logo
RU

Cəmiyyət

"Sən tamadalıq edəndə biz həyatımızı neftə qurban verdik" – Murad Dadaşova SƏRT CAVAB

img




Xalq artisti Murad Dadaşov Murad Arifin "Youtube" üzərindən yayımlanan "Popumuz var" verilişində “Neft mənimdir, sənindir deyənlərə bir sualım var: "Sən bu neft üçün nə etmisən?" fikri sosial şəbəkədə birmənalı qarşılanmayıb.
Yeniavaz.com xəbər verir ki, RadioAntenn-in aparıcısı Əzizə İsmayılova da Murad Dadaşovun səsləndirdiyi fikirlərə kəskin reaksiya verib. O, şəxsi feysbuk əhifəsində “Günəşli faciəsi”ndə həyatını itirən neftçilər adından bu fikirləri qeyd edib:
“Gəl, deyək sənə, etdiyimizin 1000-dən birini. Sən yüksək vəzifəlilərin cah-cəlallı saraylarında tamadalıq edəndə, biz külək, çovğun, qar bilmədən dənizin ortasında həyatımızı qurban vermişik. Meyitlərimizi tapdığı üçün sevinib ailələrimiz, hələ neçəmizin meyiti bu gün də tapılmayıb. Sabah da meyit kimi evə dönmə təhlükəsi var, birisi gün də. Hər gün bu təhlükə burnunda evdən çıxıb işə gedir bütün "bu neft üçün nə etmisən" dediyin neftçilər. Sənin toylarda yüksək elitaya göstərdiyin şou ilə, bizim açıq dənizdə azğın dalğalarla göstərdiyimiz şou fərqlidir, şoumen əfəndi.
Sən ən bahalı butiklər, ən bahalı restoranları rahat gəzəsən, heç nə etmədiyin halda hər şey sahibi olub özünü belə ali zümrə sayasan deyə, "sən bu neft üçün nə etmisən ki?" dediyin neftçilər gecə-gündüz neft ehtiyatlarının harda nə qədər olduğunu, hansı quyunun neçə il rentabelli olub-olmamasını hesablayıb, bu gün də hesablayır, sabah da hesablayacaq. Amma nə quruda, nə dənizdə işləyənlərimizin aldığı maaş sənin restoranda bir dəfəyə verdiyin hesab qədər olmur...
- Neft sənin deyil, dövlətindir. Sən keç dövlət rəhbərliyinə, sən də öz istedadını göstər, insanları inandır, sən də idarə elə.
-Ölçünə olmayan qapıdan girməyə çalışma, Murad əfəndi. Ağzından çıxan sözü qulağın duysun. Sənin dövlət dediyin, xalqın çiyinləri üstə durduğu halda dövlətdir. Konstitusiyanı açsan görərsən ki, bu ölkənin təbii ehtiyatları xalqa məxsusdur. Yarınmaq istədiyin ümummilli lider Heydər Əliyev də, Prezident İlham Əliyev də çıxışlarında neftin xalqın olduğunu dəfələrlə vurğulayıblar. Xalqın olmadığı yerdə dövlət olmur, şoumen əfəndi. Bunun üçünsə dediyin kimi hansısa "rəhbərliyə keçmək","kimisə nəyəsə inandırmaq" lazım deyil. İstedada gəlincə, elə biz neftçilərin istedadıdır ki, bu gün iqtisadiyyatın onurğa sütunu bizə bağlıdır. Səni belə danışdıran da biz neftçilərin hesabına səpələnən pullardır. Bizim istedadımız təbii ehtiyatlarımızı süfrənizə gətirməkdən o yana keçmir... burda sənlə razıyıq.
Get, ən dəbdəbəli sarayda, mənim kimilərin qanını sorub pulunu sənin kimilərin boğazdan yuxarı dediyi təriflərə görə başınızdan tökən "istedadını göstərən" və "insanları inandırıb idarə edənlərin" qarşısında oyna. Sənin nə xalq, nə dövlət haqda fikir yürütmən tələb olunmur. Əvvəlcə özün xalqdan ola bil, sonra nəyisə başa düşməyə çalış...
Sonda, biz neftçilər bu boyda sərvəti idarə etməsək, sizin hamınızın kontoruna vurulan qıfıllar pas atar. İstedadın varsa, buyur, gəl, sən də idarə et, pulundan bu qədər yararlandığın neməti.
Əslində, istedad sahibi bu fikrə görə çıxıb üzr istəyərdi. Hərçənd biz neftçilərə bu da lazım deyil... İndi buyur, söz səndədir: Bəs sən bu dövlət, bu xalq üçün neyləmisən?”.







