logo
RU

Günün xəbərləri

“Maşın” şouda qalibə hansı avtomobil veriləcək?

img




Budəfəki şounu digərlərindən fərqləndirən onun sonuncu olma və tarixə düşmə ehtimalının olmasıdır.
Bunu Oxu.Az-a açıqlamasında “M Group Production”ın rəhbəri, Xalq artisti Murad Dadaşov bu gündən başlayan “Maşın” şou ilə bağlı yenilikləri şərh edərkən deyib.
“Bu gündən teleməkanın ən qalmaqallı və səs-küylü şousu – “Maşın” efirə qayıdır. Şou həmişə öz fərqliliyi və uğurları ilə seçilib. Bu, tək mənim deyil, “M Group Production” komandasının uğurudur. Çünki işçiləri belə seçərkən həmişə kreativ düşüncəsi, fərqli baxışı, yeni, gənc düşüncəsi olan insanlara üstünlük verilir.
Bəlkə də, bu səbəbdən neçə ildir ki, şou öz maraqlı görüntüsü, dizaynı və ən əsası, formatı ilə fərqlənib. Bu dəfə də yeniliklər olacaq. Şounun adının “Maskarad” seçilməsi təsadüfi deyil. Adından da göründüyü kimi, tamaşaçıları təntənəli bayram ab-havası gözləyir.
Eyni zamanda, bu şou son illərin axırıncı maşını ola bilər. Çünki “M Group Production” şou ilə bağlı bir müddətlik fasilə verməyi planlaşdırır. Hələlik bunun axırıncı “Maşın” şou olmasını istəyirik.
“Maşın” ən reytinqli və uzunömürlü proqramlardan biridir. Amma ola bilər ki, tarixə düşsün. Çünki yeni layihələr üzərində işləyəcəyik. Amma konkret adlar çəkə bilməyəcəyəm. Çünki dəqiqləşdikdən sonra açıqlama olacaq”, - deyə Murad Dadaşov qeyd edib.
Xalq artisti bildirib ki, şouda şəxsən özünün dəvət etdiyi iştirakçılar var:
“Bu hal hər dəfə baş verir. Bəzi iştirakçıları prodüserimiz deyil, mən dəvət edirəm. Hətta birbaşa şəxsən özlərinə zəng edib dəvət etdiklərim də olur. Çox vaxt şounun niyə yalnız tanınmışlar arasında keçirildiyini soruşanlar olur. Adi vətəndaşlar arasında da şounun keçirilməsini istəyirlər. Amma bu şou kommersiya layihəsidir.
“Maşın” kiçik məbləğlərin hesabına başa gəlmir. Biz heç kimə maşın paylamağı düşünmürük. Çünki bu xeyriyyə aksiyası deyil, əyləncəli şoudur. İnsanları iki saatlıq olsa da, öz problemlərini unudub bu şounu izləməyə dəvət edirik.
Ümumiyyətlə, tamaşaçıların çoxluğu üçün də tanınmışların olması mütləqdir. Düzdür, üç dəfə adi insanların iştirakı ilə baş tuta şounun da reytinqi pis olmayıb. Amma tanınmışların iştirakı ilə olan şounun reytinqi, təbii ki, 2-3 dəfə artıq olur.
Qeyd edim ki, iştirakla bağlı təklifimizə yox deyən ulduzlar da olur. Bu, normal haldır. Çünki hər kəsin öz işləri ola bilər. Şou ərzində prodüserimiz bir-bir istədiyimiz tanınmışlarla əlaqə saxlayır. Ondan sonra komanda ilə birgə vaxtı olanlar arasında qərar veririk.
Komandamızın hər bir üzvü belə şouda kimləri görmək istədiyini açıqlayır. Çünki əməkdaşlarımızın fikirləri həm də tamaşaçı nöqteyi-nəzərindən bizim üçün maraqlıdır. Hər kəsin tərzi, düşüncəsi fərqlidir. Ona görə də biz bütün fikirləri müzakirə edib sonda qərar veririk.
Amma şou başlayanda hər dəfə yeni simalara, daha çox müzakirə olunan şəxslərə üstünlük verməyə çalışırıq. Elə tanınmışlar var ki, onlar gündəmdə olmasa belə iştirakı vacibdir. Şouda bir ulduzun bir neçə dəfə iştirak etməsinin də müəyyən səbəbləri var.
Bəzən iştirakçının özü bizə müraciət edir. Özüm şəxsən canlı efirdə dəvət etdiklərim də olur. Məsələn, ötən maşınlardan birində meyxanaçı Ələkbər Yasamallı ilk gün bilmədən əlini çəkdiyi üçün özüm şəxsən onu canlı efirdə növbəti şouya dəvət etmişdim”.
Murad Dadaşov əlavə edib ki, bu dəfə şoudakı avtomobil “Opel” markası olacaq:
“Maşının qiyməti 50 min manatdan az deyil”.







