logo
RU

Cəmiyyət

"Bizim Cəbiş müəllim" filmindəki meyxananın müəllifi açıqlandı - 50 ildən sonra...

img




"1968-ci ildə görkəmli rejissorumuz Həsən Seyidbəylinin ekranlaşdırdığı "Bizim Cəbiş müəllim" filmində məşhur meyxana səhnəsi var. Ötən həftə bu filmlə bağlı bir veriliş çəkildi. Həmin proqramda da şahidi oldum ki, filmdə bizim söylədiyimiz və 50 ildir unudulmayan məşhur meyxananın müəllifi ilə bağlı müxtəlif ziddiyyətli fikirlər dolaşır. Hər kəs o meyxananın kiməsə aid olduğunu iddia edir. Bilirsiniz, mən Azərbaycanda olmadığıma görə, bu filmlə, xüsusilə filmdə olan meyxana səhnəsi ilə bağlı cürbəcür söhbətlər olub. Filmdə çəkildiyimə görə, bu hadisəni dəqiqliklə bilirəm".
Bu maraqlı və özəl açıqlamanı Open.az-a Türkiyədə yaşayan dəyərli sənətkarımız, Xalq artisti, "Bizim Cəbiş müəllim" filmində ifa etdiyi Rəsulov obrazı ilə böyük kinoda ilk rolunu ifa edən Cahangir Novruzov deyib.



Bizim Cəbiş müəllim


Cahangir Novruzov 50 ildən sonra filmdə səslənən meyxananın yaranma tarixçəsini və müəllifinin kimliyini bizimlə bölüşüb: "Bizim Cəbiş müəllim" filmi 1968-ci ildən etibarən çəkilməyə başlamışdı. 1969-cu ildə "Bizim Cəbiş müəllim" filmi ekranlara çıxdı. Mən o filmdə iştirak etdiyim üçün özümü çox xoşbəxt hiss edirəm. O zaman yeniyetməydim. Orta məktəbin 8-ci sinifində oxuyurdum. 14-15 yaşım var idi. "Bizim Cəbiş müəllim" filmində hamıya maraqlı olan meyxana səhnəsi var. O səhnənin yaranma tarixçəsi belə olub. O zamanlar Maştağada "Albalılıq" adlanan yerdə bağımız var idi. Bağ qonşularımız yerli maştağalı uşaqlar idi. Bizim bağımızdan 50-60 metr aralıda bir ailə yaşayırdı. 3 qardaşdılar - Məmməd, Fərhad və Şirzad. Onların yanına isə tez-tez Molla Məmməd adlı dostları gəlirdi. Molla Məmməd Bakı ləhcəsi ilə desək, həmin qardaşlarla “cur” idi. Axşamlar onların həyətində bir neçə “sinədəftər”uşaqlar da yığılardı və şeir axşamları keçirərdilər. Bədahətən şeirlər deyər, meyxanalar söyləyərdilər. Onların öz aralarında təşkil etdikləri şeir gecələrinə mən də qoşulardım. Mən daha çox qulaq asırdım. Amma onları diqqətlə dinlədikcə, hərdənbir bədahətən nəsə söyləyirdim. Təbii ki, özümə şair deyə bilməzdim. Amma onların ab-havasına “yoluxmuşdum”. Hətta bizim bağ qonşumuz səsimizi eşidib gəlirdi və birlikdə oturub söylədiyimiz meyxanaları dinləyirdi. Bir dəfə bizə dedi ki: “Ay, uşaqlar maqnitafon gətirib, sizin səsinizi yazacam”. Elə də etdi. Sonralar meyxana deyən uşaqların səs yazıları avtomobillərdə yayıldı. Sizə deyim ki, avtomobildə səsləndirilən meyxana şeirlərinin ilkini, siftəsini biz söyləmişdik. Bunu heç kim məxsusi etmirdi. Sadəcə olaraq hər kəs eşidirdi, dinləyirdi və bəyənirdi. 1960-cı illərin sonunda bizim söylədiyimiz meyxanalar o qədər düzgün, tərbiyəviydi ki, uşaqdan-böyüyə hər kəs dinləyə bilirdi. Meyxanaların müəllifi Molla Məmməd idi. O illərdə Molla Məmmədlə mənim aramda dostluq yarandı. Həmin ərəfələrdə isə “Bizim Cəbiş müəllim” filmi çəkilməyə başladı. Günlərin birində filmdə, meyxana səhnəsində deyəcəyimiz mətnin surətini bizə payladılar. Mən həmin şeirləri oxudum. Bu mətn qətiyyən meyxana deyildi. Elə həmin an yadıma Molla Məmməd düşdü. Anam, Nəsibə xanıma yaxınlaşıb dedim ki, “Bu yazılan şeirdir, meyxana deyil. Burada Molla Məmməd var. O bundan yaxşı yaza bilər”. Anam fikirlərimi rəhmətlik Həsən müəllimə söylədi. Həsən müəllim Molla Məmmədin kimliyi ilə maraqlandı. Mən bağdakı uşaqlar və Molla Məmmədlə bağlı Həsən Seyidbəyliyə məlumat verdim. Bir azdan meyxanaçı uşaqları Həsən müəllimin yanına gətirdilər. 4-5 nəfərdilər. Onların arasında Molla Məmməd və qardaşı Şirzad da var idi. Həsən Seyidbəyli onların söylədiyi bir-iki meyxananı dinləyəndən sonra soruşdu ki, “Söylədiyin meyxananı bir az bəzəyə bilərsən?” Molla Məmməd isə: “Mən sizin qarşısınızda elə bir şey edə bilmərəm” dedi. Həsən müəllimin təhrikindən sonra Molla Məmməd pərdəli şəkildə amma çox gözəl üslubda filmin yaradıcı heyətinin, xüsusilə Həsən Seyidbəylinin portretini meyxanada “canlandırdı”. Həsən müəllim çox bəyəndi. Uğunub getdi və həmin an filmdə səslənməsi zəruri olan meyxananın mövzusunu Molla Məmmədə dedi. Bir müddətdən sonra səsimizi yazmaq üçün studiyaya gəldik. Həsən Seyidbəyli Molla Məmmədin gətirdiyi şeir nümunələrinə baxıb, filmdə səslənəcək meyxananı seçdi. Sonra bizimlə məşq elədi və uşaqlarla birlikdə səsimizi yazdılar. “Bizim Cəbiş müəllim” filmində səslənən məşhur meyxananın müəllifi Molla Məmməddir. Hadisə belə olub. Və o meyxananın filmdə səslənməsinin də səbəbkarı mən və Nəsibə xanımdır. Nəsibə xanım mənim təklifimi Həsən Seyidbəyliyə çatdırmasaydı yəqin ki, filmdə səslənən meyxana başqa cürə olacaqdı. Amma Molla Məmmədin kimin şəyirdi olduğunu xatırlamıram. Sözsüz ki, ustadı var idi. Yəqin ustadının kim olduğunu Maştağa camaatı, qəzəlxanlar, meyxanaçılar xatırlayarlar”.


