logo
RU

Cəmiyyət

Şagirdlərin nəqliyyatdan pulsuz istifadəsi mümkündürmü?

img




“Bir çox ölkələrdə məktəblilərə, tələbələrə, şagirdlərə nəqliyyatdan istifadə güzəştləri var. Azərbaycanda da buna bənzər tələbə kartı, şagird kartı təsis etmək olar”. Bu sözləri Qaynarinfo-ya açıqlamasında iqtisadçı Natiq Cəfərli millət vəkili Fazil Mustafanın məktəblilərdən, tələbələrdən nəqliyyatlarda yol pulu alınmaması ilə bağlı təklifinə münasibət bildirərkən söyləyib. “Tələbələrə nəqliyyat vasitələrindən istifadədə nə kimi güzəşt olunmalıdır” – sualını cavablandıran iqtisadçı qeyd edib ki, güzəşt məsələsi normaldır, ancaq bunu forması dəqiq nizamlanmalıdır: “Əslində, bunu daha düzənli bir hala gətirmək olar. Əlaqədar dövlət orqanları belə bir təsisata gedə bilərlər. Ancaq bunu dövlət məktəblərində oxuyan şagirlərdlərə şamil etmək olar. Çünki uşaq özəl məktəblərdə oxuyursa, demək ki, həmin ailənin imkanı vardır. Özəl məktəbdə oxuyanın bəlkə də nəqliyyat güzəştinə ehtiyacı yoxdur. Amma dövlət məktəblərində oxuyan şagirdlərə, dövlət universitetlərində oxuyan tələbələrə simvolik ödənişlə şagird kartı və tələbə kartı təsis edilə bilər. Simvolik ödəniş də niyə görə lazımdır? Hesabat olsun, kartları kimə gəldi paylamasınlar. Bu, sui-istifadə hallarının qarşısını almaq üçündür. Məsələn, şagirdlər üçün aya 1-2 AZN, tələbələr üçün aya 2-3 AZN və simvolik ödənişlərlə aylıq abunəçilik kartları paylamaq olar. Bununla da onlara nəqliyyatdan istifadədə çox böyük güzəştlər tətbiq etmək olar. Bu universal kartla həm metrolardan, həm avtobuslardan leqal şəkildə istifadə etmək olar. Həm də nəqliyyatın dövriyyəsi bilinər. Çünki vergi məsələlərinə görə nəqliyyatın dövriyyəsini bilmək vacibdir. Beləcə düzənli, sistemli bir hal yaranar. Təklifin özü çox yaxşı təklifdir. Ancaq tək formaya bağlamaq düzgün deyil. Mənə elə gəlir ki, bu kart sistemini tətbiq etmək daha məntiqli olardı”. Məsələni ictimailəşdirən millət vəkili Fazil Mustafa da iqtisatçı ekspertin təklifini dəstəkləyib. O, Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu da məqbul variantlardan biridir: “Cüzi məbləğdə və yaxud da ödəniş olmadan bu problemi həll etmək lazımdır. Valideynin marağı olmaya bilər, elə bir dünya görüşünə sahib ola bilər ki, uşağın məktəbə getməməsi vecinə olmaz. Ona görə də bu məsələdə dövlət daha çox maraqlı olmalıdır ki, uşaq cəhalət içində yetişməsin. Problemin mahiyyəti budur. Hesab edirəm ki, bu tip məsələlərlə dövlət maraqlanmalıdır. Biz çalışmalıyıq ki, hansı yolla olur-olsun uşağı məktəbə gətirək. Əks təqdirdə bu problemlər qalacaq. Bu məsələnin həllində ciddi nəticəyə nail olmalıyıq və cəmiyyət arasında bunun həlli yolları müzakirə  olunmalıdır. Hansı yol mümkündürsə, o variantı həyata keçirməliyik. Həm dövlətin böynuna çox yük düşməsin, həm də problem həllini tapsın. “Uşağın pulunu dövlət niyə ödəməlidir?” deyənlər də ola bilər. Belə izah edim. Sabah cəhalət qurbanı olan uşağın xərci dövlətə daha baha başa gəlir. Buna görə də müəyyən qurumlar, hökümət məsələyə anlayışla yanaşmalıdır. Uşaqların belə problemlə qarşılaşmaması üçün addım atmaq lazımdır. Uşaq pul qazanmır, valideynin də pulu yoxdursa, uşaq nə etsin? Sentyabr ayında adi məktəbə hazırlıq xərcləri 180-200 manata qədər gəlib çıxır. Pensiya alan adam uşağa necə çanta, ayaqqabı, paltar, dərs ləvazimatları alsın? Bunların hamısı pul tələb edir. Ona görə də bu məsələyə ciddi baxılmalıdır. Uşaqlarımızı vəziyyətdən çıxartmalıyıq, onlara dərsə getməlidir. Xarici ölkələrdə belədir ki, nəqliyyat evdən götürüb gətirir. Özəl məktəblərdə maşınlar var ki, ödəniş edirsən, uşağı aparıb-gətirir. Bəs dövlətdə oxuyanlar nə etməlidir?!” Qeyd edək ki, iki gün qabaq bir avtobus sürücüsü ana və onunla birlikdə olan 3 övladından gedişhaqqı tələb edib, əks halda, avtobusu sürməyəcəyini deyib. Məsələyə münasibət bildirən millət vəkili Fazil Mustafa məktəbli formasında olan istənilən uşaqdan ictimai nəqliyyatda vəsait alınmaması təklifiylə çıxış edib. Röya Kərimli Qaynarinfo







