logo
RU

Günün xəbərləri

“Özünə şalvar ala bilməyənlər...” – Ölümə aparan qaynata-gəlin davalarının səbəbləri

img




Son zamanlar qaynata-gəlin münasibətlərində gərginlik artıb. Hətta bəzən bu gərginlik cinayətlə də nəticələnir. Lakin keçmiş dövrlərə nəzər salsaq, belə hadisələrin demək olar ki, heç baş vermədiyini görə bilərik. Əvvəllər daha çox qaynana-gəlin münasibətləri, davası müzakirə olunur, kinolarımızda da bu mövzuya yer verilirdi. Bəs hazırda cəmiyyətimizdə nə baş verir? Qaynata-gəlin münasibətlərində gərginliyin artmasının səbəbi nədir? Mövzu ilə əlaqədar “Yeni Sabah”a açıqlama verən psixoloq Orxan Fərəcli bu sözləri deyib: “Bu problem illərin problemi olub. Lakin mətbuat bu qədər inkişaf etməmişdi ki, xəbərdar olaq. Bu problem 70-ci illərdə də mövcud idi. Amma məlumatlanma çox aşağı olub. Cinayət məsələsinə gəldikdə isə, çoxunun belə problemləri mövcuddur, amma hamısı cinayətlə nəticələnmir. Ola bilər ki, bu cinayətləri törədən şəxslərin bir çoxunda psixoloji problemlər olub. Azərbaycanda ailələrin bir yerdə yaşaması problemi, mənzil problemi və yaxud bununla əlaqədar çox böyük problemlər var. Cinayətlər törənməsə belə, konvensial pozğunluqlar içərisində yaşayırlar. Bu tendensiyaya, yəni insanlar fərdi və müstəqil şəkildə yaşayışa alışmalıdırlar”. Tanınmış jurnalist Seymur Verdizadə də saytımıza açıqlamasında problemin səbəblərini belə izah edib: “Biz uşaq olanda bu dedi-qodunun, söz-söhbətin arvad işi olduğunu görmüşük. Amma artıq kişilər də qeybət edirlər, paxıllıq çəkir, kimisənin arxasınca danışırlar. Bu da işsizliklə, istədikləri karyeranı qura bilmədiklərindən və yaxud sosial şəbəkələrə çox aludə olduqlarına görədir. Mən düşünürəm ki, kişilərin öz gəlinlərinə və yaxud öz övladlarının ailəsinə qarışması da elə bu səbəblərlə bağlıdır. Bu sosial məsələlərin müzakirə olunduğu proqram, verlişlərdə dəfələrlə müzakirə etmişik ki, oğlanlar öz həyat yoldaşlarını atalarının evlərinə gətirirlər. Buna görə də orada mülkiyyət hüququ olmur. Arada da biraz söz-söhbət olan kimi, bunu öz övladlarının başına vurur. Bu atadan, anadan asılılıq gənclərimizin xoşbəxtliyinə mane olur. Mən bunu dəfələrlə müşahidə etmişəm. Ona görə də deyirəm ki, evlənmək xatirinə evlənmək olmaz. Oğlanlar təkcə mənəvi yox, həm də maddi cəhətdən bu məsuliyyətin altına girə biləcəklərini hiss etdikdə evlənməlidirlər. Mən tez-tez belə fikir səsləndirirdim ki, Azərbaycanda özünə şalvar ala bilməyənlər, arvad alırlar. Atasınının aldığı bəylik kostyumu ilə bəylik kürsüsündə oturur, onun evində yaşayırlar. Beləliklə, oğul atadan asılı olur. Gəlin də qaynatasına bir dəfə soyuq çay verəndə qaynata şikayətlənir ki, mənim evimdə oturmusan, amma arvadın mənə soyuq çay verir. Bizim cəmiyyətin sosial cəhətdən vəziyyəti o qədər yaxşı olsun ki, gərək, hər cütlüyün öz evi olsun. Mən kişilərin öz gəlinləri ilə müxtəlif intriqalara girməsinə təəssüf hissi keçirirəm. Biz həmişə elə görmüşük ki, qaynana gəlinin işinə qarışsa da, qaynata onun qarşısını alıb. Amma əgər belədirsə, qaynata qaynananın işini yerinə gətirirsə, deməli gənclərimizi yaxşı günlər gözləmir. Belə hadisələrin hesabına da artıq hər ayda 1000-dən çox ailə dağılır. Hələ mən qeydiyyatda olanları deyirəm. Şəxsən mən Azərbaycanın gələcəkdəki ailə institutu ilə bağlı bədbinəm”.