50 ildən sonraBizim Cəbiş müəllim

Cahangir Novruzov "Bizim Cəbiş müəllim" filminin çəkilişləri zamanı ekran əsərinə daxil olmayan, montaj vaxtı "kəsilib, atılan" kadrların olması ilə bağlı yayılan fikirlərə də aydınlıq gətirib: "Filmdə xüsusi olaraq hansı səhnələr ixtisar olunub, hansı kadrlar montajdan sonra filmə daxil edilməyib, bununla bağlı xüsusi nəsə söyləyə bilmərəm. Amma Nəsibə xanım Zeynalova və Əliağa Ağayev improvizə adamı idi. Filmin çəkilişləri zamanı çox hadisələr baş verib. Məsələn, filmdə olan ayaqyolu səhnəsi, Aqilin yəni Makedonun o cəftəni qapatması sırf improvizəydi və Həsən Seyidbəyli sadəcə o səhnəni saxladı. Filmdə o gərginliyin arasında xəfif bir təbəssüm yaratdı. Filmdə belə kadrlardan istifadə etmək Həsən Seyidbəylinin ustalığından xəbər verirdi. Həsən müəllim, tamaşaçıların sevgisi, diqqəti üçün filmin bəzi yerlərinə məzə qatmışdı.Təbii ki, bütün səhnələri saxlasaydı, film müharibə illərində arxa cəbhədən bəhs edən komediya kimi alınardı. Başqa səhnələrdən xəbərim yoxdur. Təbii ki, çəkilib amma filmə daxil olmayan məqamlar olub. Kaş ki, bu günki rəqəmsal mühit onda olaydı. Elə olsaydı, çəkilən və filmə daxil olmayan kadrlar saxlanardı".
Xatırladaq ki, "Bizim Cəbiş müəllim" bədii filmini görkəmli kinorejissor Həsən Seyidbəyli 1969-cu ildə, kinodramaturq Maqsud İbrahimbəyovun "Müharibənin 1001-ci gecəsi" ssenarisi əsasında ekranlaşdırıb. Hərbi kinopovestdəki hadisələr II Dünya müharibəsi illərində Bakıda cərəyan edir.



