logo
RU

Cəmiyyət

Arif Quliyev: Serialda hər çəkiliş gününə 100 manat alıram

img




Serialdan aldığım aylıq 800 manat qonorar məni qane edir. Bunu Oxu.Az-a açıqlamasında Xalq artisti Arif Quliyev son vaxtlar aktyorların aldıqları qonorarların az olması məsələsini şərh edərkən deyib. Arif Quliyev serialda bir dəfə çəkilmək üçün 100 manat aldığını bildirib: “Aldığım qonarar məni qanə edir. Son olaraq çəkildiyim serialda həftədə iki dəfə olmaqla çəkilirdim və hər bir çəkilişə görə 100 manat alırdım. Bu isə aylıq 800 manat deməkdir. Ümumiyyətlə, özümü reklam etmirəm. Ən başlıca amil sənətkarın yalnız sənətini görməsidir. Əgər evimi, maşınımı, bağımı göstərsəm, artıq mən sənətkar deyil, biznesmen adlandırılmalıyam. Bizim qazancımız xalq sevgisidir. O da daşınmaz əmlak kimi xərclənmir. Mən tamaşaçı məhəbbətinə görə bu yerdəyəm. Onların çörəyini yeyirəm”. Son olaraq serialda doqquz ay çəkildiyini deyən Xalq artisti hazırda təkliflər aldığını da bildirdi:  “Səhhətimlə əlaqədar olaraq təklifləri qəbul edə bilmirəm. Ancaq təklif olunan yumoristik iki ssenaridən hansını bəyənsəm, onda çəkiləcəyəm. Çünki yaşıma görə hər rolda çəkilə bilmərəm. Hər şeyi nəzərə almaq lazımdır. İnsanları maraqlandıran və diqqət cəlb edə bilən yumoristik ssenarilər olmalıdır. Düzdür, yaxşı ssenarilər olsa da, seçim etmək lazımdır. Son vaxtlar seriallarımız baxılır. Hazırda rəqabət dövrüdür. Gənclərin çəkdiyi serialları və filmləri bəyənirəm. Düzdür, xoşu gəlməyən və müsbət qiymətləndirməyənlər az deyil. Bu onların öz fikridir. Zövqlər müxtəlifdir. Məndə xainlik, paxıllıq hissi yoxdur. Hər şeyə yaradıcı yanaşmaq lazımdır. Pis bir şeyi o saat baltalamaq olmaz. Ümid edirəm ki, yaxşı ssenarilər yazılacaq. Biz yaşlı nəsil də həmin filmlərdə və seriallarda çəkiləcəyik”. Arif Quliyev əlavə edib ki, rejissorlar məsləhət bilmədiyi üçün illərlə filmlərdə və seriallarda çəkilməyib: “Kino və teatr sahəsində inkişaf var. Teatrlarda yeni əsərlər qoyulur. Həmçinin, özəl teatrlar da çox yaxşı fəaliyyət göstərir.   Ümumiyyətlə, aktyorların seriallarda oynaması rejissordan asılıdır. O əsər üçün kimi münasib bilirsə, onu da çəkir. Çünki indi azad yaradıcılıq məkanıdır. Rejissora kimisə məcburi şəkildə çəkməyi demək olmaz. Elə olub ki, illərlə filmlərə və ya seriallara çəkilməməmişəm. İnanın ki, heç bir narazılığım olmayıb. Əgər məni məsələhət görməyiblərsə, deməli düz ediblər. Niyə özümü sırımalıyam? Əgər ona verilən rol zəifdirsə, o zaman aktyor müdaxilə edə bilər. Aktyor tələb edə bilməz. Bütün səlahiyyət rejissordadır”.







Xəbər lenti

img Günün xəbərləri
MSK daha 2 məntəqənin nəticələrini etibarsız saydı

2020-02-22 / 19:00:34
img Manşet xəbərləri
Ərdoğan: “Suriyada yüzlərlə legioneri zərərsizləşdirdik”

2020-02-22 / 18:58:15
img Ölkə
"Keşlə" "Zirə"ni böyük hesabla məğlub etdi

2020-02-22 / 18:57:13
img Dünya
Qazaxıstanda mitinqlərdə 100-ə yaxın adam saxlanıldı

2020-02-22 / 18:55:59
img Ölkə
MSK namizədin müraciətini təmin etmədi

2020-02-22 / 18:38:40
img Dünya
Bu planetdə bir il 18 saatdır

2020-02-22 / 18:37:45
img Günün xəbərləri
Neftçalanın keçmiş icra başçısı barəsində həbs qətimkan tədbiri seçildi

2020-02-22 / 18:35:39
img Dünya
İranda koronavirusdan ölənlərin sayı 6-ya çatıb

2020-02-22 / 15:13:27
img Dünya
"Koronovirusdan qorunmağın ən əsas yolu tez-tez yuyunmaqdır" - Professor Vildan Ertekin

2020-02-22 / 15:09:36
img Günün xəbərləri
Azərbaycan İranla sərhəddə nəzarəti gücləndirdi

2020-02-22 / 15:08:05
img Ölkə
Sabah 18 dərəcə isti olacaq

2020-02-22 / 15:06:32
img Günün xəbərləri
73 seçki məntəqəsinin nəticələri ləğv edildi - SİYAHI

2020-02-22 / 15:04:04
img Dünya
London və İstanbulda derbilər olacaq

2020-02-22 / 14:20:00
img Günün xəbərləri
MSK parlament seçkiləri ilə bağlı yekun qərar verəcək

2020-02-22 / 14:16:50
img Manşet xəbərləri
İcra başçısının tutulan müavininin bacısı da yüksək vəzifədədir – FOTO

2020-02-22 / 14:10:39
img Günün xəbərləri
Baş redaktor azadlığa buraxıldı

2020-02-22 / 14:08:02
img Dünya
İranda bələdiyyə sədrinə koronavirus diaqnozu qoyuldu

2020-02-22 / 13:44:19
img Dünya
Çində koronavirusdan ölənlərin sayı 2345-ə çatıb

2020-02-22 / 10:42:26
img Günün xəbərləri
Sumqayıtda zibil qabından yeni doğulmuş körpənin meyiti tapıldı

2020-02-22 / 10:41:00
img Günün xəbərləri
Tutulan icra başçısını hansı cəza gözləyir?

2020-02-22 / 10:39:31
img Cəmiyyət
Rusiya məktəblərində süni intellekt dərsləri keçiriləcək

2020-02-22 / 10:38:04
img Manşet xəbərləri
Oqtay Gülalıyevin səhhətindən xoş xəbər

2020-02-22 / 10:36:46
img Dünya
Husilər "Saudi Aramco"nu yenə vurdu

2020-02-22 / 10:35:38
img Manşet xəbərləri
DTX-nın həbs etdiyi qadın müavin YAP-ın deputatlığa namizədi olub

2020-02-21 / 20:01:08
img Manşet xəbərləri
DTX icra başçısını rüşvət alarkən belə həbs etdi - ƏMƏLİYYATIN VİDEOSU

2020-02-21 / 18:25:14

Bütün xəbərlər