Xəbər lenti

img Manşet xəbərləri
Millət vəkili “uşaq pulu”nun bərpasını tələb etdi

2020-08-06 / 19:05:17
img Günün xəbərləri
Bu ay 278 min şəxsə 190 manatlıq birdəfəlik ödəmə veriləcək

2020-08-06 / 17:52:10
img Manşet xəbərləri
Azərbaycanda yoluxma 150-dən aşağı düşdü, 435 nəfər sağaldı

2020-08-06 / 17:21:16
img Günün xəbərləri
Prezidentdən 190 manatla bağlı tapşırıq - Avqust ayında da...

2020-08-06 / 16:59:38
img Günün xəbərləri
Azərbaycanda Məhərrəm ayı bu tarixdə başlayacaq

2020-08-06 / 14:49:00
img Günün xəbərləri
Vahid Əhmədov: “İşləməsi vacib sayılan sahələrin xüsusi siyahısı hazırlanmalıdır”

2020-08-06 / 13:15:14
img Cəmiyyət
Ramin Bayramlını belə parodiya etdilər - VİDEO

2020-08-06 / 13:13:32
img Günün xəbərləri
Gülər Əhmədovanın oğluna hökm oxunub

2020-08-06 / 11:26:14
img Günün xəbərləri
Fazil Mustafa: “Azərbaycan vətəndaşının, sahibkarının vəziyyəti acılanacaqlıdır”

2020-08-06 / 10:41:56
img Dünya
Bayden: “Çinlə ticarət sazişi iflasa uğrayır”

2020-08-06 / 10:40:39
img Dünya
“Facebook” Trampın paylaşdığı videonu silib

2020-08-06 / 10:39:29
img Cəmiyyət
Namaz carçısı Ayasofya məscidində Allah dərgahına qovuşdu...-VİDEO

2020-08-06 / 10:35:55
img Dünya
Putin İstintaq Komitəsinin 3 generalını istefaya göndərib

2020-08-06 / 10:33:50
img Günün xəbərləri
Azərbaycanda koronavirusla bağlı sevindirici xəbər - RƏSMİ

2020-08-06 / 10:32:51
img Cəmiyyət
Azərbaycanda kişi sevgilisini öldürdü: Qadın evli və iki uşaq anası olub - TƏFƏRRÜAT

2020-08-06 / 10:31:51
img Dünya
Avropa Liqası: Türkiyə çempionu mübarizəni dayandırdı

2020-08-06 / 10:30:19
img Dünya
Beyrutdakı partlayışda ölən ermənilərin sayı 11-ə çatdı - 400-ü evsiz qaldı...

2020-08-06 / 10:27:20
img Dünya
Ukrayna MDB-nin daha bir sazişindən çıxıb

2020-08-05 / 19:08:59
img Hadisə
Azərbaycanda bu markalı benzinin qiyməti bahalaşdı - FOTO

2020-08-05 / 18:23:49
img Günün xəbərləri
Razi Nurullayevdən Milli Məclisdə hökumətə və TƏBİB-ə sərt tənqid (VİDEO)

2020-08-05 / 18:21:12
img Günün xəbərləri
5 nəfər prokurorluq orqanlarından azad edildi

2020-08-05 / 18:14:23
img Günün xəbərləri
General Həşimov haqda kitab çap olundu – Pulsuz paylanacaq

2020-08-05 / 17:06:15
img Dünya
Türkiyədə dincəlmək şərtləri - Məhdudiyyətlər o qədər çoxdur ki...

2020-08-05 / 17:01:10
img Dünya
FTB ukraynalı milyarderləri "vurdu" - Ofislərində axtarış aparılıb...

2020-08-05 / 16:52:41
img Ölkə
TƏBİB sədri koronavirusdan vəfat edənlərin yaş göstəricisini açıqlayıb

2020-08-05 / 16:51:13

Bütün xəbərlər