019-10-17 / 13:37:30
img Hadisə
İran daha bir Fransa vətəndaşı elm adamını həbs edib

2019-10-17 / 13:36:17
img Ölkə
Sabahın hava proqnozu

2019-10-17 / 13:34:06
img Dünya
Almaniya Türkiyəyə silah satışını dayandırdı

2019-10-17 / 13:32:39
img Manşet xəbərləri
Yeltsinin istefa verdiyi gün: Voloşinin“koma”sı, Putinin tərəddüdü, Nainanın sevinci, generalların ağlaması…

2019-10-17 / 13:31:12
img Hadisə
Azərbaycanda biri beş manata olan yumurta satılır - FOTO

2019-10-17 / 11:38:43

Bütün xəbərlər