Xəbər lenti

img Hadisə
UEFA Avropa klublarını cəzalandırdı, “Qarabağ”ınkını sonraya saxladı

2019-10-18 / 12:13:24
img Dünya
Arktikada 1902-ci ilə aid qəhvə çəlləkləri aşkarlanıb - FOTOLAR

2019-10-18 / 12:11:18
img Cəmiyyət
Stalinin baş mühafizi – 20-dən artıq qadınla paralel yaşayan, sonda türməyə düşən Vlasik

2019-10-18 / 12:08:22
img Dünya
Əsəd kürdlərə muxtariyyət verməkdən imtina etdi

2019-10-18 / 12:07:13
img Hadisə
Bakıda tullantıların çeşidlənməsi zamanı XIX əsrə aid nadir kitab tapılıb

2019-10-18 / 12:06:16
img Dünya
Azərbaycana qayıtmaq istəməyən mühacir özünü doğradı

2019-10-18 / 12:05:01
img Manşet xəbərləri
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür

2019-10-18 / 09:59:25
img Cəmiyyət
Aqşin Fateh: “Həyasızlığın adını cəsarət qoyublar” - VİDEO

2019-10-17 / 18:31:50
img Ölkə
Azərbaycan əhalisinin sayı açıqlanıb

2019-10-17 / 18:30:41
img Dünya
"Mançester Yunayted" 6 futbolçu transfer etmək istəyir

2019-10-17 / 18:28:27
img Cəmiyyət
Mənzildəki ən təhlükəli yer açıqlandı

2019-10-17 / 16:37:48
img Hadisə
Millimizə viza verilmədi, dünya çempinatından kənarda qaldı

2019-10-17 / 16:35:25
img Dünya
YPG-nin 600 üzvü qaçdı

2019-10-17 / 16:33:15
img Manşet xəbərləri
Pompeo və Pens Ankaradadır

2019-10-17 / 16:32:09
img Dünya
Yeni "Brexit" razılığı əldə edildi

2019-10-17 / 16:31:10
img Günün xəbərləri
Baş həkim işdən çıxdı, başqa xəstəxanaya təyin edildi

2019-10-17 / 16:30:06
img Cəmiyyət
“Telekanallarımızda mədəniyyətə və kitaba yönəlik verilişlərin açılmağını təvəqqe edirəm...”

2019-10-17 / 13:42:06
img Hadisə
PKK 20 min usağı dağa qaçırdı

2019-10-17 / 13:40:50
img Cəmiyyət
Saxta pul kəsənlər bankomatları aldatmaq üçün yeni üsul fikirləşib

2019-10-17 / 13:39:36
img Cəmiyyət
"Qol sayılsaydı, bilmirəm, necə yaşayardım" - Mate Vida

2019-10-17 / 13:37:30
img Hadisə
İran daha bir Fransa vətəndaşı elm adamını həbs edib

2019-10-17 / 13:36:17
img Ölkə
Sabahın hava proqnozu

2019-10-17 / 13:34:06
img Dünya
Almaniya Türkiyəyə silah satışını dayandırdı

2019-10-17 / 13:32:39
img Manşet xəbərləri
Yeltsinin istefa verdiyi gün: Voloşinin“koma”sı, Putinin tərəddüdü, Nainanın sevinci, generalların ağlaması…

2019-10-17 / 13:31:12
img Hadisə
Azərbaycanda biri beş manata olan yumurta satılır - FOTO

2019-10-17 / 11:38:43

Bütün xəbərlər