Xəbər lenti

img Cəmiyyət
Stalin necə əylənirdi... - Fotolar

2020-02-19 / 19:19:17
img Dünya
Almanlar müharibədən sonra niyə Argentinaya qaçırdı...

2020-02-19 / 19:14:24
img Dünya
İdlib böhranı böyüyür: İrandan açıqlama

2020-02-19 / 19:12:42
img Ölkə
Fövqəladə Hallar Nazirliyi 92 min manat cərimələndi

2020-02-19 / 19:10:23
img Günün xəbərləri
Məzahir Pənahov seçki qutularından danışdı

2020-02-19 / 19:08:07
img Dünya
Putin maaşının azlığından şikayətləndi

2020-02-19 / 19:07:16
img Günün xəbərləri
MSK-nın İCLASI KEÇİRİLİR - Daha 10 məntəqənin nəticələri ləğv edildi (Yenilənir)

2020-02-19 / 17:46:07
img Günün xəbərləri
Özbəkistan prezidenti Türkiyəyə gedib

2020-02-19 / 17:23:57
img Cəmiyyət
Qar uçqunu altında qalan qadınlar belə qurtarıldı - VİDEO

2020-02-19 / 17:22:59
img Hadisə
"Bloomberg" "əl dəyişdirə" bilər

2020-02-19 / 17:21:58
img Ölkə
"Azərişıq" 5 min manat cərimə edildi

2020-02-19 / 17:20:51
img Günün xəbərləri
MSK iki dairə üzrə 5 məntəqənin nəticələrini etibarsız saydı

2020-02-19 / 17:19:21
img Dünya
Məşhur sosial şəbəkə çökdü

2020-02-19 / 17:18:14
img Hadisə
Yanvarda ölkəyə 7 elektromobil gətirilib

2020-02-19 / 17:17:05
img Manşet xəbərləri
Parlament seçkiləri: Şikayət daxil olan dairələrin sayı - SİYAHI

2020-02-19 / 12:04:37
img Günün xəbərləri
Nöqsanlara görə cəzalandırılan vəzifəli şəxslərin sayı açıqlandı

2020-02-19 / 12:02:39
img Manşet xəbərləri
Vətəndaşların Prezident Administrasiyasına şikayət etdikləri tikinti şirkətləri - SİYAHI

2020-02-19 / 11:57:00
img Günün xəbərləri
Ötən il ölkə rəhbərliyinə ən çox müraciət bu şəhər və rayonlardan edilib - RƏSMİ

2020-02-19 / 11:55:59
img Manşet xəbərləri
PA-ya ən çox hansı məhkəmələrlə bağlı müraciətlər daxil olur? - SİYAHI

2020-02-19 / 11:54:29
img Manşet xəbərləri
Prezidentə şikayətlərin artdığı və azaldığı rayonların adları - SİYAHI

2020-02-19 / 11:51:51
img Günün xəbərləri
Xəstəxanalarda ödənişlər kart vasitəsilə aparılacaq

2020-02-19 / 11:48:29
img Dünya
Cənubi Koreyanın sabiq prezidenti 17 il həbs cəzasına məhkum olundu

2020-02-19 / 11:46:52
img Dünya
Koronavirus qurbanlarının sayı iki min nəfəri ötdü

2020-02-19 / 11:45:41
img Manşet xəbərləri
Türkiyənin tikinti şirkəti “MİDA”nı məhkəməyə verib - QALMAQAL

2020-02-19 / 11:05:53
img Manşet xəbərləri
“Əfvin indi verilməsi olduqca vacibdir” - GƏLİŞMƏ

2020-02-19 / 11:04:09

Bütün xəbərlər