50 ildən sonraBizim Cəbiş müəllim







Xəbər lenti

img Cəmiyyət
Ölümünə güldürən adam... - Video

2019-10-14 / 19:22:37
img Dünya
Pavel Klaçkov: "Prezident Ərdoğan söz üçün cibə girmir"

2019-10-14 / 19:18:31
img Dünya
II Yelizaveta: “Hökumətin prioriteti oktyabrın 31-də Britaniyanın Aİ-dən çıxmasını təmin etməkdir”

2019-10-14 / 19:16:21
img Hadisə
Diri-diri basdırılan körpə sağ qaldı

2019-10-14 / 19:14:28
img Ölkə
Ölümcül xəstəlik də “həyatının eşqi”nə qovuşmağına mane olmadı

2019-10-14 / 19:13:18
img Dünya
Kataloniya separatçılarına hökm oxundu

2019-10-14 / 17:23:31
img Dünya
Həbib Nurməhəmmədov növbəti rəqibinin adını açıqladı

2019-10-14 / 17:17:57
img Hadisə
Məşhur müğənni evində ölü tapıldı

2019-10-14 / 17:16:51
img Manşet xəbərləri
SSRİ-nin lideri postuna həsrət buraxılan məşhur nazirin taleyüklü səhvi... - FOTOLAR

2019-10-14 / 17:13:30
img Dünya
Putin 12 ildən sonra ilk dəfə Səudiyyə Ərəbistanında...

2019-10-14 / 17:10:12
img Ölkə
Sabah 26 dərəcə isti olacaq

2019-10-14 / 13:42:09
img Ölkə
Bakıda uşaq qidasından qurd çıxdı - Video

2019-10-14 / 12:43:50
img Ölkə
Akademik Vasim Məmmədəliyev II Fəxri Xiyabanda dəfn olunacaq

2019-10-14 / 11:13:11
img Günün xəbərləri
Azərbaycan yığması Macarıstana uduzaraq, AVRO-2020-yə vəsiqə şanslarını itirib

2019-10-14 / 11:11:04
img Dünya
Yaponiyada “Hagibis” tufanı nəticəsində ölənlərin sayı 39-a çatıb

2019-10-14 / 11:08:35
img Dünya
Bu gün iqtisadiyyat sahəsində 2019-cu il üzrə Nobel mükafatı laureatının adı açıqlanacaq

2019-10-14 / 11:07:17
img Günün xəbərləri
Neft yenidən ucuzlaşıb

2019-10-14 / 11:05:59
img Dünya
“Joker” yarım milyard dollardan çox qazandı

2019-10-14 / 11:04:45
img Ölkə
Azərbaycanda xəstəxanaya hücum: həkimlər döyüldü

2019-10-14 / 11:00:07
img Dünya
“Barış pınarı”: 525 terrorçu zərərləşdirildi

2019-10-14 / 10:54:32
img Günün xəbərləri
İcra başçısının qəbulunda gözlənilməz qərar: müavin istefa verdi

2019-10-14 / 10:52:28
img Manşet xəbərləri
Azərbaycan xalqı kimlərdən zərər çəkib,MTN generallarından,yoxsa şərlənib tutulan jurnalistlərdən ?

2019-10-13 / 20:13:22
img Manşet xəbərləri
Xəstəxanaya baş həkim təyin olunub

2019-10-12 / 17:01:59
img Dünya
Keniyalı atlet marafon qaçışını iki saatdan az müddətə bitirən ilk idmançı olub

2019-10-12 / 17:00:15
img Dünya
Rusiyada dövlət əmlakını taladığı deyilən qubernator ölkədən qaçıb

2019-10-12 / 16:58:42

Bütün xəbərlər