logo
RU

Günün xəbərləri

Azərbaycan turizminin ərəb baharı bitəcək - Şöbə rəhbəri

img




Yaxın Şərq ölkələrindən olan turistlər Azərbaycana marağı itirə bilərlər.  Dövlət Turizm Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kənan Quluzadənin "Sputnik Azərbaycan"a verdiyi məlumata görə, bu ölkədən olan turistlərin bir özəlliyi var. Onlar uzun illər bir turistik istiqamətə getmirlər. "Onlar beş-səkkiz il ərzində eyni yerə gedirlər və bu, onlara kifayət edir. Onlar əvvəlcə bir turistik istiqamətə çox böyük axın edirlər, sonra isə bu axın azalmağa başlayır. Bu tendensiya ərəb ölkələrində həmişə izlənilib. Bizim üçün ən çox prioritet olan ölkələr Hindistan, Avropa və Çindir. Ərəb turistlər heç vaxt bizim top beşliyimizdə olmayıblar. Yalnız indi Səudiyyə Ərəbistanından ölkəyə gələn qonaqlar say etibarilə dördüncü yerdədir", - deyə Quluzadə bildirib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2019-cu ilin yanvar-avqust ayları ərzində Azərbaycanı 2 milyon 138 min 700 əcnəbi ziyarət edib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 8,2% çoxdur. Onların düz 30,6%-i Rusiyadan, 22,1%-i Gürcüstandan, 9,5%-i Türkiyədən, 7,7%-i İrandan, 4 %-i Səudiyyə Ərəbistanından, 2,2%-i Birləşmiş Ərəb Əmirliklərindən, 1,8%-i Ukraynadan, 1,8%-i Hindistandan, 1,7 %-i İraqdan, 1,5%-i Türkmənistan və Qazaxıstandan, 1,4%-i İsraildən, 1,3%-i Pakistandan, 1,2%-i Böyük Britaniyadan, 11,6%-i digər ölkələrdən olan turistlərdir. Onların 0,1%-i isə vətəndaşlığı olmayan şəxslərdir. Yaxın Şərq ölkələrindən olan turistlər Azərbaycanı 2015-ci ildən etibarən kəşf etməyə başlayıblar. Misal üçün, əgər 2015-ci ildə təkcə Səudiyyə Ərəbistanından bura 727 nəfər gəlmişdisə, 2018-ci ildə artıq bu göstərici 73 mindən çox turist olub. Eyni vəziyyət sözügedən bölgənin digər ölkələrində də izlənib. Amma bu tendensiya öz istiqamətini dəyişə bilər. DTA da, bunu normal qəbul edir. "Biz turizm marketinqi planında konkret bir regiona üstünlük vermirik. 12 prioritet bazar var ki, biz 2018-ci ildən 2023-cü ilə qədərki beş il ərzində o istiqamətlərdən turizm axınını əhəmiyyətli dərəcədə böyütməyi hədəfləmişik. Onların arasında Azərbaycan üçün ənənəvi olan Rusiya, Çin, yaxud da Cənubi Asiya da var" - deyə Quluzadə bildirib. Onun sözlərinə görə, müəyyən regionlar üzrə turist sayının artmasına və azalmasına təsir göstərən çoxlu amillər var. Yaxın Şərq əlbəttə ki, prioritet bazardır, lakin Azərbaycan üçün mütləq deyil. Bu, həm siyasi, həm də iqtisadi nöqteyi-nəzərdən çox qeyri-sabit bazardır. Azərbaycan Tuirzm Assosiasiyasının rəhbəri Nahid Bağırov isə öz növbəsində qeyd edib ki, sözügedən ölkələrdən olan turistlərə marağın azalması bütün dünya ölkələrində mövcuddur. Hətta azərbaycanlıların nümunəsində belə aydın görünür ki, onlar bir ölkəyə davamlı olaraq axın edəndən sonra fasilə verirlər və başqa istiqamətə səyahət edirlər. Lakin bunu Türkiyə haqqında demək olmaz. Yerli vətəndaşlar son iki onillikdə sabit şəkildə bu qonşu ölkəyə gedirlər və hər fürsətdə bir daha ora getməyə hazırdırlar. "Əgər bu istiqamət mənə maraqlıdırsa, əgər orada məni yaxşı qarşılayırlarsa, əgər mən orada hamıdan razıyamsa, əgər qiymətlər əl yandırmırsa, əgər əyləncə varsa, mən niyə də ora getməyim?", - deyə Bağırov vəziyyəti izah etməyə çalışıb. Onun sözlərinə görə, əgər bir ölkə davamlı olaraq yaxşı mənada xatırlanırsa, azərbaycanlılar ora gedəcəklər. Əks təqdirdə, ora cəmi bircə dəfə səyahət edəcəklər.







