logo
RU

Günün xəbərləri

Nəsimidə parkı söküb bina tikən sahibkar azadlığa buraxıldı - MÜƏMMA (VİDEO)

img




“Fidan” MTK-nın təsisçisi və sədri Əli Şükürovun barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Unikal.org xəbər verir ki, Ali Məhkəmənin hakimi Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili İlqar Əliyev çıxış edib.

O, müvəkkilinin günahsız olduğunu, Ə.Şükürovun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Daha sonra məhkəmə qərarı elan edib.

Qərara əsasən, kassasiya şikayəti təmin olub, Ə.Şükürovun ittiham olunduğu Cinayət Məcəlləsin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsinə bəraət verilib.

Rəsmi məlumata əsasən, “Fidan” MTK-nın təsisçisi və sədri Ə.Şükürov torpaq, şəhərsalma və tikinti sahəsindəki mövcud qanunvericiliyin tələblərini pozaraq 2018-ci ilin 1 iyul tarixindən etibarən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Bakı şəhəri, Nəsimi rayonu, 3231-ci məhəllə, Cavadxan küçəsi, 68A ünvanında yerləşən və dövlət mülkiyyətində olan 0,1182 hektar torpaq sahəsində özbaşına 371,3 kvadrat metr qeyri-yaşayış sahəsini söküb 1 girişli 16 mərtəbəli binanın özülü üçün qazıntı işləri aparıb.

Ə.Şükürova Cinayət Məcəlləsinin 188.2 (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb. Daha sonra Ə.Şükürov barəsində bəraət hökmünün çıxarılması üçün apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

Xatırladaq ki, (xəbəri ətraflı burdan oxuya bilərsiz) Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar və kütləvi informasiya vasitələrində “Fidan” MTK-nın vəzifəli şəxslərinin çoxmənzilli binanın inşa edilməsi üçün torpaq sahəsini hasara alaraq orada qanunsuz tikinti işləri aparması ilə sakinlərin haqlı narazılığına səbəb olan qanunazidd əməlləri barədə əks etdirilmiş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmışdır.

İlkin araşdırmalarla müəyyən edilmişdir ki, həmin MTK-nın təsisçisi və sədri Şükürov Əli Şükür oğlu torpaq, şəhərsalma və tikinti sahəsindəki mövcud qanunvericiliyin tələblərini pozaraq 2018-ci ilin 1 iyul tarixindən etibarən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Bakı şəhəri, Nəsimi rayonu, 3231-ci məhəllə, Cavadxan küçəsi, 68A ünvanında yerləşən və dövlət mülkiyyətində olan 0,1182 hektar torpaq sahəsində özbaşına 371,3 kvadrat metr qeyri-yaşayış sahəsini söküb 1 girişli 16 mərtəbəli binanın özülü üçün qazıntı işləri aparmışdır.

Bununla Əli Şükürovun digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək özü və rəhbəri olduğu hüquqi şəxsin qanunsuz üstünlük əldə etməsi məqsədilə dövlətin şəhərsalma və tikinti fəaliyyəti sahəsində qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına şübhələr üçün əsaslar müəyyən edildiyindən faktla bağlı cinayət işi başlanmışdır.

Ə.Şükürova Cinayət Məcəlləsinin 188.2 (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.








Xəbər lenti

img Cəmiyyət
Ölümünə güldürən adam... - Video

2019-10-14 / 19:22:37
img Dünya
Pavel Klaçkov: "Prezident Ərdoğan söz üçün cibə girmir"

2019-10-14 / 19:18:31
img Dünya
II Yelizaveta: “Hökumətin prioriteti oktyabrın 31-də Britaniyanın Aİ-dən çıxmasını təmin etməkdir”

2019-10-14 / 19:16:21
img Hadisə
Diri-diri basdırılan körpə sağ qaldı

2019-10-14 / 19:14:28
img Ölkə
Ölümcül xəstəlik də “həyatının eşqi”nə qovuşmağına mane olmadı

2019-10-14 / 19:13:18
img Dünya
Kataloniya separatçılarına hökm oxundu

2019-10-14 / 17:23:31
img Dünya
Həbib Nurməhəmmədov növbəti rəqibinin adını açıqladı

2019-10-14 / 17:17:57
img Hadisə
Məşhur müğənni evində ölü tapıldı

2019-10-14 / 17:16:51
img Manşet xəbərləri
SSRİ-nin lideri postuna həsrət buraxılan məşhur nazirin taleyüklü səhvi... - FOTOLAR

2019-10-14 / 17:13:30
img Dünya
Putin 12 ildən sonra ilk dəfə Səudiyyə Ərəbistanında...

2019-10-14 / 17:10:12
img Ölkə
Sabah 26 dərəcə isti olacaq

2019-10-14 / 13:42:09
img Ölkə
Bakıda uşaq qidasından qurd çıxdı - Video

2019-10-14 / 12:43:50
img Ölkə
Akademik Vasim Məmmədəliyev II Fəxri Xiyabanda dəfn olunacaq

2019-10-14 / 11:13:11
img Günün xəbərləri
Azərbaycan yığması Macarıstana uduzaraq, AVRO-2020-yə vəsiqə şanslarını itirib

2019-10-14 / 11:11:04
img Dünya
Yaponiyada “Hagibis” tufanı nəticəsində ölənlərin sayı 39-a çatıb

2019-10-14 / 11:08:35
img Dünya
Bu gün iqtisadiyyat sahəsində 2019-cu il üzrə Nobel mükafatı laureatının adı açıqlanacaq

2019-10-14 / 11:07:17
img Günün xəbərləri
Neft yenidən ucuzlaşıb

2019-10-14 / 11:05:59
img Dünya
“Joker” yarım milyard dollardan çox qazandı

2019-10-14 / 11:04:45
img Ölkə
Azərbaycanda xəstəxanaya hücum: həkimlər döyüldü

2019-10-14 / 11:00:07
img Dünya
“Barış pınarı”: 525 terrorçu zərərləşdirildi

2019-10-14 / 10:54:32
img Günün xəbərləri
İcra başçısının qəbulunda gözlənilməz qərar: müavin istefa verdi

2019-10-14 / 10:52:28
img Manşet xəbərləri
Azərbaycan xalqı kimlərdən zərər çəkib,MTN generallarından,yoxsa şərlənib tutulan jurnalistlərdən ?

2019-10-13 / 20:13:22
img Manşet xəbərləri
Xəstəxanaya baş həkim təyin olunub

2019-10-12 / 17:01:59
img Dünya
Keniyalı atlet marafon qaçışını iki saatdan az müddətə bitirən ilk idmançı olub

2019-10-12 / 17:00:15
img Dünya
Rusiyada dövlət əmlakını taladığı deyilən qubernator ölkədən qaçıb

2019-10-12 / 16:58:42

Bütün xəbərlər