logo
RU

Ölkə

Rafael Cəbrayılovun həbsinə hazırlıq gedir?

img




Deputat mandatına xitam verilən Rəfael Cəbrayılov parlamentdən istefa verməklə canını qurtara bilməyəcək. Çünki onun törətdiyi əməllər məsuliyyət yaradır, onun bu davranışlarına iqtidar tərəfindən də sərt reaksiya verilib. Belə görünür ki, Cəbrayılov növbəti mərhələdə məsuliyyətə cəlb olunacaq. Artıq Mərkəzi Seçki Komissiyası Milli Məclisin müraciətinə baxıb və onun üzərindəki deputatlıq toxunulmazlığını ləğv edib. Bununla da sabiq deputatı gözləyən həbs təhlükəsi artıb. R.Cəbrayılovla bağlı bir sıra maraqlı faktlar da üzə çıxıb. Muxalifet.az bilidirir ki, Qaynarinfo-nun yazdığına görə onun şəxsi avtomobilinin nömrəsi “009" olub. Bəziləri bu nömrəni ona qalmaqallı şəkildə ləğv edilmiş MTN-in sabiq rəhbəri Eldar Mahmudovun hədiyyə etdiyini deyirdi. Eks-deputat isə bunu yalanlayıb. Həmin avtomobil nömrəsini o, 2008-ci ildə alıb. Bu nömrə Binəqədi rayonundan III və IV çağırış Milli Məclisə mandat əldə etdiyi seçki dairəsininin və deputat mandatının nömrəsi olub. Hazırda aldığı külli miqdarda borcu qaytarmadığı üçün bir neçə nəfər ondan şikayətçidir və sabiq deputat məhkəməyə verilib. Çoxları onun deputat mandatından imtinasının heç nəyi həll etmədiyini, yəni təhlükələrin üzərindən sovuşmadığını düşünür. Borcları qaytaracağı təqdirdə həbs təhlükəsindən qurtula biləcəyini deyənlər də var. Hüquqşünas Əlövsət Allahverdiyev “Yeni Müsavat”a açıqlamasında konstitusiyamızdan sitat gətirib: “Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsinə əsasən, səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası Milli Məclisi deputatının şəxsiyyəti toxunulmazdır. Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə, tutula, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə, axtarışa məruz qala, şəxsi müayinə edilə bilməz. Azərbaycan Respublikası Milli Məclisinin deputatı cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda Azərbaycan Respublikası Milli Məclisinin deputatını tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir. Azərbaycan Respublikası Milli Məclisinin deputatının toxunulmazlığına yalnız baş prokurorun təqdimatına əsasən parlamentin qərarı ilə xitam verilə bilər. Bu, ”Deputatların hüquqi statusu haqqında" Azərbaycan Respublikasının Qanununda da göstərilib. Göründüyü kimi, bu toxunulmazlıq deputatlara səlahiyyəti müddətində verilir. Səlahiyyət müddəti bitəndən və ya mandatdan məhrum olunandan sonra bu toxunulmazlıq ona şamil olunmur. Əgər o, hər hansı formada qanunazidd fəaliyyətlə məşğul olarsa və ya cinayət əməli törədərsə, normal qaydada məsuliyyətə cəlb olunacaq. Söhbət Rəfael Cəbrayılovun məsuliyyət məsələsindən gedirsə öncə onun əməlində cinayət tərkibinin olub-olmaması aydınlaşdırılmalı və sonra məsuliyyət məsələsi müəyyən olunmalıdır. Bu da hüquq-mühafizə və məhkəmə orqanlarının işidir".







Xəbər lenti

img Günün xəbərləri
Merkelin Türkiyədə verilən hədiyyəyə maraqlı reaksiyası - FOTO

2020-01-24 / 16:45:21
img Ölkə
ANAR: “AYB sədrliyinə namizədliyimi yenidən irəli sürəcəm”

2020-01-24 / 16:42:14
img Günün xəbərləri
BMT-dən həyacan təbili: Bütün ölkələr koronavirusa qarşı hazır olsun!

2020-01-24 / 16:41:05
img Cəmiyyət
“Əli və Nino”nun mübahisəli müəllifi olan AXC səfiri kimdir? - TARİX

2020-01-24 / 16:40:21
img Manşet xəbərləri
237 nəfər deputat olmaq istəyindən imtina etdi - RƏSMİ

2020-01-24 / 16:35:17
img Dünya
Bolqarıstan iki rusiyalı casusu deşifrə etdi

2020-01-24 / 16:32:10
img Dünya
"Fitch": Qlobal banklar üzrə neqativ proqnozların payında azalma var

2020-01-24 / 11:40:39
img Hadisə
Şimal bölgəsində temperatur mənfi 17 dərəcəyədək enib

2020-01-24 / 11:39:20
img Günün xəbərləri
Namizədlər İTV-nin ödənişli efir vaxtından istifadə edibmi?

2020-01-24 / 11:38:47
img Cəmiyyət
Ledi Qaqanın yeni mahnısı internetə sızdırılıb- VİDEO

2020-01-24 / 11:32:09
img Hadisə
Bakı məktəbində qızları oğurladığı deyilən qadınla bağlı polisdən açıqlama (FOTO)

2020-01-24 / 11:20:06
img Dünya
Rusiya vətəndaşlarına xəbərdarlıq etdi: “Çinə getməyin, getsəniz...”

2020-01-24 / 11:15:34
img Dünya
Şimali Koreya Çindən təyyarə səfərlərinə qadağa qoydu

2020-01-24 / 11:10:56
img Dünya
Məhəmməd adı Norveçdə ən populyar ad olub

2020-01-24 / 11:07:03
img Manşet xəbərləri
Türkiyədən Rusiyanı qıcıqlandıracaq açıqlama

2020-01-23 / 17:18:18
img Dünya
Dünyanı qorxuya salan dəhşətli virusun müalicəsi tapıldı

2020-01-23 / 17:17:14
img Manşet xəbərləri
Ali Məhkəmə bağça müdiri ilə bağlı qərar çıxardı

2020-01-23 / 17:16:22
img Qafqaz
Koçaryanın ofisi yerləşən oteldə atışma

2020-01-23 / 17:13:48
img Günün xəbərləri
Magistraturaya qəbul qaydaları açıqlandı

2020-01-23 / 17:10:33
img Dünya
Azərbaycanlı biznesmenlər “Rusiyada daşınmaz əmlak kralları”nın reytinqində liderdir

2020-01-23 / 17:06:34
img Cəmiyyət
Alkoqolun orqanizmə inanılmaz təsirləri

2020-01-23 / 12:57:00
img Dünya
“Böyük Britaniya yanvarın 31-də Avropa Birliyindən çıxmağa hazırdır” - Conson

2020-01-23 / 11:09:51
img Manşet xəbərləri
Ali məktəblərə qəbul imtahanların vaxtı

2020-01-23 / 11:07:54
img Manşet xəbərləri
İşsiz və təqaüdçü deputatlığa namizədlərin sayı məlum olub

2020-01-23 / 11:04:48
img Cəmiyyət
Qadınların kişilərdən daha çox yaşamasının səbəbi bəlli oldu

2020-01-23 / 11:02:06

Bütün xəbərlər