logo
RU

Günün xəbərləri

Gömrük Komitəsinin rüşvətə görə işdən çıxarılan polkovnik-leytenantının məhkəməsi başlayır

img




Dövlət Gömrük Komitəsinin (DGK) rüşvət almada təqsirləndirilən keçmiş əməkdaşı Namiq Əsədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb."Legion" Yeniavaz.com "report"a istinadla xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Azər Paşayevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, DGK-nın Daxili Təhlükəsizlik İdarəsinin əməkdaşlarının apardığı araşdırmalar nəticəsində Bakı Baş Gömrük İdarəsi Gömrük Əməliyyatları İdarəsi Gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru, gömrük xidməti polkovnik-leytenantı Namiq Firudin oğlu Əsədovun "Liebherr-Azeri LLC" MMC-nin ünvanına Almaniyadan daxil olan malların gömrük rəsmiləşdirilməsini prosesini qısa müddət ərzində yekunlaşdırmaq müqabilində şirkət nümayəndəsindən qeyri-qanuni olaraq 350 manat tələb etdiyi müəyyən edilib.
O da məlum olub ki, N.Əsədov şirkət nümayəndəsinə tələb etdiyi qeyri-qanuni vəsaiti birbaşa deyil, broker şirkətlərində kompüter operatoru vəzifəsində çalışan şəxslər vasitəsilə çatdırmağı tapşırıb. Lakin Daxili Təhlükəsizlik İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində N.Əsədovun əməli ifşa edilib. Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmri ilə N.Əsədov tutduğu vəzifədən azad edilib.
Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğuna göndərilib və daha sonra barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.







Xəbər lenti

img Sosial
1 ildə 17 mindən çox ailə dağılıb (STATİSTİKA)

2020-02-18 / 19:49:18
img Günün xəbərləri
“Gilan Holdinq”in şirkətinin bank hesabına həbs qoyulubmuş

2020-02-18 / 19:48:27
img Manşet xəbərləri
Çin bu gün: insansız küçələr, bağlı mağazalar... - Fotolar

2020-02-18 / 19:45:52
img Cəmiyyət
Gələcəyin ixtisasları açıqlandı

2020-02-18 / 17:55:29
img Ölkə
Daha beş seçki məntəqəsinin nəticələri etibarsız sayıldı

2020-02-18 / 17:54:19
img Manşet xəbərləri
Məzahir Pənahov: “Seçki nəticələrinin ləğvinə meyilliyik”

2020-02-18 / 17:52:24
img Günün xəbərləri
32 saylı seçki dairəsində bir sıra məntəqələrdə nəticələr ləğv olundu

2020-02-18 / 17:50:31
img Cəmiyyət
İbrahim Tatlısəs məhkəməyə verdiyi rəqqasədən təzminat alacaq

2020-02-18 / 17:49:26
img Manşet xəbərləri
Bakıda tez-tez yanan ticarət mərkəzləri və bazarları -VİDEOXRONİKA

2020-02-18 / 17:48:22
img Günün xəbərləri
İcra başçısının lider olduğu seçki dairəsi barədə QƏRAR

2020-02-18 / 17:46:39
img Sosial
Restoranlara və şadlıq saraylarına xəbərdarlıq edildi

2020-02-18 / 14:42:21
img Ölkə
Sabah 14 dərəcə isti olacaq

2020-02-18 / 14:40:43
img Cəmiyyət
“Sədərək”də biabırçılıq: Yanğından sonra bunu da etdilər

2020-02-18 / 14:38:41
img Manşet xəbərləri
Bu gün MSK daha bir neçə müraciətə baxacaq

2020-02-18 / 14:37:27
img Manşet xəbərləri
“Azərsu” yaşayış olmayan ünvana 1 116 manat borc yazıb - Məhkəmə qərarı

2020-02-18 / 14:36:18
img Dünya
Son 9 ildə 7898 əcnəbi terrorçu Türkiyədən deportasiya edilib

2020-02-18 / 14:34:46
img Manşet xəbərləri
“Sədərək” TM-də ziyan çəkən sahibkarlara kompensasiya ödəniləcək - RƏSMİ

2020-02-18 / 11:40:59
img Manşet xəbərləri
Ukraynanın şərqində ağır döyüşlər gedir - VİDEO

2020-02-18 / 11:37:23
img Hadisə
Azərbaycanın MMA döyüşçüsü serbiyalı rəqibini məğlub etdi - VİDEO

2020-02-18 / 11:36:10
img Manşet xəbərləri
Hadi Rəcəblini deputat “seçən” DSK sədri fəhlə işləyir - RƏSMİ SƏNƏD

2020-02-18 / 11:19:45
img Ölkə
"Sədərək"də 1000 kv metr ərazi yandı

2020-02-18 / 11:13:13
img Ölkə
İcra başçısı köməkçisini işdən çıxardı

2020-02-18 / 11:07:05
img Sosial
Sınaq imtahanının nəticələri nə vaxt açıqlanacaq?

2020-02-17 / 18:50:19
img Günün xəbərləri
MSK-da 177 müraciətdən 139-na baxıldı

2020-02-17 / 18:49:07
img Dünya
Türkiyə Suriyaya qoşun yeritməyə davam edir

2020-02-17 / 18:46:34

Bütün xəbərlər