logo
RU

Manşet xəbərləri

Sosial evləri varlılar alıb, kasıblara kirayə verir - İqtisadçı

img




Bir çoxlarının sosial evləri kommersiya evlərinə çevrərək kirayə verməsində Mənzil İnşaatı Dövlət Agentliyini (MİDA) günahlandırmaq doğru olmaz. Çünki MİDA mənzilləri inşa edir və sosial ipoteka krediti ilə satışını həyata keçirir. Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı alim Vüqar Bayramov bildirib. Ekspertin sözlərinə görə, son günlər əmlak satışı və kirayəsi ilə məşğul olan internet səhifələrində sosial evlərin kirayə təklif edilməsi halları artıb. V.Bayramovun sözlərinə görə, sosial evi güzəştli şərtlərlə əldə edən şəxslərin bir qismi onu daha baha qiymətə kirayə kimi təklif edərək qazanc əldə etməyə çalışır: “Nəticədə, sosial evlər kommersiya evlərinə çevrilərək bəzilərinə əlavə gəlir gətirir. Təbii ki, burada Mənzil İnşaatı Dövlət Agentliyini (MİDA) günahlandırmaq doğru olmaz. MİDA mənzilləri inşa edir və sosial ipoteka krediti ilə satışını həyata keçirir. Aydındır ki, agentlik mənzil sahibi olan şəxsdən evi kirayə verməməyi tələb edə bilməz. Sosial ipoteka kreditlərini əldə etmək üçün başqa mənzilə sahib olmaq məhdudiyyət yaratmadığı üçün bəzi hallarda bir neçə evi olanlar da sosial evlər alıb, əlavə qazanc əldə etməyə çalışırlar. Amma sosial evlərin fəlsəfəsi evi olanlara əlavə mənzil vermək deyil, evsizləri mənzil ilə təmin etmək olduğundan, bu evlərin kommersiya məqsədi ilə istifadəsinə imkan verilməməlidir. Nəticədə, belə hallarda evsiz vətəndaş mənzil sahibi olmaqda çətinlik çəkir, başqası isə “ev kolleksiyası” yardır, evlərinin sayını artıraraq kirayədən gəlir əldə edir”. Bu halların qarşısının alınması üçün nə edilməlidir? V.Bayramov bildirib ki, əvvəla, evi olan şəxslərin sosial evlərə müraciəti məhdudlaşdırılmalıdır: “Sosial evlər evi olan deyil, yalnız mənzili olmayana təklif olunmalıdır. Burada müraciət edənin deyil, ailə üzvlərinin adına mənzil olub-olmamasına da baxılmalıdır. İkincisi, qanunvericiliklə agentliyə mənzillərin təyinatı üzrə istıfadəsinə nəzarət hüququ verilməlidir. Doğrudur, iddia oluna bilər ki, mənzildən necə istifadə etmək ev sahibinin hüququdur. Amma nəzərə almaq lazımdır ki, sosial evlər dövlət vəsaiti hesabına inşa edilir və evlərə sahiblikdə sosial ədalət əsas prioritet olaraq qalmalıdır. Belə mexanizm isə sosial evlərin gəlir mənbəyinə çevrilməsini minimumlaşdırar”.







Xəbər lenti

img Cəmiyyət
Ölümünə güldürən adam... - Video

2019-10-14 / 19:22:37
img Dünya
Pavel Klaçkov: "Prezident Ərdoğan söz üçün cibə girmir"

2019-10-14 / 19:18:31
img Dünya
II Yelizaveta: “Hökumətin prioriteti oktyabrın 31-də Britaniyanın Aİ-dən çıxmasını təmin etməkdir”

2019-10-14 / 19:16:21
img Hadisə
Diri-diri basdırılan körpə sağ qaldı

2019-10-14 / 19:14:28
img Ölkə
Ölümcül xəstəlik də “həyatının eşqi”nə qovuşmağına mane olmadı

2019-10-14 / 19:13:18
img Dünya
Kataloniya separatçılarına hökm oxundu

2019-10-14 / 17:23:31
img Dünya
Həbib Nurməhəmmədov növbəti rəqibinin adını açıqladı

2019-10-14 / 17:17:57
img Hadisə
Məşhur müğənni evində ölü tapıldı

2019-10-14 / 17:16:51
img Manşet xəbərləri
SSRİ-nin lideri postuna həsrət buraxılan məşhur nazirin taleyüklü səhvi... - FOTOLAR

2019-10-14 / 17:13:30
img Dünya
Putin 12 ildən sonra ilk dəfə Səudiyyə Ərəbistanında...

2019-10-14 / 17:10:12
img Ölkə
Sabah 26 dərəcə isti olacaq

2019-10-14 / 13:42:09
img Ölkə
Bakıda uşaq qidasından qurd çıxdı - Video

2019-10-14 / 12:43:50
img Ölkə
Akademik Vasim Məmmədəliyev II Fəxri Xiyabanda dəfn olunacaq

2019-10-14 / 11:13:11
img Günün xəbərləri
Azərbaycan yığması Macarıstana uduzaraq, AVRO-2020-yə vəsiqə şanslarını itirib

2019-10-14 / 11:11:04
img Dünya
Yaponiyada “Hagibis” tufanı nəticəsində ölənlərin sayı 39-a çatıb

2019-10-14 / 11:08:35
img Dünya
Bu gün iqtisadiyyat sahəsində 2019-cu il üzrə Nobel mükafatı laureatının adı açıqlanacaq

2019-10-14 / 11:07:17
img Günün xəbərləri
Neft yenidən ucuzlaşıb

2019-10-14 / 11:05:59
img Dünya
“Joker” yarım milyard dollardan çox qazandı

2019-10-14 / 11:04:45
img Ölkə
Azərbaycanda xəstəxanaya hücum: həkimlər döyüldü

2019-10-14 / 11:00:07
img Dünya
“Barış pınarı”: 525 terrorçu zərərləşdirildi

2019-10-14 / 10:54:32
img Günün xəbərləri
İcra başçısının qəbulunda gözlənilməz qərar: müavin istefa verdi

2019-10-14 / 10:52:28
img Manşet xəbərləri
Azərbaycan xalqı kimlərdən zərər çəkib,MTN generallarından,yoxsa şərlənib tutulan jurnalistlərdən ?

2019-10-13 / 20:13:22
img Manşet xəbərləri
Xəstəxanaya baş həkim təyin olunub

2019-10-12 / 17:01:59
img Dünya
Keniyalı atlet marafon qaçışını iki saatdan az müddətə bitirən ilk idmançı olub

2019-10-12 / 17:00:15
img Dünya
Rusiyada dövlət əmlakını taladığı deyilən qubernator ölkədən qaçıb

2019-10-12 / 16:58:42

Bütün xəbərlər