logo
RU

Günün xəbərləri

Şərqşünas alim: “Bu barədə heç kim bir ayə, istinad göstərə bilməz”

img




"İnsanın üzünün örtünməsi Quranda yer almır. Bu barədə heç kim bir ayə, istinad göstərə bilməz”. Bu sözləri Qaynarinfo-ya islamda baş örtüsü və niqab məsələsinə aydınlıq gətirərkən şərqşünas-alim, Quranın Azərbaycan dilinə bədii tərcüməsinin müəllifi Nəriman Qasımoğlu deyib. O, tarixən milli adətlərdən gələn qaydaların din adına tətbiq edildiyini qeyd edib:   "Açığı, bu dini məsələlərin tarixində elə şeylər çox olur. Müəyyən milli adətdən gələn qaydaları din adına tətbiq etməyə başlayırlar. Bu, demək olar ki, tək ərəb mədəniyyətində deyil, bütün mədəniyyətlərdə baş verir. Ərəblərə xas olan mədəniyyətə, onun tarixinə xas olan bir cəhətdir bu. Bəzən bu tip məsələləri şəriət, din adına rəsmiləşdirirərək, o cür də təqdim edərək dəyişməz saxlayırlar. O mənada dəyişməz ki, dini qaydaları dəyişmək olmaz”.  Nəriman Qasımoğlu-nun sözlərinə görə, qadının üzünün örtünməsi Quranda yer almır. Bu barədə heç kim bir ayə, istinad verə bilməz. Çünki yoxdur. Niqab milli mədəniyyət məsələsindən, tarixin formalaşan, biçimlənən, gəlişən müəyyən adət-ənənələrindən irəli gəlir. Bunların bu və ya digər dərəcədə dinlə əlaqəsi olmur, amma sonradan dini örtük kimi təqdim olunmağa başlayır. Əsas səbəb budur".  "Əgər bu mədəniyyətdən irəli gəlir və dində yoxdursa, niyə insanlara islamın şərtləri kimi qəbul elətdirilir” sualını cavablandıran alim bildirib ki, islam dinini qəbul etmiş xalqlarda bunu başqa cür qəbullandırmaq, əsaslandırmaq olmaz. Təbii ki, din adına əsaslandıraraq, Qurandan uyğun ayə tapmayıb, hədisləri dövriyəyə buraxaraq insanları inandırırlar. Onu da qeyd edim ki, hədislərin müəyyən əksəriyyətinin Quranla zidd olduğu çoxuna bəllidir”, - alim əlavə edib.  "Baş örtüsünün tarixi hansı dövrə, hansı mədəniyyətə dayanır, bu, insanlara necə təlqin edilib, nə məqsədlə istifadə olunub” sualını cavablandıran Filologiya üzrə fəlsəfə doktoru, folklorşünas Aynur Qəzənfərqızı bildirib ki, bu haqda "Miazzez İlmiyə Çığ” qaynaqlarından geniş məlumat almaq olar:    "Çoxu deyir ki, bu baş örtüsü İslamdan gəlib, Allahın əmridir, riayət olunmalıdır və s. Əslində, baş örtüsü hələ ki bizə məlum olan ilk sivilizasiya olan şumerlərin dövründən qarşımıza çıxır. Həmin dövrdə tapınaqlarda "qutsal fahişələr” deyə bir zümrə yaşayıb. Onların əsas vəzifəsi evlənən kişilərlə ilk zifaf gecəsini keçirmək idi. Buna görə də həmin qadınlar cəmiyyətdə başlarını bağlayırdılar ki, bu qədim peşəylə məşğul olan başqa qadınlardan seçilsinlər. Yəni onlar bu işi leqal ediblər. Bu örtü bir növ həmin dövrdə seksi leqallaşdırmaq rolunu oynayırdı. Daha sonra Hamurrapi hakimiyyətə gələrək əmr edir ki, bütün evli qadınlar seçilmək üçün başlarını örtsünlər. Çünki artıq fahişələrə baş örtmək yasaq edilir. Yenə burda da əslində eyni məqsəd güdülmüş olur. Bundan əlavə xristianlığın bir sektası var ki, orda da qadınlar tamamilə qara çadralara bürünməlidir. Sonrakı dövrdə islamda bu örtü özünü göstərir. Ancaq bir az mütərəqqi islam alimləri, fəqihlər belə qərara gəlib ki, İslam dinində baş örtüsü yoxdur. Çünki İslamın təməlində humanizm, qadınlara hörmət durursa, bu örtü yenidən qadının hüquqlarını bir növ əlindən alaraq, ona ancaq müəyyən məqsədlər üçün yanaşıldığını göstərməklə qadını cəmiyyətdə dəyərsizləşdirir”.  Xatırladaq ki, dünən İçərişəhər "Cümə” məscidinin axundu Hacı Surxay Məmmədli də İslam dinində qadınların xüsusi geyimləri barədə standart formanın olmadığı demişdi: "Ümumiyyətlə, Allah qadınlar üçün "Qurani Kərim”də geyimlə, xüsusilə də hicabla bağlı bir ayədə buyurub ki, naməhrəm yerlərinizi örtün, üz və əllər istisna olmaqla. İnsan elə geyinməlidir ki, naməhrəmin diqqətini cəlb etməsin. İslam dinində qadınların xüsusi geyimləri barədə standart forma yoxdur. Din demir ki, bu geyimi mütləq geyinməlisən”.  Günay İlqarqızı Qaynarinfo