Xəbər lenti

img Cəmiyyət
Fərda: “Olur da... Kişinin başına iş gələr...”

2019-10-18 / 15:31:57
img Hadisə
UEFA Avropa klublarını cəzalandırdı, “Qarabağ”ınkını sonraya saxladı

2019-10-18 / 12:13:24
img Dünya
Arktikada 1902-ci ilə aid qəhvə çəlləkləri aşkarlanıb - FOTOLAR

2019-10-18 / 12:11:18
img Cəmiyyət
Stalinin baş mühafizi – 20-dən artıq qadınla paralel yaşayan, sonda türməyə düşən Vlasik

2019-10-18 / 12:08:22
img Dünya
Əsəd kürdlərə muxtariyyət verməkdən imtina etdi

2019-10-18 / 12:07:13
img Hadisə
Bakıda tullantıların çeşidlənməsi zamanı XIX əsrə aid nadir kitab tapılıb

2019-10-18 / 12:06:16
img Dünya
Azərbaycana qayıtmaq istəməyən mühacir özünü doğradı

2019-10-18 / 12:05:01
img Manşet xəbərləri
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür

2019-10-18 / 09:59:25
img Cəmiyyət
Aqşin Fateh: “Həyasızlığın adını cəsarət qoyublar” - VİDEO

2019-10-17 / 18:31:50
img Ölkə
Azərbaycan əhalisinin sayı açıqlanıb

2019-10-17 / 18:30:41
img Dünya
"Mançester Yunayted" 6 futbolçu transfer etmək istəyir

2019-10-17 / 18:28:27
img Cəmiyyət
Mənzildəki ən təhlükəli yer açıqlandı

2019-10-17 / 16:37:48
img Hadisə
Millimizə viza verilmədi, dünya çempinatından kənarda qaldı

2019-10-17 / 16:35:25
img Dünya
YPG-nin 600 üzvü qaçdı

2019-10-17 / 16:33:15
img Manşet xəbərləri
Pompeo və Pens Ankaradadır

2019-10-17 / 16:32:09
img Dünya
Yeni "Brexit" razılığı əldə edildi

2019-10-17 / 16:31:10
img Günün xəbərləri
Baş həkim işdən çıxdı, başqa xəstəxanaya təyin edildi

2019-10-17 / 16:30:06
img Cəmiyyət
“Telekanallarımızda mədəniyyətə və kitaba yönəlik verilişlərin açılmağını təvəqqe edirəm...”

2019-10-17 / 13:42:06
img Hadisə
PKK 20 min usağı dağa qaçırdı

2019-10-17 / 13:40:50
img Cəmiyyət
Saxta pul kəsənlər bankomatları aldatmaq üçün yeni üsul fikirləşib

2019-10-17 / 13:39:36
img Cəmiyyət
"Qol sayılsaydı, bilmirəm, necə yaşayardım" - Mate Vida

2019-10-17 / 13:37:30
img Hadisə
İran daha bir Fransa vətəndaşı elm adamını həbs edib

2019-10-17 / 13:36:17
img Ölkə
Sabahın hava proqnozu

2019-10-17 / 13:34:06
img Dünya
Almaniya Türkiyəyə silah satışını dayandırdı

2019-10-17 / 13:32:39
img Manşet xəbərləri
Yeltsinin istefa verdiyi gün: Voloşinin“koma”sı, Putinin tərəddüdü, Nainanın sevinci, generalların ağlaması…

2019-10-17 / 13:31:12

Bütün xəbərlər