Xəbər lenti

img Cəmiyyət
Stalin necə əylənirdi... - Fotolar

2020-02-19 / 19:19:17
img Dünya
Almanlar müharibədən sonra niyə Argentinaya qaçırdı...

2020-02-19 / 19:14:24
img Dünya
İdlib böhranı böyüyür: İrandan açıqlama

2020-02-19 / 19:12:42
img Ölkə
Fövqəladə Hallar Nazirliyi 92 min manat cərimələndi

2020-02-19 / 19:10:23
img Günün xəbərləri
Məzahir Pənahov seçki qutularından danışdı

2020-02-19 / 19:08:07
img Dünya
Putin maaşının azlığından şikayətləndi

2020-02-19 / 19:07:16
img Günün xəbərləri
MSK-nın İCLASI KEÇİRİLİR - Daha 10 məntəqənin nəticələri ləğv edildi (Yenilənir)

2020-02-19 / 17:46:07
img Günün xəbərləri
Özbəkistan prezidenti Türkiyəyə gedib

2020-02-19 / 17:23:57
img Cəmiyyət
Qar uçqunu altında qalan qadınlar belə qurtarıldı - VİDEO

2020-02-19 / 17:22:59
img Hadisə
"Bloomberg" "əl dəyişdirə" bilər

2020-02-19 / 17:21:58
img Ölkə
"Azərişıq" 5 min manat cərimə edildi

2020-02-19 / 17:20:51
img Günün xəbərləri
MSK iki dairə üzrə 5 məntəqənin nəticələrini etibarsız saydı

2020-02-19 / 17:19:21
img Dünya
Məşhur sosial şəbəkə çökdü

2020-02-19 / 17:18:14
img Hadisə
Yanvarda ölkəyə 7 elektromobil gətirilib

2020-02-19 / 17:17:05
img Manşet xəbərləri
Parlament seçkiləri: Şikayət daxil olan dairələrin sayı - SİYAHI

2020-02-19 / 12:04:37
img Günün xəbərləri
Nöqsanlara görə cəzalandırılan vəzifəli şəxslərin sayı açıqlandı

2020-02-19 / 12:02:39
img Manşet xəbərləri
Vətəndaşların Prezident Administrasiyasına şikayət etdikləri tikinti şirkətləri - SİYAHI

2020-02-19 / 11:57:00
img Günün xəbərləri
Ötən il ölkə rəhbərliyinə ən çox müraciət bu şəhər və rayonlardan edilib - RƏSMİ

2020-02-19 / 11:55:59
img Manşet xəbərləri
PA-ya ən çox hansı məhkəmələrlə bağlı müraciətlər daxil olur? - SİYAHI

2020-02-19 / 11:54:29
img Manşet xəbərləri
Prezidentə şikayətlərin artdığı və azaldığı rayonların adları - SİYAHI

2020-02-19 / 11:51:51
img Günün xəbərləri
Xəstəxanalarda ödənişlər kart vasitəsilə aparılacaq

2020-02-19 / 11:48:29
img Dünya
Cənubi Koreyanın sabiq prezidenti 17 il həbs cəzasına məhkum olundu

2020-02-19 / 11:46:52
img Dünya
Koronavirus qurbanlarının sayı iki min nəfəri ötdü

2020-02-19 / 11:45:41
img Manşet xəbərləri
Türkiyənin tikinti şirkəti “MİDA”nı məhkəməyə verib - QALMAQAL

2020-02-19 / 11:05:53
img Manşet xəbərləri
“Əfvin indi verilməsi olduqca vacibdir” - GƏLİŞMƏ

2020-02-19 / 11:04:09

Bütün xəbərlər