Xəbər lenti

img Cəmiyyət
Ölümünə güldürən adam... - Video

2019-10-14 / 19:22:37
img Dünya
Pavel Klaçkov: "Prezident Ərdoğan söz üçün cibə girmir"

2019-10-14 / 19:18:31
img Dünya
II Yelizaveta: “Hökumətin prioriteti oktyabrın 31-də Britaniyanın Aİ-dən çıxmasını təmin etməkdir”

2019-10-14 / 19:16:21
img Hadisə
Diri-diri basdırılan körpə sağ qaldı

2019-10-14 / 19:14:28
img Ölkə
Ölümcül xəstəlik də “həyatının eşqi”nə qovuşmağına mane olmadı

2019-10-14 / 19:13:18
img Dünya
Kataloniya separatçılarına hökm oxundu

2019-10-14 / 17:23:31
img Dünya
Həbib Nurməhəmmədov növbəti rəqibinin adını açıqladı

2019-10-14 / 17:17:57
img Hadisə
Məşhur müğənni evində ölü tapıldı

2019-10-14 / 17:16:51
img Manşet xəbərləri
SSRİ-nin lideri postuna həsrət buraxılan məşhur nazirin taleyüklü səhvi... - FOTOLAR

2019-10-14 / 17:13:30
img Dünya
Putin 12 ildən sonra ilk dəfə Səudiyyə Ərəbistanında...

2019-10-14 / 17:10:12
img Ölkə
Sabah 26 dərəcə isti olacaq

2019-10-14 / 13:42:09
img Ölkə
Bakıda uşaq qidasından qurd çıxdı - Video

2019-10-14 / 12:43:50
img Ölkə
Akademik Vasim Məmmədəliyev II Fəxri Xiyabanda dəfn olunacaq

2019-10-14 / 11:13:11
img Günün xəbərləri
Azərbaycan yığması Macarıstana uduzaraq, AVRO-2020-yə vəsiqə şanslarını itirib

2019-10-14 / 11:11:04
img Dünya
Yaponiyada “Hagibis” tufanı nəticəsində ölənlərin sayı 39-a çatıb

2019-10-14 / 11:08:35
img Dünya
Bu gün iqtisadiyyat sahəsində 2019-cu il üzrə Nobel mükafatı laureatının adı açıqlanacaq

2019-10-14 / 11:07:17
img Günün xəbərləri
Neft yenidən ucuzlaşıb

2019-10-14 / 11:05:59
img Dünya
“Joker” yarım milyard dollardan çox qazandı

2019-10-14 / 11:04:45
img Ölkə
Azərbaycanda xəstəxanaya hücum: həkimlər döyüldü

2019-10-14 / 11:00:07
img Dünya
“Barış pınarı”: 525 terrorçu zərərləşdirildi

2019-10-14 / 10:54:32
img Günün xəbərləri
İcra başçısının qəbulunda gözlənilməz qərar: müavin istefa verdi

2019-10-14 / 10:52:28
img Manşet xəbərləri
Azərbaycan xalqı kimlərdən zərər çəkib,MTN generallarından,yoxsa şərlənib tutulan jurnalistlərdən ?

2019-10-13 / 20:13:22
img Manşet xəbərləri
Xəstəxanaya baş həkim təyin olunub

2019-10-12 / 17:01:59
img Dünya
Keniyalı atlet marafon qaçışını iki saatdan az müddətə bitirən ilk idmançı olub

2019-10-12 / 17:00:15
img Dünya
Rusiyada dövlət əmlakını taladığı deyilən qubernator ölkədən qaçıb

2019-10-12 / 16:58:42

Bütün xəbərlər